Məhkəmə qərarları › İş №2(001)-3255/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3255/2023

24.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3255/2023 24.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclası katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı1, İddiaçı X2, İddiaçıların nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı “zəbt edilmiş ərazidən çıxarılma” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X5 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “zəbt edilmiş ərazidən çıxarılma” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və B.İsmayılova və iddiaçıların nümayəndəsi-vəkili Vəkil3 cavabdehlə barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs və onun nümayəndəsi-vəkili Vəkil2 barışıq sazişinin təstiq edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. İşdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və X5 ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Mən, İddiaçı1 və X1 Əliyar Əmirah oğluna və Maraqlı şəxs qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma barədə iddia ərizəsilə müraciət etmişik. İşin gedişində aramızda aşağıdakı məzmunda barışıq sazişi bağladıq. 1.Biz, iddiaçılar, İddiaçı1 və X5 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair iddialarımızdan imtina edirik və gələcəkdə də həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı heç bir iddiamız və heç bir tələbimiz olmayacaqdır. 2.Cavabdeh, Cavabdeh, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, döngə 2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin xüsusi mülkiyyətində olmasına və DƏDRX-dan onun adına çıxarış verilməsinə baxmayarq İddiaçı1 20000 (iyirmi min) manat və X3 20000 (iyirmi min) manat, cəmi 40000 ( qırx min) manat notariusun bankda açılmış depozit hesabı vasitəsilə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildiyi və qərardad qanuni qüvvəsini aldığı andan qüvvəyə minir. İddiaçılar İddiaçı1 və X2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “zəbt edilmiş ərazidən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar