Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3245/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxslər qismində 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi cəlb edilməklə) “mirasın qəbulu faktının müəyyən edilməsi”nə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi (maraqlı şəxslər qismində 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi cəlb edilməklə) “mirasın qəbulu faktının müəyyən edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli 42 saylı qərarına əsasən “torpağın mülkiyyətə verilməsinə dair” N-0023 seriya, kod 50905018 saylı şəhadətnamə ilə mərhum anasına və mərhum bacısına verilmiş torpaq sahəsinə, Goranboy rayonu, Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 14 saylı qərarına əsasən “torpağın mülkiyyətə verilməsinə dair” JN-008A seriya, kod 50905018 saylı şəhadətnamə ilə mərhum anasına verilmiş torpaq sahəsinə və Goranboy rayonu, Əzizbəyov kəndindəki olan evə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi özünü ərizəçi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd edərək, iddia ərizəsi ilə məhkəməyə müraciə etmişdir. Belə olan halda Ərizəçi hal-hazırki tələbinə iddia icraatı qaydasında, yaxud xüsusi icraat qaydasında baxılmasını tələb etdiyini müəyyən etmək mümkün olmamışdır. Çünki xüsusi icraat qaydasında baxılan işlər üzrə mübahisə olduğu halda xüsusi icraat qaydasında baxılmalı olan tələblərə iddia icraatı qaydasında da baxılması mümkün olduğundan, ərizəçi tərəfindən məhkəməyə ərizə və yaxud iddia ərizəsi ilə müraciət etməsi dəqiq qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən,iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət eməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və ərizəçiyə yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi (maraqlı şəxslər qismində 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi cəlb edilməklə) “mirasın qəbulu faktının müəyyən edilməsi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, onun qərardadda qeyd edilən nöqsan aradan qaldırıladıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3245/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3245/2024
15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver