Məhkəmə qərarları › İş №2(001)-3300/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3300/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3300/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə, İddiaçı Cavabdeh2 Cavabdeh İddiaçı QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsinə və sair tələblərə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3316/2020 saylı qərardadındana əsasən iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsinə və sair tələblərə dair 2(004)-3316/2020 saylı iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3300/2020 saylı mülki işlə birləşdirilmişdir. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixinə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı QSC-nin nümayəndəsi M.M.Ağamirov ərizə ilə məhkəməyə müraciət edərək borcun qaytarılması ilə bağlı razılıq əldə olunduğunu bildirib, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 nümayəndəsi və vəkli F.Ə.Nəcəfov ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh2 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə mülki işin sənədlərini araşdırıb, iddiaçıların iddia ərizələrinin geri qaytarılmasını tələb etmələrini, tərəflərin məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini nəzərə alıb hesab edir ki, iddia ərizələri geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsinə və sair tələblərə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar