Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3220/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X22 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış xx xxxx 2015-ci il təvəllüdlü İmara Orxan qızının, xx xxx 2016-cı il təvəllüdlü İkrimə Orxan oğlunun və xx xxx 2018-ci il təvəllüdlü Umeyr Orxan oğlunun doğum faktını müəyyən etməklə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamələrdə ata qrafasında X12, miliyyəti – azərbaycanlı, ana qrafasında X13, milliyyəti – azərbaycanlı yazılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun himayəsində olan nəvələri İmara, İkrimə və Umeyrin doğum haqqında şəhadətnamələri yoxdur. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx xxxx 2020-ci il tarixdə 45 saylı sərəncama əsasən yetkinlik yaşına çatmayan nəvələri xx xxxx 2015-ci il təvəllüdlü X3, xx xxx 2016-cı il təvəllüdlü X4 və xx xxx 2018-ci il təvəllüdlü X7 üzərlərində qəyyumluğu ona verilmişdir. Nəvələri İraq Respublikasında doğulmuşlar və onlara Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş “Azərbaycan Respiblikasına geri qayıtma şəhadətnamə” rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Qeyd olunan uşaqların Azərbaycan Respublikasında doğum faktı müəyyən edilməmiş və onlara doğum haqqında şəhadətnamə alınmamışdır. O, indi nəvələrinə baxmaq və tərbiyə etmək vəzifəsini öz üzərinə götürsə də, onların sənədlərinin olmaması səbəbindən bunu edə bilmir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, uşaqların anası Novruzova Aysel onun qızıdır. Uşqaların atası X12 ilə qızının rəsmi nikahları qeydə alınmamışdır. Onlar birlikdə 2014-cü ildə Türkiyəyə, oradan isə İraqa getmiş və geri dönməmişlər. Hazırda onların harada olmaları barədə məlumatı yoxdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X8 anasıdır. Orxan ilə Aysel faktiki nikah münasibətlərində olmuş, onların İraqda üç övladları olmuşdur. Onlar İraqda olduqları müddətdə mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlamış, hətta görüntülü olaraqda danışıb hal-əhval tutmuşlar. Orxanla Ayselin övladları – İmara xx xxxx 2015-ci ildə, İkrimə xx xxx 2016-cı ildə və təvəllüdlü Umeyr xx xxx 2018-ci ildə İraqda anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X10 anasıdır. Orxan ilə Aysel faktiki nikah münasibətlərində olmuş, onların İraqda üç övladları olmuşdur. Onlar İraqda olduqları müddətdə mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlamış, hətta görüntülü olaraqda danışıb bir-birlərindən haləhval tutmuşlar. Orxanla Ayselin övladları – İmara xx xxxx 2015-ci ildə, İkrimə xx xxx 2016-cı ildə və Umeyr xx xxx 2018-ci ildə İraqda anadan olmuşdur. Uşaqlar hazırda onlarla birgə yaşayır, onun əri Ərizəçi uşaqların üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan: XVİİ-ЖГ seriyalı, 250322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 1992-ci ildə anadan olmuş, atası Zəkərəyev Tofiq , anası X5r. Vİİ-ЖГ seriyalı, 294537 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxx 1992-ci ildə anadan olmuş, atası Ərizəçi, anası X2r. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Yetkinlik yaşına çatmayanlar X3, X4 və X7 üzərində qəyyum təyin edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli, 45 nömrəli Sərəncamdan görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş Ərizəçi yetkinlik yaşına çatmayan nəvələri - xx xxxx 2015-ci il təvəllüdlü X3, xx xxx 2016-cı il təvəllüdlü X4 və xx xxx 2018-ci il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. Həmin sərəncamda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən xx xxxx 2020-ci il tarixli, 1-252/20 nömrəli məktubla Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilərək cari ilin fevral-mart aylarında İraq Respublikasından Azərbaycan Respublikasına uşaqların repatriasiya edilməsinin nəzərdə tutulduğunu qeyd edərək, həmin uşaqların ölkədə qəyyum ailələrə verilmələri, mütəmadi şəkildə nəzarətdə saxlanılmaları, montorinq edilmələri və lazımi psixo-sosial dəstəyin göstərilməsi xahiş olunmuşdur. Bundan əlavə, xx xxxx 2015-ci il təvəllüdlü X3, xx xxx 2016-cı il təvəllüdlü X4 və xx xxx 2018-ci il təvəllüdlü X7 barəsində Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AA0148193 nömrəli, xx xxxxxx 2020-ci il tarixli AA0148192 və 20 fevral tarixli AA0148191 nömrəli “Azərbaycan Respublikasına geri qayıtma şəhadətnamə”lər rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx xxx 2020-ci il tarixli 05/Q-1058/13 nömrəli məktubdan görünür ki, ərizəçinin müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşların vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası” nın 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx xxxx 2020-ci il tarixli, 33/2413 nömrəli məktubdan görünür ki, X10 və X1 dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında olan məlumata əsasən, çıxış istiqamətləri xx xxxx 2014-cü il tarixdə Türkiyə Respublikası olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlar ilə müəyyən olunmuşdur ki, faktiki nikah münasibətlərində olmuş X12 ilə X13 xx xxxx 2014-cü il tarixdə ölkəni tərk edərək Türkiyə Respublikasına getmişlər. Daha sonra isə onlar İraq Respublikasında məskunlaşmışlar. Onların faktiki nikah münasibətlərindən xx xxxx 2015ci il təvəllüdlü İmara adlı qız uşağı, xx xxx 2016-cı il təvəllüdlü İkrimə adlı oğlan uşağı və xx xxx 2018-ci il təvəllüdlü Umeyr adlı oğlan uşağı anadan olmuşlar. Uşaqların hər üçü İraq Respublikasında anadan olmuş və uşaqlar Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli “Azərbaycan Respublikasına geri qayıtma şəhadətnamə”lər əsasında Azərbaycan Respublikasına gətirilmişlər. xx xxxx 2020-ci il tarixdə vətəndaş Ərizəçi yetkinlik yaşına çatmayan nəvələri üzərində qəyyum təyin edilmişdir. Ərizəçi nəvələrinin doğum faktının qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən uşaqların doğum haqqında şəhadətnaməsi olmadığından doğum faktının məhkəmə tərəfindən müəyyən edilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydaların 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd doğumun qeydə alınması üçün təqdim edilən sənədlərə aid edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İraq Respublikasında anadan olmuş uşaqların doğum faktlarının müəyyən edilməsi ərizəçiyə nəvələrinin bir fərd olaraq, tam hüquqlu şəxs kimi qeydiyyata alınması, gələcəkdə digər sənədlərin alınmasının təmin edilməsi, təhsil və digər hüquqlardan həyata keçirilməsi üçün zəruridir. Göründüyü kimi, ərizəçi, nəvələrinin doğum faktını təsdiq edən sənədləri başqa yolla əldə edə bilmir, doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi hazırki vəziyyətdə qeyri-mümkündür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx xxxx 2015-ci il tarixdə İraq Respublikasında İmara adlı qız uşağının doğulması faktı müəyyən edilməli və ona doğum haqqında şəhadətnamə verilərkən doğum yeri qrafasında “İraq Respublikası”, doğum tarixi qrafasında “xx xxxx 2015-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X12”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il”, anası qrafasında “X13”, anasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il” göstərilməli, xx xxx 2016-cı il tarixdə İraq Respublikasında İkrimə adlı oğlan uşağının doğulması faktı müəyyən edilməli və ona doğum haqqında şəhadətnamə verilərkən doğum yeri qrafasında “İraq Respublikası”, doğum tarixi qrafasında “xx xxx 2016-cı il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X12”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il”, anası qrafasında “X13”, anasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il” göstərilməli,xx xxx 2018-ci il tarixdə İraq Respublikasında Umeyr adlı oğlan uşağının doğulması faktı müəyyən edilməli və ona doğum haqqında şəhadətnamə verilərkən doğum yeri qrafasında “İraq Respublikası”, doğum tarixi qrafasında “xx xxx 2018-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X12”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il”, anası qrafasında “X13”, anasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il” göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx xxxx 2015-ci il tarixdə İraq Respublikasında İmara adlı qız uşağının doğulması faktı müəyyən edilsin və ona doğum haqqında şəhadətnamə verilərkən doğum yeri qrafasında “İraq Respublikası”, doğum tarixi qrafasında “xx xxxx 2015-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X12”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il”, anası qrafasında “X13”, anasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il” göstərilsin. xx xxx 2016-cı il tarixdə İraq Respublikasında İkrimə adlı oğlan uşağının doğulması faktı müəyyən edilsin və ona doğum haqqında şəhadətnamə verilərkən doğum yeri qrafasında “İraq Respublikası”, doğum tarixi qrafasında “xx xxx 2016-cı il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X12”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il”, anası qrafasında “X13”, anasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il” göstərilsin. xx xxx 2018-ci il tarixdə İraq Respublikasında Umeyr adlı oğlan uşağının doğulması faktı müəyyən edilsin və ona doğum haqqında şəhadətnamə verilərkən doğum yeri qrafasında “İraq Respublikası”, doğum tarixi qrafasında “xx xxx 2018-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X12”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il”, anası qrafasında “X13”, anasının milliyyəti qrafasında “azərbaycanlı”, doğum tarixi qrafasında “xx xxxx 1992-ci il” göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3220/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3220/2020
05.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver