Məhkəmə qərarları › İş №2(001)-3360/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3360/2025

08.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3360/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinə qarşı “əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmış və o, əmək müqaviləsi üzrə təxminən 3 ay müddətində "xxxx" MMC-də İT mütəxəssisi vəzifəsində işləmişdir. Bir müddət sonra "xxxx" MMC-nin fəaliyyətinin dayandırması səbəbi ilə onunla bağlanmış əmək müqaviləsi üzrə vəzifələrinin icrasına xitam verilmişdir. Bundan sonra iddiaçı işləmək məqsədi ilə bir sıra işəgötürənlərə müraciət etsə də, işəgötürənlər tərəfindən ona "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixdə bağladığı əmək müqaviləsinin qüvvədə olması bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı mövcud vəziyyətlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmiş və onun həmin müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İşəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X1 Xidmətinə həvalə edilməlidir. Ona görə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin "Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsinin X1 Xidmətinin səlahiyyətləri xaricində olması qeyd etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixədək bağlanmış müddətli əmək müqaviləsi "xxxx" MMC-nin fəaliyyətinin dayandırması səbəbinə görə xitam verilməmiş və hazırda qüvvədədir. Bu da onu deməyə əsas verir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi üçün ilk növbədə həmin cəmiyyətə müraciət olunmalı, müraciəti nəticə vermədikdə isə iddia məhz işəgötürənə qarşı yönəlməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsi hazırkı iş üzrə iddiaya cavab verməli olan tərəf deyil. Ona görə də iddia ərizəsi icraata qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinə qarşı “əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə xitam verildikdən sonra) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinə qarşı “əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən aidiyyəti üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində iş üzrə icraatın dayandırılması barədə hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar