Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3286/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Milli X1rşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi,işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Milli X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh Milli X1rşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli X3 İnstitunda hüquq məsləhətçisi vəzifəsinə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Milli X3 İnstitunun hüquq məsləhətçisi vəzifəsinə işə qəbul olunmuşdur. 2024-cü ilin noyabr ayında institutun işçi və ştat cədvəlinin ləğv ilə bağlı müraciət daxil olmuşdur. İlk verilən əmrdə 92 ştat vahidinin saxlanılması qeyd edilsə də sonradan guya rəhbərliyin şifahi tapşırığına əsasən həmin say 58 ştat vahidinə qədər azaldılmış və iddiaçının ştat cədvəlinin həmin əmrə əsasən ixtisar olunacağı bildirilmişdir. İddiaçı bununla bağlı rəsmi sənədin təqdim edilməsini tələb etsə də əmrin şifahi tapşırıq əsasında olduğu bildirilmişdir. Daha sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli əmrlə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən maddənin tələbləri pozulduğundan və o əsassız yerə işdən azad edildiyindən, əmr ləğv edilməli və o, əvvəlki vəzifəyə bərpa edilməlidir.
3. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, xx.xx.2024-cü il tarixli 214/K nömrəli əmrin ləğv edilməsi, Milli X3 İnstitunun hüquq məsləhətçisi vəzifəsinə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, özü komisiyanın üzvü olsa da ona işdən çıxarılacağı barədə məlumat verilməyib. Məlumat ona yalnız 28 dekabr 2024-cü il tarixdə verilmiş, 29 dekabr 2024-cü il tarixdə isə işdən azad edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etdiklərini, iddiaçının işə bərpa edilməsinə etiraz etmədiklərini bildirdi.
Mülki işin materialları:
6. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00316 saylı arayışından görünür ki, tərəflər mediasiya prosesində iştirak etsələr də razılıq əldə edilməmişdir.
7. Milli Aerokosmik Agentliyi Ekologiya İnstitunun xx.xx.2024-cü il tarixli, 16 nömrəli əmrindən müəyyən olunur ki, struktur və ştat cədvəlinin icraya qəbul edilməsi ilə əlaqədar komissiyanın yaradılması zamanı İddiaçı komissiyanın üzvü olmuşdur.
8. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitunun 2025-ci il üçün müəyyən olunmuş ştat cədvəlindən (92 ştat vahidi) görünür ki, hüquq məsləhətçisi vəzifəsi mövcud olmuşdur.
9. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutu tərəfindən Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla Cavabdeh idarəetmə strukturlarının təkmilləşdirilməsi və əmək fəaliyyətinə cəlb edilən işçilərin optimal sayının müəyyənləşdirilməsi məqsədilə yeni təsdiq olunmuş struktur və ştat cədvəlində 83 ştat vahidinin ixtisar edilməsi və işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi xahiş olunmuşdur. Həmçinin göndərilmiş 83 nəfərlik ixtisar siyahısında aparatın hüquq məsləhətçisi – İddiaçı adına qeyd edilməmişdir.
10. Milli Aerokosmik Agentliyi X4 16 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh əməkdaşlarının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq ləğv edilməsinə Həmkarlar İttifaqı Komitəsi razılıq verilmiş və tərtib edilmiş siyahıda (77 işçi) hüquq məslətçisi – İddiaçı adı da mövcuddur.
11. Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 15 saylı Protokolundan çıxarışdan görünür ki, hüquq məslətçisi İddiaçı iclasda iştirak etmişdir.
12. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitunun xx.xx.2024cü il tarixli, 214/K saylı əmrinə əsasən İddiaçı – ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə 2024-cü ilin 29 dekabr tarixindən xitam verilməklə rəhbərlik yanında aparatın hüquq məsləhətçisi vəzifəsindən azad edilməsi və digər prosesual hərəkətlərin edilməsi qərara alınmışdır.
13. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitunun 2025-ci il üçün müəyyən olunmuş ştat cədvəlindən (58 ştat vahidi) görünür ki, hüquq məsləhətçisi vəzifəsi mövcud olmamışdır.
14. Cavabdeh üzrə xx.xx.2024-cü il tarixi üçün işdən azad olunacaq işçilərin siyasında (105 nəfər) hüquq məsləhətçisi İddiaçı adı mövcud deyildir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
16. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir.
17. 12-ci maddəsinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri və məsuliyyətindən biri də əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır.
18. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatı ləğv edildikdə əmək müqaviləsi ləğv edilə bilər.
19. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
20. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
21. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: a) bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; b) bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; c) beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; d) on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
22. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
23. Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
25. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
26. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.
28. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı gələcəkdə məhkəmə qətnaməsi ilə tutularaq ona ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsi halı yarandıqda əmək haqqının gecikdirildiyi hər gün üçün 1 (bir) faiz məbləğində ödənc ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsasladır. Buna görə də iddia tələbi təmin edilməlidir.
30. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən işçilərin ixtisarı il əlaqədar iclas keçirilərkən iddiaçı iclas iştirakçısı olmuş, lakin özünə işdən azad edilməsi barədə məlumat verilməmişdir. Həmçinin tərtib edilmiş ilkin ixtisar siyahısında iddiaçının adı olmamışdır. Sonradan tərtib edilmiş siyahıya iddiaçının adı əlavə edilmiş və ona xx.xx.2024-cü il tarixdə işdən çıxarılması barədə məlumat verilərək növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə işdən azad edilməsi barədə əmr qəbul edilmişdir.
31. Məhkəmə hesab edir ki, əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz.
32. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən bir ilədək əmək stajı olan işçiyə - azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəl məlumat verilməlidir
33. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən, yəni 3 il həmin təşkilatda işləyib, yəni idi. Belə olduqda əmək müqaviləsinə xitam verilərkən ona azı dörd təqvim həftəsi əvvəl məlumat verilməli olduğu halda iddiaçıya əmək müqaviləsinə xitam verilməsinə dair məlumat 1 (bir) gün əvvəl verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi hissəsində iddiaçının tələbi əsaslıdır.
34. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin iddia tələbini qəbul etməsi də nəzərə alınmalıdır.
Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
37. 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
38. 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
39. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutunun xx.xx.2024-cü il tarixli, 214/K nömrəli əmri ləğv ediməli, İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutunda əvvəlki vəzifəsinə - hüquq məsləhətçisi vəzifəsinə, həmin vəzifə mövcud olmadıqda isə ona alternativ vəzifəyə bərpa edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutu tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.2 və "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.1-ci maddələrinə əsasən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir.
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutunun xx.xx.2024-cü il tarixli, 214/K nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutunda əvvəlki vəzifəsinə - hüquq məsləhətçisi vəzifəsinə, həmin vəzifə mövcud olmadıqda isə ona alternativ vəzifəyə bərpa edilsin. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutu tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X3 İnstitutundan 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova