Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3262/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmək haqqının, ödənclərin və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona verilməli əmək haqqı kimi 3500 manatın və düşən ödənclərin, son haqq-hesab pulunun, “3500 manat əmək haqqının iki (2) faizi kimi 9730 manat kompensasiyanın ödənməsi, işə qəbul və işdən öz ərizəsi əsasında çıxarılmasına dair qeydlərin əmək kitabçasına qeyd edilməsi, mediasiya üçün ödənmiş 61 manat və vəkil xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 20 illik iş təcrübəsi və bacarığına görə ona kurslarında birlikdə işləmək, həmin kursa şagirdlər cəlb etməklə gəlir əldə etmək və bununla yanaşı həmin kursda müəllimə kimi dərs keçməyi (hər uşaq sayına uyğun olaraq minimum 700 manat əmək haqqı ödəməklə) xahiş etmiş, həmçinin öz tələbələrini, hər birinə ödəniş almaqla onların kurslarında hazırlaşdırmağına şərait yaradacaqlarına dair vəd verib avqust ayından etibarən həmin kursda işləməyə razı saldılar. O, isə qazanc əldə etmək məqsədilə onlarla razılaşmışdır. Bundan sonra avqust ayında həmin şəxslərlə onlara məxsus kursda müəllimə kimi işə başlamaqla yanaşı 80dən çox şagirdin kursa gələrək ödəniş etməsinə nail olmuşdur. Həmin vaxt dəfələrlə sınaq imtahanları təşkil etmiş və həmin sınaqlardan da xeyli gəlir əldə etmələrinə baxmayaraq nə həmin gəlirlərdən, nə onların uşaqlarına keçdiyi dərslərə görə, nə də müəllimə kimi işlədiyinə görə onlardan ödənişlərini ala bilməmişdir. Belə ki, sınaq imtahanlarından əldə edilən gəlir aralarında bərabər bölünməli, minimum 700 manat olmaqla əmək haqqı almalı, hər uşağa görə isə 20 manatdan əlavə ödənişlər almalı idi. Həmçinin onların öz uşaqlarına da müəlliməlik etdiyinə görə əlavə zəhmət haqqı almalı idi. Lakin buna baxmayaraq cavabdehlər verdikləri heç bir vədə əməl etməmiş, yalnız 1-2 dəfə uşaqlarının hazırlığına görə xırda məbləğdə pullar ödəmişlər. Dəfələrlə sınaqlar təşkil edilməyinə baxmayaraq, onlar nə həmin qazancdan ona düşən payı, nə də əmək haqqını ödəməmişlər. Bununla yanaşı cavabdehlərlə qarşılıqlı münasibətlərinə xatir bir-birilərinin övladlarının səhv hərəkətləri barədə də bir-birlərinə məlumat vermişlər. Lakin cavabdehlər ona düşən qazancları verməmək, əmək haqqını ödəməmək üçün əllərindən gələn hər yola əl atıb onu məktəb rəhbərliyi ilə hədələyib, məktəbdə şərəf və ləyaqətini alçaldan hərəkətlər etməyə və qeyri-etik hərəkətlərə əl atdıqlarından məcbur qalıb işdən çıxmalı olmuşdur. Sonrakı mübahisələr zamanı ona məlum olmuşdur ki, avqust ayından işləməyinə baxmayaraq, cavabdehlər onu bir neçə ay sonra rəsmiləşdirmiş və rəsmiləşdirərkən isə 700 manat əmək haqqı ilə yox, çox az məbləğdə əmək haqqı ilə rəsmiləşdirmişlər. Sonradan bir çox qanunsuz hərəkətlərə görə işdən ayrılmaq istəsə də, onların xahişlərini nəzərə alaraq işdə qalmalı olmuş, lakin sonda bu kimi əməllərə görə ərizəsini yazaraq işdən çıxmışdır. Bundan sonra əmək haqqını halal etmədiyinə və tələb etdiyinə baxmayaraq cavabdehlər ona nə əmək kitabçasını vermiş, nə də düşən ödənclərini verməmişlər. Sonradan cavabdehlər onu qabaqlayaraq böhtan xarakterli iddia ilə məhkəməyə müraciət etdikdə həmin ərizədə barəsində akt tərtib edib, ərizəsilə deyil başqa əsasla işdən çıxarıldığını qeyd etdiyini və avqust ayından deyil, xx.xx.2024-cü ildən əmək müqaviləsi bağlandığını və xx.xx.2024-cü ildə guya intizam qaydası pozduğu əsası ilə işdən xaric edildiyini qeyd etdiklərini öyrənərkən ona məlum oldu ki, ərizəsi əsasında işdən azad edilmək əvəzinə başqa əsasla işdən çıxarılmışdır. Bununla yanaşı elə həmin ərizədən ona məlum olmuşdur ki, avqust ayından işlədiyi halda əmək müqaviləsi xeyli müddət sonra rəsmiləşdirilmişdir. Bununla yanaşı bugünədək nə onun ödəncləri, nə əmək kitabçası, nə də əmək müqaviləsinə xitam verilməsi barədə əmr və ya reyestrdən çıxarış ona təqdim edilmir. Beləliklə, Nuranə və Cavabdeh2lar Əmək qanunvericiliyinin tələbini pozmaqla inzibati xəta törətməklə yanaşı ona düşən ödəncləri, əmək kitabçasını, əmək müqaviləsinə xitam barədə əmri ona vermədiyindən X1, Mediasiyaya və Polisə şikayət verməli olmuşdur. Bu mübahisə ilə bağlı mediasiya mərhələsində isə ona nə əmək haqlarını və s. ödənclərini, nə gecikən günlərə görə cəriməsini və s. ödəməkdən imtina edildiyindən mediassiya sessiyası baş tutmamışdır. Cavabdehlər onun əmək haqqı və s. ödənclərini gecikdirdiyindən məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddiası tam təmin edilməli, ona düşən əmək haqqı və bütün ödənclər, həmçinin əmək haqqının gecikməsinə görə əlavə 2% cərimə cavabdehdən tutularaq ona ödənməlidir. Bu barədə xüsusi biliyə malik olmadığından isə mühasibatlıq ekspertizası təyin edilməli və məbləğ dəqiqləşdikdən sonra cavabdehdən alınaraq ona ödənməlidir. Cavabdehin qanunsuz əməlləri səbəbindən vəkillə müqavilə bağlamalı olmuşdur ki, bu xidmətə görə ödədiyi pul vəsaiti də cavabdehdən tutularaq ona ödənməlidir. Cavabdehlər xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişlər ki, iddianı qəbul etmirlər. Belə ki, iddia əsassızdır, yetəri qədər iddianın əsassız olduğunu sübut edən dəlillər (səs yazıları, whatsapp yazışmaları, akt və s.) mövcuddur. Cavabdeh1 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, bu ərizə ilə ailəsinin və xüsusilə azyaşlı qızının şərəf və ləyaqətini müdafiə etmək məqsədi ilə müraciət edir. Adına qeydiyyatda olan kursda işləyən müəllimə İddiaçı əvvəlcə oğlunun sinif rəhbəri kimi fəaliyyət göstərmiş, daha sonra isə kursda əməkdaşlıq etdiyi şəxs olmuşdur. Təəssüf ki, əmək münasibətləri və şəxsi münasibətlər zamanı ciddi narahatlıq doğuran hadisələr baş vermişdir. Həmin şəxs şəxsi münasibətlərdə ciddi şəkildə etik və hüquqi normaları pozmuşdur. Bu şəxs qızının şəklini sinif yoldaşı ilə gizli şəkildə çəkərək ona və həyat yoldaşının telefonuna göndərmiş, ona qarşı son dərəcə ağır, böhtan xarakterli ifadələr işlətmişdir. "Qızın gündə 50 oğlanla gəzir" kimi iddia etmiş, azyaşlı bir qızı əxlaqsız kimi təqdim etmiş, bu fikirləri məktəb mühitində də yaymağa çalışmışdır. Qızı daim onun nəzarəti altındadır, bu cür davranışlar ona aid deyil. Bu əsassız və rüsvayedici iddialar uşağının psixoloji vəziyyətinə, ailədaxili münasibətlərə ciddi şəkildə təsir göstərmişdir. Oğlunun bu sözlərdən sonra bacısı ilə münasibəti pozulmuş, gərgin emosional vəziyyətə düşmüşdür. Hətta fiziki qarşıdurma təhlükəsi yaranmışdır. Bu davranış həm mənəvi zərər doğurmuş, həm də ailə dəyərlərini hədəf almışdır. Bundan əlavə, o və ailəsi övladının kimin tərəfindən izlənildiyini və şəklinin çəkildiyini müəyyənləşdirmək istədikdə, qarşı tərəf əvvəlcə bildirmişdir ki, guya bu görüntüləri oğlunun sinif yoldaşları çəkərək ona göndəriblər. Lakin o, hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirdikdən sonra həmin şəxs etiraf etdi ki, qızını izləyən də, şəklini çəkən də birbaşa özü olub. Bunu təsdiqləyən səs yazısı var (whatsapp tətbiqi üzrə). Həmin şəxs bu davranışını guya "tövsiyə xarakterli" addım kimi təqdim edərək məni ayıltmaq məqsədi güddüyünü iddia etmişdir. Lakin bu hərəkət heç bir pedaqoji və insani dəyərlə əsaslandırıla bilməz. Əksinə, bu davranış bir valideynə qarşı psixoloji təzyiq və ailədaxili nifaq yaratmaq niyyəti daşıyır. Ən dəhşətlisi isə budur ki, həmin şəklin yanına "atası və qardaşı qızın qeyrətini çəksin", "Şərəfin yerlə sürünür" ifadəsini əlavə edərək, bilə-bilə yoldaşına göndərmişdir (bunu təsdiq edən səs yazısı var). Bu, yetkinlik yaşına çatmamış iki azyaşlı övlad və atanı qızı ilə bir-birinə qarşı qaldırmaq, ailə daxilində ciddi qarşıdurma yaratmaq və sonda ailə bütövlüyünü pozmaq məqsədi daşıyır. Bu davranışların sadəcə mənəvi deyil, həm də ciddi hüquqi məsuliyyət daşıdığını düşünür və bununla bağlı hüquqi qiymət verilməsini xahiş edir. Bütün bunlara cavab olaraq qarşı tərəf
1. guya onu 5 ay pulsuz işlətdiklərini iddia edib - bu isə tamamilə əsassızdır. Onun özü tərəfindən WhatsApp tətbiqi vasitəsilə göndərilmiş səs yazılarında aydın şəkildə təsdiqlənir ki, əmək haqqını almışdır. Bu səs yazıları sübut kimi mövcuddur və məhkəməyə təqdim edilməyə hazırdır. 2. Həmçinin əmək kitabçasının ondan alınıb itirildiyini söyləyir - Halbuki əmək kitabçası əsas iş yerində saxlanılır və əlavə iş yeri üçün işəgötürənin bu məsələ ilə bağlı heç bir hüquqi öhdəliyi yoxdur. Bundan əlavə, əmək müqavilələri artıq elektron sənəd formasında bağlanılır və bu da dövlət sistemində izlənilə bilən sənəddir. Cavabdehlər xx.xx.2025-ci il tarixli digər etiraz ərizələrində göstərmişlər ki, irəli sürülən maddi tələblərlə razı deyillər və bu tələbləri əsassız, qərəzli, sübutsuz və böhtan xarakterli hesab edirlər. İddiaçı öz ərizəsində qeyd edir ki, guya əmək haqqı almadan fəaliyyət göstərmişdir. Halbuki, mövcud səs yazısında özü aydın şəkildə əvvəlki dövrlərə dair bütün ödənişləri aldığını etiraf edir (Sübut: səs yazısı № 1). Həmin ödənişlərin bir qismi nağdsız qaydada onun bank kartına köçürülmüşdür və bunu təsdiq edən müvafiq çek və bank çıxarışları mövcuddur. Əmək münasibətlərinin xitamı və kompensasiya tələbi ilə bağlı etiraz: İddiaçının fəaliyyətini tərk etməsi də birtərəfli qaydada, 9 dekabr tarixində iş yerini mübahisə ilə tərk etməsi və ayın sonuna qədər heç bir səbəb bildirmədən qayıtmaması ilə baş vermişdir. Ayın sonuna qədər gözləmiş, lakin iş yerinə gəlməyəcəyi barədə WhatsApp vasitəsilə səsli şəkildə məlumat vermiş və işdən azad olunmağını özü şəxsən istəmişdir (Sübut: səs yazısı № 10). Hər hansı rəsmi ərizə təqdim edilməmişdir. İddiaçının işdən çıxarılması tam qanun əsaslara söykənir, ödənişlər vaxtında və tam şəkildə aparılmışdır, kompensasiya tələbi qanuna və reallığa ziddir. Əmək münasibətlərinə gəlincə, ilkin mərhələdə - avqust ayında kursun hələ rəsmi olaraq strukturu formalaşmadığından əmək müqaviləsi bağlanmamışdır. İddiaçı VÖEN-nin olduğunu və özünün vergi ödəyicisi olduğunu, öz şagirdlərinin vergi xərclərini ödəyəcəyini demişdir. Bu səbəbdən kursun fəaliyyəti qismən yuxarıda göstərilən şərtlər əsasında onun 84 nəfər şəxsi şagirdinin (Sübut: səs Yazısı № 2) tədrisi üçün ona sinif otağı istəyini təmin etmişlər ki, sturuktur formalaşanda birgə əməkdaşlıq etsinlər. Özünün şəxsi şagirdlərinə görə hər ay yalnız 10 manatlıq təsərrüfat xərclərini (marker, printer-çap, sinif otağının təmizlənməsi, salfet, baxıl, gel və s.) ödəmişdir (Sübut: səs yazısı № 4). Bu şagirdlər kursun deyil, onun şəxsi şagirdləri hesab olunur və bu şagirdlərin gəlir ödənişləri heç bir zaman onlara aid olmayıb və onlara ödənilməyib (Sübut: səs yazısı № 9). Kursun rəsmi sturukturu oktyabr ayında formalaşmış və sima tətbiqi üzrə elektron sənəd formasında əmək müqaviləsi özü tərəfindən imzalanmışdır (Sübut: səs yazısı № 5-6-7). Əmək fəaliyyətinin yarımştat olduğu və alacağı əmək haqqının hansı məbləğ olduğu əmək müqaviləsində göstərilib və bu haqda iddiaçının məlumatı var (Sübut: səs yazısı № 3). Əmək müqaviləsi elektron sənəd formasında olduğundan iddiaçının özünün də izləyə biləcəyi bir sənəddir. Kursun rəsmi qeydiyyatında olan şagirdlərin sayı isə dekabr ayına qədər maksimum 12 nəfər olmuşdur və on ay üzrə son haqq - hesablamalar iddiaçının özünün istəyi ilə 60/40 nisbətinə əsasən aparılmışdır. Bunu təsdiq edən hesablamalar və iddiaçıya ödənilən ödənişlərin qəbzi WhatsApp tətbiqi üzrə iddiaçının şəxsi nömrəsinə atılmışdır. Bunu təsdiq edən sübutları çap şəklində təqdim edirlər. İddiaçı çıxarkən kursun rəsmi qeydiyyatında olan şagirdləri də özü ilə aparmaqla kurs maddi və mənəvi ziyan vurmuşdur. İddiaçının əmək kitabçası ilə bağlı irəli sürdüyü "itirilib" iddiası da qərəzli və əsassızdır. Qeyd olunur ki, o kursda əlavə iş yeri kimi çalışırdı və əmək kitabçasının təqdim edilməsi və ya onda qeyd aparılması ilə bağlı əlavə iş yeri kimi işə götürənin heç bir hüquqi öhdəliyi yoxdur. Əmək kitabçası əsas iş yerində saxlanılır. Əgər əmək kitabçası əsas iş yerindən götürülmüş olsaydı, bu, mütləq ərizə ilə və müddətli şəkildə olmalı idi. Həmin əmək kitabçası onlara heç vaxt təqdim edilməmişdir. Bununla bağlı təqdim etdikləri vəsatətin təmin olunmasını xahiş edirlər. Nəticə etibarilə iddiaçının dəqiqləşdirilmiş ərizəsi üzrə onlara qarşı təqdim etdiyi maddi və digər tələblərə etiraz edirlər: bütünlükdə qərəzli, əsassız və böhtan xarakterlidir. Həmçinin cavabdehlərin xx.xx.2025-ci il tarixli izahat adlandırılan ərizələrində göstərilmişdir ki, iddiaçının təqdim etdiyi dəqiqləşmədə onun işdən azad olunması ilə bağlı əmrlərin ləğv olunması tələbi irəli sürülmüşdür. Bu dəqiqləşməyə dair mövqelərini aşağıdakı şəkildə bildirirlər: 1. İddiaçının əmək münasibətlərinə xitam verilməsi qanunvericiliyə uyğun şəkildə, müvafiq əsaslarla və zəruri sənədləşmə aparılmaqla həyata keçirilmişdir. 2. Əmək müqaviləsinə xitam verilməsi həm iş yerində intizamın qorunması, həm də əmək münasibətlərinin sağlam prinsiplər əsasında davam etdirilməsi baxımından zəruri olmuşdur. 3. Təqdim olunan mövcud sənədlər və işə dair materiallar əmək müqaviləsinə xitam verilməsinin əsaslı olduğunu sübut edir. Bu baxımdan işdən azad olunma barədə verilmiş əmrin ləğvi üçün hüquqi əsas mövcud deyil. İddiaçı xx.xx.2024-cü il tarixində iş yerində şəxsi səbəblərlə bağlı mübahisə, səs-küy yaratma, kobud rəftar etmə və etik qaydalara zidd davranışa yol verdiyi üçün hadisə yerində akt tərtib edilmişdir. Bu halın şahidləri və rəsmi sənəd mövcuddur. Hadisədən sonra iddiaçı özü səsli mesaj vasitəsilə (WhatsApp tətbiqi üzərindən) işdən çıxmaq istəyini açıq şəkildə bəyan etmişdir. Bu sübut xarekterli səs yazısı saxlanılmışdır. Kurs rəhbərliyi olaraq ayın sonuna qədər gözləmiş və heç bir səbəb və ərizə təqdim etməmişdir, bu halda əmək məcəlləsinə görə işçi üzürlü səbəb olmadan üç ardıcıl iş günü gəlmədikdə bir tərəfli qaydada əmək münasibətlərinə xitam verilmişdi. 12 dekabr tarixində son-haqq-hesab aparılmış, əməkhaqqı ödənilmişdir. Əmək müqaviləsinə 30 dekabr tarixində tərəflərdən birinin təşəbbüsü ilə (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi üzrə) xitam verilmiş və bu barədə müvafiq əmrlə rəsmiləşdirmişdir. Tərəflər arasında heç bir hüquqi narazılıq və mübahisə olmadan əmək münasibətləri sonlandırılmışdır. Əmək münasibətlərinə qanuni əsaslarla xitam verildiyi üçün, iddiaçının işdən çıxarılma barədə əmrlərin ləğvi tələbi əsassızdır. İİ tələb: İddiaçıya verilməli əmək haqqı və düşən ödənişlərin son haqq-hesab pulunun, əmək haqqının 2 faizi kompensasiyanın ödənməsinə dair izahat: 1. İddiaçı əlavə iş yeri üzrə yarımştat (əvəzçilik üzrə əmək müqaviləsi) əsasında çalışmış, əmək müqaviləsi üzrə 175 manat əmək haqqı məbləği ilə rəsmiləşdirilmişdir. Müqavilə elektron qaydada sima tətbiqi vasitəsilə rəsmən imzalanmış və hüquqi qüvvəyə malikdir (öz razılığı ilə imzaladığını təsdiqləyən səs yazısı var). 2. İddiaçının 700 manat əmək haqqı ilə işləməsi barədə iddiası həqiqəti əks etdirmir və heç bir hüquqi sənədlə təsdiqlənməyib, əksinə, onun əmək haqqını razılaşdırılmış qaydada aldığına və əməkhaqqı barədə məlumatlı olduğuna öz səsli mesajlarında açıq şəkildə rast gəlinir. 3. İddiaçının əmək fəaliyyətini həyata keçirdiyi dövr ərzində, çıxdığı aya qədər bütün ödənişlər (əməkhaqqı və digər haqq-hesablar) vaxtında və tam şəkildə ödənilmişdir. Hətta işlədiyi ay çıxarkən tamam olmamasına baxmayaraq, o dövrə dair əmək haqqı hesablamaları dəqiq şəkildə aparılmış və onun öz səsi ilə ödənişini aldığını təsdiqlədiyi səs yazısı var. 4. Yalnız bir qalıq ödəniş - istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya - texniki səbəbdən gecikmişdir. Bu məbləğ 25 manat təşkil edir və iddiaçı tərəfindən bu məsələ rəsmi şəkildə tələb olunmadığı üçün gecikmə baş vermiş və heç bir laqeyd münasibət olmamışdır. Hal-hazırda bu məbləğ ödənilməyə hazırdır. İİİ tələb: İstifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın hesablanmasına dair izahat: iddiaçının xx.xx.2024 il tarixindən xx.xx.2024 il tarixinədək olan əmək fəaliyyəti dövrünə dair olaraq istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya hesablanmış və aşağıdakı qaydada müəyyən edilmişdir. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən işçinin hər tam iş ili üçün 21 təqvim günü məzuniyyət hüququ vardır. Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi. 1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. 3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30.4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. 5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. 6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. 7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Yəni, 1. İddiaçının tədris mərkəzində faktiki əmək fəaliyyəti 2 ay 14 gün (yəni 74 təqvim günü) təşkil etmişdir. Bu müddət üçün istifadə olunmamış məzuniyyət günlərinin hesabatı əmək müqaviləsinə uyğun olaraq aylıq əmək haqqına görə gündəlik əmək haqqı ilə hesablanır. 3. Nəticə etibari ilə istifadə olunmamış məzuniyyətə görə 24,98 = 25 manat kompensasiya məbləği hesablanmışdır və hesabatı təqdim edirlər: işə başlama tarixi – xx.xx.2024; işdən çıxma tarixi – xx.xx.2024. 2 ay x1,75 +14 gün x 0,06. 12 ay üçün 21 gün məzuniyyət, 2 ay üçün 3,5, 14 gün üçün 0,84. Beləliklə istifadə etmədiyi məzuniyyət günləri 4,34, istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiya 24,********. İV tələb: İddiaçının əmək kitabçasında işə qəbul və işdən öz ərizəsi əsasında çıxarılmasına dair qeydlərin edilməsi ilə bağlı tələbinə dair izahat: Əlavə iş yerinə dair əmək münasibətləri işçinin şəxsiyyət vəsiqəsinin əsasında elektıon qaydada rəsmiləşdirilir və bu elektron sistemdə əks olunur. İddiaçının əmək kitabçası əsas iş yerində saxlanılır. Əlavə iş yeri kimi işə götürənin əmək kitabçasını tələb etmə və qeyd aparma kimi bir hüquqi öhdəliyi yoxdur, işə qəbul zamanı da əmək kitabçası təqdim edilməmişdir. Bu səbəbdən işə götürənin əmək kitabçasına hər hansı qeyd aparma imkanı olmamışdır. Mediasiya prosesinda iddiaçı kitabçanı təqdim etdiyini, guya onların itirdiklərini iddia etmişdir. Etiraz edərək, iddiaçıdan əmək kitabçasını təqdim edibsə, bununla bağlı əsas iş yerindən ərizə və rəsmi sənəd təqdim etməsini istəmişlər. Lakin iddiaçı sonradan bu tələbindən imtina etmişdir. Eyni zamanda iddiaçının onlara əmək kitabçasında qeyd aparması ilə bağlı nə yazılı nə də şifahi bir müraciəti olmamışdır. V tələb: Test imtahanlarından gələn gəlirləri 60/40 münasibətdə bölməli, övladlarının hazırlaşdırmağı qarşısında aylıq hər uşağa minumum 85 manat ödəniş tələbinə dair izahat: Övladları üçün keçdiyi hazırlıq və əsassız ödəniş tələbi: İddiaçı, övladlarına keçdiyi dərslərə görə hər bir uşaq üçün 85 manat ödəniş tələb edir. Lakin bu tələbi tamamilə əsassızdır və heç bir hüquqi və ya razılaşdırılmış əsas üzərində qurulmamışdır. Əvvəla, kursun bütün şagirdləri üçün vahid qiymət təyin olunub. Hazırda təhsil alan övladlarından biri 5-ci, digəri isə 8-ci sinifdə təhsil alır. Bu siniflər üzrə kursun müəyyən etdiyi tədris haqqı 70 manat olmuş və digər şagirdlər də bu ödənişlə dərslərə qatılmışdır. Bundan əlavə, digər bir övladı 2 yaşda olduğu üçün onun heç bir hazırlığı olmayıb. 10-cu sinifdə təhsil alan oğlunun isə dərs haqqı, iddiaçının öz 10-cu sinifdə oxuyan oğlunun təhsil haqqı ilə qarşılıqlı razılıqla əvəzləşdirilmişdir. Yəni bu, qarşılıqlı razılaşmaya əsaslanan təminatsız və qeyri-nağd hesablaşma xarakterli bir yanaşma olmuşdur. İddiaçının bu halda əlavə ödəniş tələb etməsi əvvəlki razılaşmalara ziddir və heç bir yazılı sübutla əsaslandırılmamışdır. Bu tələb, sonradan qərəzli şəkildə irəli sürülmüş, qərəzli və əsassız tələblərin bir hissəsidir. İddiaçının əmək münasibətləri ilə bağlı irəli sürdüyü tələblərə dair əlavə izahatlar: 1. İşə başlama tarixi ilə bağlı açıqlama: İddiaçı işə avqust ayında başladığını qeyd edərək, əmək müqaviləsinin yalnız oktyabr ayında bağlandığını və bu müddət ərzində əmək haqqı almadığını bildirir. Halbuki avqust ayında iddiaçı heç bir əmək münasibətinə daxil olmamış, öz təşəbbüsü ilə - vergi ödəyicisi - fərdi sahibkar statusu ilə fəaliyyət göstərmişdir. O, bu barədə özü dəfələrlə bildirmiş və şəxsi şagirdləri ilə işlədiyini, bu şagirdlərin ödənişlərini birbaşa özü topladığını, yalnız hər şagird üçün kursa 10 manat xidmət haqqı (xərclərini) ödəyirdi. İddiaçının təqdim etdiyi 43 nəfərlik siyahıda, bu fəaliyyətin və şagirdlərin özünə məxsus olduğunu əks etdirir. Bu müddətdə kursun rəsmi strukturu tam formalaşmadığı üçün onunla xidmət müqaviləsi bağlanması nəzərdə tutulurdu. Lakin oktyabr ayında rəsmi struktur tam formalaşdıqdan sonra, əmək münasibətləri qurulması məqsədilə əmək müqaviləsi təklif olunmuş, lakin iddiaçı şəxsi işləri (köç işi ilə bağlı) səbəbindən bunu gecikdirmiş və xx.xx.2024 tarixində əmək müqaviləsi bağlanmışdır. Müqavilə Sima sistemi üzərindən rəqəmsal imzalanmışdır. 2. Əmək haqqı ilə bağlı əsassız tələblər: İddiaçı hər şagirddən 85 manat əmək haqqı tələbi irəli sürmüşdür. Lakin kursun rəsmi qeydiyyatında olan cəmisi 12 şagird olmuşdur və bu şagirdlərin tədris haqqı müqavilələrdə 70,80 və ya 90 manat olaraq göstərilmişdir. Bu da onun tələbinin həqiqətə uyğun olmadığını göstərir. Kurs yeni fəaliyyətə başladığı üçün gəlirlər aşağı idi. Cəmi 12 şagirdə görə bu şəraitdə 700 manat əmək haqqı ödənilməsi razılığı qeyri-mümkündür və belə bir razılaşma heç vaxt apanlmamışdır. 3. 84 şagirdin gəliri və vergi məsələləri: İddiaçının qeyd etdiyi 84 şagirdin böyük əksəriyyəti onun özünə məxsus olmuş, onların ödənişlərini öz hesabına toplamışdır. Verdiyi siyahıya əsasən bu say 43 nəfər olmuşdur. Əgər həqiqətən 84 nəfər şagird olubsa, bu zaman iddiaçının onların 41 nəfərini vergidən yayındırması ehtimalı yaranır. Bu isə cavabdeh olaraq onların deyil, iddiaçının hüquqi məsuliyyətidir. İddiaçının bu fəaliyyətini və ödənişləri özü həyata keçirdiyinə dair səs yazısı, ödəniş sübutları, vergi uçotu statusu kimi əsaslı sübutlar mövcuddur. Test imtahanları ilə bağlı gəlir tələbinə dair izahat: İddiaçının test imtahanlarından əldə edilən gəlirin 0/40 nisbətində bölünərək ora daimi qazanc ödənilməsinə dair tələbi əsassız və hüquqi əsasdan məhrumdur. — İddiaçı yalnız bir dəfə testlərin tərtib olunmasında köməkçi qismində iştirak etmiş, bu işə görə də əldə edilən gəlir tərəflər arasında razılaşdırılmış şəkildə bölüşdürülmüş və iddiaçının payına düşən məbləğ tam şəkildə ödənilmişdir. — Bu ödənişin həyata keçirildiyini təsdiq edən yazılı və ya səsli sübutlar mövcuddur. — İddiaçının bu işdən davamlı gəlir əldə etməsi ilə bağlı hər hansı hüquqi sənəd, əmək müqaviləsi, əlavələr və ya razılaşmalar mövcud deyil. Test imtahanlarının təşkili və gəlirləri ilə bağlı fəaliyyət isə müstəqil bir təşkilat tərəfindən həyata keçirilir və cavabdeh tərəfin bu gəlirlər üzərində istənilən formada bölüşdürmə və ya öhdəlik daşıması mümkün deyil. Sonda qeyd etmək istəyirlər ki, iddiaçı səs yazılarında təcrübə məqsədi ilə kursa qoşulduğunu, gələcəkdə öz kursunu açmaq niyyətində olduğunu açıq şəkildə etiraf edir. Bu niyyətin əvvəldən kursu tərk etmək, şagirdləri özü lə aparmaq niyyətində olduğunu sübut edir. Bu səbəbdən də hal-hazırda irəli sürdüyü iddialar qərəzli və böhtan xarakterlidir. Yuxarıda təqdim edilən izahat və sübutlara əsaslanaraq, iddiaçının tələblərinin təmin edilməməsi ilə bağlı qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, tərəflərin razılaşmasına görə iddiaçı minimum 700 manat əmək haqqı almaqla cavabdehlərə məxsus tədris mərkəzində işləməli və təşkil edilən test imtahanlarından gələn gəlirləri 60/40 münasibətdə bölünməli, övladlarının hazırlığı qarşılığında aylıq hər uşağa minimum 85 manat ödəniş etməli idilər. Lakin həmin razılaşmanın əksinə cavabdehlər iddiaçını 175 manat əmək haqqı ilə rəsmiləşdirmişlər. Belə ki. iddiaçı avqust ayından işə başlamağına və azı 84 şagirdi kursa cəlb etməyinə baxmayaraq, onun əmək müqaviləsi xx.xx.2024-cü ildə rəsmiləşdirilmişdir. Belə olan təqdirdə də ayı 700 manatdan cavabdehlərin tək əmək haqqı kimi ona ödəməli olduqları məbləğ 5 aya görə 3500 manat edir. Cavabdehlər isə həmin məbləği və tarixi dəyişdirdiklərinə görə iddiaçı 2 ay 14 gün işləmiş sayılmışdır və əmək haqqı 175 manat yazılmışdır. Bununla yanaşı cavabdehlər iddiaçıya düşən ödənclər kimi məzuniyyət pulu, son haqq hesab pulunu da ödəməmişlər. Buna görə də hazırda həmin məbləğin 2%-i kompensasiya tələb edirlər. Belə ki, cavabdehlər 3500 manatı nə işdən çıxan gün, nə də indiyədək iddiaçıya ödəməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizələrinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 da bənzər məzmunda izahat verərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, işçi əlavə iş yeri üzrə müəllimə vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən işçi xx.xx.2024-cü il tarixdən işə başlayır. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 175 manat məbləğində əmək haqqı ödənilir. Müqavilənin 4.17-ci bəndinə əsasən iş saat 16:00-da başlayır, saat 20:00-da qurtarır. 4.27-ci bəndinə görə isə, əsas məzuniyyətin müddəti ən azı 21 təqvim günüdür. Elektron informasiya sisteminə xx.xx.2024-cü il tarixdə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, Cavabdeh1 (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2.a. maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Ə.Ələskərov adına 244 saylı tam orta məktəbi tərəfindən Arbitrium Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, adları qeyd edilən şəxslərin övladları məktəbdə təhsil aldıqlarından həmin şəxsləri tanısalar da, adı qeyd edilən digər şəxs Aynurə Seyidəliyevanı tanımır, yalnız valideyn Nuranə və Cavabdeh2ların yanında cəmi iki dəfə gəldiyini və İddiaçı barəsində məktəbə aidiyyəti olmayan kurs fəaliyyəti ilə bağlı şikayətlərini bildirmiş və cəzalandırılmasını tələb etmişdir. Həmin valideynlərə məktəbin dərs (iş) saatlarından kənar hər hansı bir fəaliyyətinə müdaxilə edə bilmədikləri və kurs fəaliyyəti ilə bağlı məsələlərin məktəbin səlahiyyətində olmadığı bildirilmişdir. İddiaçı barəsində hər hansı bir qərar qəbul edilməmişdir. İddiaçı 7 ildir ki, 244 №-li məktəbdə Azərbaycan dili Ədəbiyyat müəlliməsi vəzifəsində işləyir, işlədiyi dövr ərzində hər hansı bir qanunsuz hərəkəti, qərəzli bir münasibəti olmamış, əksinə məktəbin ən yüksək bal toplayan müəlliməsidir və sinif rəhbəri olduğu 10A sinifi məktəbin ən nümunəvi siniflərindən biridir və onu da qeyd edir ki, İddiaçı məktəbdə hazırlıq keçmir. Cavabdeh1, Cavabdeh2 və onların işçiləri Aynurə Seyidəliyevanın hərəkətləri barəsində hüquq mühafizə orqanlarına şikayət edilməmişdir. Həmçinin onu da qeyd edir ki, məktəbdə təhlükəsizlik kameraları olsa da, hadisənin baş verməsi vaxtından 2 aydan çox müddət keçdiyindən həmin günlərin video görüntüləri saxlanılmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Ə.Ələskərov adına 244 saylı tam orta məktəbi tərəfindən İddiaçı adına verilmiş 12 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, İddiaçı yeddi ildir ki, 244 saylı Əsəd Ələskərov adına tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi vəzifəsində işləyir. Əmək fəaliyyəti dövründə o, özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı həm də təşəbbüskarlığı ilə öz səlahiyyətləri daxilində mürəkkəb məsələlərlə bağlı düzgün qərarlar qəbul edib. 2024-cü ildə müəllimlər arasında dövlət tərəfindən təşkil olunmuş sertifıkasiyada yüksək bal toplamış və peşəkarlığını bir daha sübut etmişdir. O, daim öz üzərində işləyir, çalışdığı sahə üzrə bu yenilikləri öz sahəsində tətbiq etməyə çalışır. Aynur müəllimə kollektivdə savadlı, bilikli bir müəllim kimi hörmət qazanmışdır. Aynur müəllimə yüksək əmək qabiliyyətinə malikdir, işlədiyi müddət ərzində həm şagirdləri, həm müəllimlər, həm valideynlər arasında böyük hörmət qazanmışdır. Məktəb daxilində və məktəb xaricində işlədiyi dövrdə şagirdlər ilə heç bir neqativ hal yaşamayıb. Sinif rəhbəri olduğu 10-a sinifi öz tərbiyəsi və fəallığı ilə ön sıralardadır. Tədris etdiyi bütün siniflərdə şagirdləri tərəfindən sevilən və Azərbaycan dilini şagirdlərinə sevdirən müəllim kimi tanınmışdır. Aynur müəllimə haqqında onun fəaliyyəti və onun şagirdləri haqqında 2025-ci il fevral ayında Azərbaycan müəllimi qəzetində xüsusi məqalə dərc olunmuşdur. Şagirdləri arasında xüsusi hörmətə malik olan müəllim onlara ana qayğısı ilə yanaşır və dərsdən sonra belə onların problemlərində yaxından kömək edir. “X2” ASC-nin xx.xx.2024-cü il tarixli əməliyyat qəbzindən görünür ki, həmin tarixdə 523915****4637 saylı kart hesabına 165 manat köçürülmüşdür. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçının əmək haqqı, son haqq hesab pulu, əmək kitabçasının və s. təqdim edilməsi, qanunsuz əmrin ləğv edilməsi ilə bağlı mübahisə üzrə müraciəti əsasında keçirilən ilkin mediasiya sessiyasında tərəflər iştirak etsələr də, onlar mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər. İddiaçı mediasiyaya görə 50 manat, kargüzarlıq xərcləri üçün isə 10 manat olmaqla, cəmi 60 manat məbləğində ödəniş etmişdir. Beləliklə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən müəllimə vəzifəsinə işə qəbul edilmiş, onun əmək haqqı 175 manat, iş saatları 16:00-20:00 və məzuniyyət müddəti isə 21 təqvim gün müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Tərəflər mübahisələndirmirlər ki, əmək münasibətindən savayı onlar arasında mülki işgüzar münasibətlər olmuşdur. İddiaçı avqust ayından işə başladığını halda, cavabdehlərin onun iş müddətini cəmi 2 ay 14 gün olaraq hesabladıqlarını, cavabdehlərlə 700 manat əmək haqqı razılaşdıqlarını halda, əmək haqqının 175 manat yazıldığını, nəticədə cavabdehlərin ona 5 aya görə 3500 manat əmək haqqı borclarının yarandığını, o cümlədən ona düşən ödənclərin və son haqq-hesab pulunun verilmədiyini iddia edərək hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə iddiaçının “cavabdehlərin ona 5 aya görə aylıq 700 manat olmaqla 3500 manat əmək haqqı borclarının yaranması” dəlillərini əsaslı hesab etmir. Yuxarıda göstərildiyi kimi iş materiallarından da aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş və ona 175 manat əmək haqqı təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə isə cavabdehin əmək müqaviləsinə xitam verilmişdir. Bu o deməkdir ki, tərəflər arasındakı əmək münasibəti 2 ay 14 gün müddətində davam etmişdir. Cavabdehlər həmin müddət üçün iddiaçıya çatan əmək haqqını tam şəkildə verdiklərini bildirməklə iddiaya etiraz etmiş, sübut qismində xx.xx.2024-cü il tarixli əməliyyat qəbzini təqdim etmişlər. Qəbzdən görünür ki, 523915****4637 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 165 manat köçürülmüşdür. Cavabdehin nümayəndəsi həmin hesabın cavabdehə aid olduğunu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 95-ci maddəsinə görə, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 96.1-ci maddəsinə görə, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1-ci maddəsinə görə, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.3-cü maddəsinə görə, gəlirlərə aiddir:. muzdlu işlə əlaqədar əldə edilən gəlir (m. 97.3.1);... 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 101.1-ci maddəsinə əsasən, bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur: Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği 2500 manatadək 14 faiz 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi 8000 manatadək 0 faiz 8000 manatdan çox olan məbləğin 8000 manatdan çox olduqda 14 faizi
Azərbaycan Respublikası Əmək Məcəlləsinin “İşçilərin sosial sığorta olunması” başlıqlı 304-cü maddəsinə görə, sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır (b. 1). İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir (b. 2). Sosial sığorta haqqında Azərbaycan Respublikasının qanununun: 12-ci maddəsinə görə, …əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3-cü maddəsinə əsasən, bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:
sosial sığorta haqqı dərəcəsi Sığorta haqqına cəlb edilən aylıq cəmi sığortaolunanın sığortaedənin vəsaiti gəlir gəlirlərindən hesabına ödənilən tutulan
200 manatadək 25 faiz 3 faiz 22 faiz 6 manat + 200 44 manat + 200 200 manatdan çox 25 faiz manatdan çox olan manatdan çox olan olduqda hissənin 10 faizi hissənin 15 faizi
İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanununun 9.0-cı maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir: sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi (m. 9.0.2) Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanununun 15-10.1-ci maddəsinə əsasən, icbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir: …15-10.1.2. muzdla işləyən fiziki şəxslər… üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz. Beləliklə, iddiaçıya təyin edilmiş əmək haqqının 175 manat olduğunu nəzərə alındıqda, həmin məbləğ üzrə hesablanmalı gəlir vergisi 0 manat təşkil etmiş, onun gəlirindən tutulan sosial sığorta haqqı 5,25 manat (3%), işsizlikdən sığorta haqqı 0,88 manat (0,5%) icbari tibbi sığorta haqqı isə 3,50 ₼ (2%) olmuşdur. Bu o deməkdir ki, iddiaçının aylıq xalis gəliri 165,38 manat olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin hesabına köçürüldüyü mübahisə mövzusu olmayan 165 manat pul vəsaitinin (38 qəpik əskik olmaqla) əmək haqqına olduğunun qəbul edilməsi hazırki işin həqiqi faktiki hallarına daha uyğundur. Qalan müddətə görə əmək haqqının ödənilmiş olduğu isə müəyyən edilmir. Cavabdehlər buna dair sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya 1 ay üçün ödənilən əmək haqqı 38 qəpik əskik olmaqla ödənilmiş, 1 ay 14 gün müddətində isə ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Məhkəmə əmək münasibətlərinin iddiaçı ilə Cavabdeh1 arasında yarandığını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 1 ay 14 gün müddəti üçün iddiaçıya verilməli əmək haqqı kimi 241.54 manat (1 ay üçün 165.38 manat + 14 gün üçün 76.16 manat) xalis (net) əmək haqqı tutulmalıdır. Bundan başqa işdən çıxarkən iddiaçı ilə son haqq-hesab aparılmadığını, daha dəqiq ifadə ilə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin iddiaçıya ödənilmədiyi Cavabdeh1 özü də etiraf etmişdir. Qeyd edildiyi kimi, xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə onun əmək müqaviləsinə xitam verilmişdir. Bu o deməkdir ki, tərəflər arasındakı əmək münasibəti 76 təqvim günü davam etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində illik məzuniyyət günlərinin sayı 21 təqvim günü nəzərdə tutulduğundan 76 təqvim günü üçün onun istifadə etmədiyi əmək məzuniyyətinin müddəti 4.3 gün təşkil edir. İddiaçının 1 aylıq xalis gəliri (net əmək haqqı) 165.38 manat olduğundan onun 1 günlük xalis gəliri 5.4276 manat, 4.3 gün üçün isə 23.34 manat təşkil edir. Bu baxımdan məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi kimi 23.34 manat tutulmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 yuxarıda qeyd edilən ödəncləri iddiaçıya verməklə yanaşı, həmin ödənclər üzrə işəgötürən (sığortaedən) kimi məcburi dövlət tutulmalarının həyata keçirməsi vəzifəsini də daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək; ğ) uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək; x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək; ı) “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək; i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək; j) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək; k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək; q) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkartətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaratmaq; l) elektron informasiya sisteminə strukturuna, peşə və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil etməkdən ibarətdir. Əmək Məcəlləsinin 139-cu maddəsinə görə, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır (b. 1). Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (b. 2). Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir (1). 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır (2). Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur (3). Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir (4). İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir (5). Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər (6). Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir (7). Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir (b. 1). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir (b. 2). Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (b. 2). Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir (b. 2). Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər (b. 4). Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin maddənin 4-cü bəndinə görə, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad olunduğu halda, ona düşən yuxarıda qeyd edilən ödənclər (241.54 manat + 23.34 manat) ona ödənilməmişdir. İddiaçı gecikdirilmiş günlər üçün iki (2) faiz kompensasiya ödənilməsini tələb edir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli qərarının nəticə hissəsində göstərilmişdir ki, Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona düşən yuxarıda qeyd edilən ödənclər ödənilmədiyindən ona ödənilməli olan həmin ödənclərin xx.xx.2024-cü il tarixdən etibarən gecikdirilmiş hər günü üçün 1% ödənc icra gününə kimi tutularaq iddiaçıya ödənilməlidir. Bununla belə məhkəmə, iddiaçının “işə qəbul və işdən öz ərizəsi əsasında çıxarılmasına dair qeydlərin əmək kitabçasına qeyd edilməsi” tələbini əsaslı hesab etmir. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin maddənin 2-1-ci maddəsində deyilir ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin məcəllənin 83-cü maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. 2-ci bəndinə görə isə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək münasibətləri bir qayda olaraq əmək müqaviləsinin elektron informasiya sistemində elektron sənəd formasında bağlanması ilə yaranır. Həmin münasibətlərin xitamı və xitamın sənədləşdirilməsi də paralel formada həyata keçirilir. Buna müvafiq olaraq işçinin əmək fəaliyyəti haqqında məlumatlar da bir qayda olaraq elektron informasiya sistemində qeydə alınır. Həmin məlumatların əmək kitabçasında qeydə alınması isə məcəllədə göstərilən istisnai halda zəruridir. İşdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında elektron sənəd formasında əmək müqaviləsi bağlanılmış, həmin müqavilənin xitamı da paralel formada aparılmışdır. Eyni zamanda əmək kitabçasında müvafiq qeydlərin aparılmasını zəruri edən istisna hallar da mövcud deyildir. İddiaçının “vəkil xərcinin cavabdehlərdən tutulması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçı tərəfindən həmin iddia tələbini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə bu tələbin də təmin edilməməli olması qənaətinə gəlir. Məhkəmə həmçinin iddianı Cavabdeh2 münasibətdə də əsaslı hesab etmir və bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri bilmir. Belə ki, iddiaçı ilə adı çəkilən cavabdeh arasında hüquq münasibətlərinin yaranmış olduğu ümumiyyətlə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.3-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunun ödəməkdən azad olunurlar. Bu mənada məhkəmə hesab edir ki, iddianın təmin edilməmiş hissəsi 264,88 manat təşkil etdiyindən, Cavabdeh1 iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat alınaraq dövlət büdcəsinə köçürülməli, mediasiya sessiyasının keçirilməsi ilə bağlı isə cəmi 60 manat xərc (mediasiya və poçt xidmətləri xərci) tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı verilməli əmək haqqı kimi 241.54 (iki yüz qırx bir manat 54 qəpik) manat məbləğində əmək haqqı, istifadə edilməyən əmək məzuniyyətinə görə pul əvəzi kimi 23.34(iyirmi üç manat 34 qəpik) manat olmaqla cəmi 264.88(iki yüz altmış dörd manat 88 qəpik) manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilsin. Həmin ödənclərin gecikdirilmiş hər günü üçün 1% ödənc xx.xx.2024-cü il tarixdən etibarən faktiki icra gününə kimi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin olunmasın. Cavabdeh1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 60(almış) manat xərc (mediasiya və poçt xidmətləri xərci) Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fərid Hətəmzadə