Məhkəmə qərarları › İş №2(001)-3239/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3239/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3239/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və bu nikahdan Yağmur adlı uşaqları anadan olmuşdur. Evliliyin ilk illərində tərəflərin münasibəti yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Cavabdehlə artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Faktiki olaraq ailə dağılmış və nikahları formal xarakter daşıyır. Ailə münasibətlərinin davam etməsi qeyrimümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçı İ.İmamquliyeva iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin cavabdehdən aliment tələb etmədiyindən həmin hissəyə məhkəmə tərəfindən münasibət bildirilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh N.İmamquliyev iddia tələbini qəbul edərək, tələbin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İmamquluyeva (Şirinbalayeva) İlahə Valeh qızı xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 294 №-li akt qeydi icra edilmiş və tərəflərin rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X2 anadan olmuşdur. - Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında MŞB/2-02672 saylı Barışıq Sazişi bağlanmışdır. Məhkəmə AR Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 22, 60.1-60.4, 61.1, 62.2, “Uşaq hüquqları haqqında Konvesiyanın” 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi, 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları”haqqında AR Qanunun 19-cu maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişlər, eyni zamanda ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün iddia təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan uşağı ananın himayəsində saxlanılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər artıq uzun müddətdir bir yerdə yaşamır, onların nikahları formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişlər, eyni zamanda ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün iddia təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında xx.xx.2012-ci il tarixdə 294 №-li akt qeydi ilə Şabran rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anası İmamquluyeva (Şirinbalayeva) İlahə Valeh qızının yanında saxlanılmalıdır. Hazırki mülki iş üzrə aliment tələbinə dair müraciət olmadığından məhkəmə alimentin tutulmasına münasibət bildirmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İmamquluyeva (Şirinbalayeva) İlahə Valeh qızı arasında xx.xx.2012-ci il tarixdə 294 №-li akt qeydi ilə Şabran rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anası İmamquluyeva (Şirinbalayeva) İlahə Valeh qızının yanında saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar