Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3238/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 doğum faktının müəyyən edilməklə doğum akt qeydinin ata qrafasında X9 milliyəti azərbaycanlı, ana qrafasında Ərizəçi milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında şəhadətnamələrinin verilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 doğum faktının müəyyən edilməklə doğum akt qeydinin ata qrafasında X9 milliyəti azərbaycanlı, ana qrafasında Ərizəçi milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında şəhadətnamələrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində X9 ilə nikaha daxil olmuş və Əliyeva soyadını qəbul etmişdir. xx.xx.2016-cı il tarixdə o, ailəsi ilə birlikdə yaşamaq üçün Almaniya Federativ Respublikasına getmişdir. X3 ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Almaniya Federativ Respublikasının Bilelefeld şəhərində Melisa Əliyeva və xx.xx.2018-ci il tarixdə Almaniya Federativ Respublikasının Siegen şəhərində Fəridə Əliyeva anadan olmuşdur. Almaniya Federativ Respublikasında qaçqın düşərgəsində yaşadıqları üçün onlar uşaqlarının doğumunu qeydə ala bilməmişlər, doğum haqqında tibbi şəhadətnamələri yoxdur. Maraqlı şəxsnə doğumun qeydə alınması üçün müraciət etdikdə, doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün onlara imtina məktubu verilmişdir.Ona görə də xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 doğum faktının müəyyən edilməklə doğum akt qeydinin ata qrafasında X9 milliyəti azərbaycanlı, ana qrafasında Ərizəçi milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında şəhadətnamələrinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs X9 ərizəni müdafiə edərək izahatında göstəmişdir ki, o, Ərizəçi ilə xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Almaniya Fedarativ Respublikasının Bilelefeld şəhərində Melisa Əliyeva və xx.xx.2018-ci il tarixdə Almaniya Fedarativ Respublikasının Siegen şəhərində Fəridə Əliyeva anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2042\2020 saylı qətnaməsinə əsasən onun xx.xx.2016-cı il təvəllüdlü Melisa Əliyevanın və xx.xx.2018-ci il təvəllüdlü Fəridə Əliyevanın atası olması müəyyən edilmişdir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 1 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİ № 073855 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X4 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1955 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Əliyeva soyadı verilmişdir. AA0147754 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.2016-cı il tarixdə Almaniya Federativ Respublikasında anadan olmuşdur. AA0147753 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X7 xx.xx.2018-ci il tarixdə Almaniya Federativ Respublikasında anadan olmuşdur. Bielefeld VVAQ İdarəsi tərəfindən verilmiş G2128/2017 saylı xx.xx.2017-ci il tarixli doğum haqqında qeydiyyatın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Melisa Əliyeva xx.xx.2016-cı il tarixdə Bielefeld şəhərində anadan olmuş, anası Ərizəçidır. Doğum haqqında qeydiyyatın ata qrafasında məlumat qeyd edilməmişdir. Bielefeld VVAQ İdarəsi tərəfindən verilmiş G809/2018 saylı xx.xx.2018-ci il tarixli doğum haqqında qeydiyyatın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Fəridə Əliyeva xx.xx.2018-ci il tarixdə Siegen şəhərində anadan olmuş, anası Ərizəçidır. Doğum haqqında qeydiyyatın ata qrafasında məlumat qeyd edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2042\2020 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü X5 xx.xx.2016-cı il təvəllüdlü Melisa Əliyevanın və xx.xx.2018-ci il təvəllüdlü Fəridə Əliyevanın atası olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-318/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, doğum haqqında tibbi şəhadətnamə olmadıqda doğum faktının məhkəmə tərəfindən müəyyən edilməsi, bu səbəbdən doğumun qeydə alınmasının mümkün olmadığı X8 bildirilmişdir. X10 Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 1.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 53.1.-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2.-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3.-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4.-ci maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Həmin Məcəllənin 53.5.-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Həmin Məcəllənin 159.1.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 168.1.-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı Ərizəçi ilə X5 birgə nikahlarından X1 xx.xx.2016-cı il tarixdə, X2 xx.xx.2018-ci il tarixdə doğulması faktı müəyyən olunduğundan ərizə qismən təmin edilərək X1 xx.xx.2016-cı il tarixdə, X2 xx.xx.2018-ci il tarixdə doğulması faktı müəyyən edilməklə azyaşlıların doğum akt qeydlərində valideynləri barədə məlumatlar qeyd edilməlidir. Məhəkəmə qeyd edir ki, doğum akt qeydini tərtib etmək, tərtib olunmuş doğum akt qeydinə əsasən doğum haqqında şəhadətnamə vermək vəzifəsi müvafiq qeydiyyat şöbələrinin vəzifəsi olduğundan, sonuncu bu vəzifəsinin icrasından imtina etmədiyindən ərizə şəhadətnamənin verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə qismən təmin edilsin. X1 xx.xx.2016-cı il tarixdə doğulması faktı müəyyən edilsin. X1 doğum akt qeydində ata qrafasında X9 milliyəti azərbaycanlı, ana qrafasında Ərizəçi milliyəti azərbaycanlı yazılsın. X2 xx.xx.2018-ci il tarixdə doğulması faktı müyyən edilsin. X2 doğum akt qeydində ata qrafasında X9 milliyəti azərbaycanlı, ana qrafasında Ərizəçi milliyəti azərbaycanlı yazılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3238/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3238/2020
06.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver