Məhkəmə qərarları › İş №2(001)-338/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-338/2022

22.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-338/2022 22.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh ünvan 2 ünvanında M.Ə.Rəsulzadə Bələdiyəsinə məxsus 0,01794 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdeh AN-İ № ******* saylı xx.xx.2012-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında X4 ünvan 2 ünvanında yerləşən istifadədə olan 0,10216 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini X4 almışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102,7 m2 olan fərdi yaşayış evinə çıxarış almış və ona RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 28.11,2013-cü il olan dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış verilmişdir. Cavabdeh 2014-cü il taixdə qanunsuzluq edərək özünə məxsus olmayan hasarı sökərək, özünə məxsus olmayan və iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1065/05- 197 saylı qiyabi qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı torpaq sahəsinə aid tərtib və təsdiq edilmiş xx.xx.2000-ci il tarixli ayrıc-xəritə planının etibarsız hesab edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə ayrılmış 501,26 hektar torpaq sahəsi üzrə ayrıc-xəritə planının yenidən tərtib edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ünvan 3 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə daxildir. X5 xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 5-in yanında yerləşən Cəfərova Afaq Teymur qızının icarəsində olan 150 m2 torpaq sahəsini heç kimə satmamışdır. Ona görə də ünvan 2 ünvanında Cavabdeh tərəfindən zəbt edilmiş 0,01794 ha torpaq sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi ilə bağlı mübahisəyə dair iş 2015-ci ildə Binəqədi Rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin iş üzrə iddiaçı Cəfərova Afaq Teymur qızı olmuş və qeyd olunan torpaq sahəsinə dair Rəsulzadə Bələdiyyəsi ilə icarə müqaviləsinin olduğunu və bunun əsasında Cavabdeh torpaq sahəsindən çıxarılması, uçurulmuş hasarın bərpası və s. iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək qeyd olunan icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. İş üzrə Rəsulzadə Bələdiyyəsi və Binəqədi Rayon İcra Hakimiyyəti cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)- 1344/2015 saylı qətnaməsi ilə iddia tələbləri rədd olunmuşdur. Məhkəmə araşdırması zamanı çoxsaylı ekspertizalar keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunmuş torpaq sahəsinin Cavabdeh istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Məhkəmə qətnaməsindən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilmişdir. Mülki işə Ali Məhkəmənin Mülki Kollegiyasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Cəfərova Afaq Teymur qızı Bakı İnzibati Məhkəməsində və yenidən Binəqədi Rayon Məhkəməsində Cavabdeh qarşı eyni əsaslarla iddialar qaldırmışdır. Bu tələbi ilə də bağlı iş Ali Məhkəməyə kimi çıxarılmış və yekun qərar iddianın əsassız olduğundan rədd olunması ilə nəticələnmişdir. Həmin iş üzrə iddiaçı hazırkı iddia tələbi üzrə iddiaçının nümayəndəsi olan Vəkil1 ilə təmsil olunmuşdur. İndi isə eyni əsasla bu formada iddia qaldırılmışdır. Cavabdeh həqiqətən də Bələdiyyə torpağını zəbt etmişdirsə Rəsulzadə Bələdiyyəsi niyə indiyə kimi bu barədə iddia qaldırmamışdır. Əvvəlki məhkəmə qətnamələrindən görünür ki, torpaq sahəsi ilə bağlı iddiada Rəsulzadə Bələdiyyəsi cavabdeh qismində iştirak etmişdir. Yəni bu hal bələdiyyəyə faktiki olaraq məlum olmuş və Bələdiyyənin özünün iştirakı ilə məhkəmə araşdırmaları olmuşdur. İddiaçı Cəfərova Afaq Teymur qızı cavabdehə qarşı iddia qaldıraraq ünvan 2 ünvanında yerləşən 0.012 ha torpaq sahəsinə dair Cavabdeh verilmiş RX seriyalı 1-5126 nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2013-cü il olan dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsini tələb etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək iddiaçı Cəfərova Afaq Teymur qızı cavabdehə qarşı iddia qaldıraraq ünvan 2 ünvanında yerləşən 0.012 ha torpaq sahəsinə dair Cavabdeh verilmiş RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2013-cü il olan dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsini və İddiaçı 06/19-Y saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu F.Rüstəmov küçəsi 38 saylı evin yanında iddiaçıya ayrılmış 150 m2 torpaq sahəsindən sahiblik və istifadə hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanının yanında olan 150 m2 torpaq sahəsinin abadlaşdırmaq və yaşıllaşdırmaq məqsədi üçün iddiaçı ilə Binəqədi rayon Rəsulzadə Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 06/19U saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında torpaq sahəsi daş hasara alınmışdır. Sonradan daş hasar sökülərək torpaq sahəsi zəbt olunmuş, bu barədə akt tərtib olunmuşdur. Sonradan məlum olmuşdur ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 0,10216 ha torpaq sahəsini X4 almış bu barədə çıxarış verilmişdir. Mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar Cavabdeh DƏDRX tərəfindən 0,10216 ha torpaq sahəsinə çıxarış veriləcəyi halda 1,012 ha torpaq sahəsinə çıxarış verilmişdir. Halbuki iddiaçı eyni əsasla eyni iddia tələbi ilə bir dəfə də Binəqədi Rayon Məhkəməsində cavabdehə qarşı eyni hüquqi əsasla iddia qaldırmışdır. Həmin iddia tələbində də iddiaçı müqavilə əsasında istifadəsində olan torpaq sahəsindən cavabdehin çıxarılmağını, həmin sahənin uçurulmuş hasarının bərpa edilməsinin cavabdehə həvalə olunmasını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı hətta Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin, Binəqədi rayon Bələdiyyəsinin iştirakı ilə tam və uzun müddət araşdırma aparılmışdır. Dəfələrlə iş üzrə ekspertizalar keçirilmiş, dəfələrlə məhkəmənin iştirakı ilə yerli baxış habelə ekspertiza ilə əlaqədar olaraq yenidən araşdırma aparılmış və rəylər verilmişdir. Bunun nəticəsi olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-1344/2015 saylı qətnaməsi ilə iddia tələbləri əsassız olduğundan rədd olunmuşdur. İddiaçı tərəfindən qətnamədən müvafiq olaraq apellyasiya daha sonra isə kassasiya şikayətləri verilmiş nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı iddia tələbinin rədd olunmasına dair məhkəmə qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. A.T.Cəfərovanın təqdim etdiyi icarə müqaviləsi ilə bağlı araşdırma aparılarkən Binəqədi Bələdiyyəsinin özü qeyd olunan torpaq sahəsinin Bələdiyəyə aid olması barədə bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı əgər həqiqətən torpaq sahəsi yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə yəni, şəxsi istifadə üçün deyil, ümumi istifadə üçün iddiaçıya verilmişdirsə nəyə görə A.T.Cəfərova həmin hasarı çəkirdi. Qeyd olunan iddia tələbləri ilə cavabdehə qarşı ilk dəfə iddia qaldıran zaman xx.xx.2017-ci il tarixdə çıxarılmış və hazırda qüvvədə olan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5273/2017 saylı qətnaməsinin 7-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, məhkəmədə sübutetmə yalnız qanunda nəzərdə tutulmuş sübutlar vasitəsi ilə və müəyyən olunmuş qaydada həyata keçirilə bilər. Bu məhkəmə tərəfindən işin halları barədə həqiqi və etibarlı məlumat alınmasına imkan yaradır və mülki işin düzgün həlli üçün önəmli olan faktlar barədə məhkəmənin gəldiyi nəticəni mahiyyəti üzrə düzgün və əsaslı edir. Təqdim olunmuş materiallara əsasən, hazırkı iş üzrə mübahisə predmeti Cavabdeh istifadəsində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi təşkil edir. Çünki bu hal iddiaçının dəlillərinin yoxlanılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə iş üzrə bir neçə ekspertiza keçirilmişdir. Keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, tərəflərin istifadələrində olan torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə 3-cü şəxs olan Binəqədi Bələdiyyəsi iddiaçı A.T.Cəfərovanın istifadəsində olan torpaq sahəsinin mülkiyyət hüququ üzrə ona məxsus olduğunu sübut etməmişdir. Həmin qətnamə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Cəfərova Afaq Teymur qızının müqavilə əsasında istifadəsində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını, həmin sahənin uçurulmuş hasarının bərpa edilməsinin cavabdehə həvalə olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaranda DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə Cavabdeh qarşı iddiasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Faktiki olaraq mövcud mübahisəyə dəfələrlə məhkəmələr tərəfindən baxılmış, tam və aktiv araşdırmalar aparılmış, qətnamələr çıxarılmışdır. Bu gün də həmin qətnamələr qanuni qüvvədədir. Qanuni qüvvəyə minmiş həmin qətnamələrlə müəyyən edilmiş faktlar yenidən niyə mübahisələndirilir. İddiaçının faktiki olaraq əvvəlki məhkəmə qətnamələri ilə müəyyənləşdirilmişdir ki, subyektiv hüququ yoxdur. Digər tərəfdən iddiaçının tələbində göstərdikləri həqiqətdisə niyə bu vaxta kimi iddia qaldımırdı. Fakitiki olaraq iddia müddəti də ötürülmüşdür. Ona görə də bu mübahisənin həlli ilə bağlı iddia müddətinin tətbiq edilməsini və eyni tələblə bağlı artıq qanuni qüvvədə olan məhkəmə qətnamələrinin olmasının nəzərə alınaraq iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). X2 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı 0.10216 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Faiq Rüstəmov küçəsi 38 saylı fərdi yaşayış evini alıcıya 572320 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RN seriyalı 295126 saylı xx.xx.2013-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, 0,012 ha dövlət mülkiyyətində olan torpaqda inşa edilmiş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Faiq Rüstəmov küçəsi 38 saylı fərdi yaşayış evinə dair Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 22659 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-1344/2015 saylı qətnaməsindən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Cəfərova Afaq Teymur qızının ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mirzəli oğluna qarşı müqavilə əsasında istifadədə olan torpaq sahəsindən cavabdehin çıxarılması və həmin sahənin uçurulmuş hasarının bərpa edilməsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mirzəli oğlunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Cəfərova Afaq Teymur qızına və qarşılıqlı iddia üzrə cavabdeh Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı icarə müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-5273/2017 saylı qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-1344/2015 saylı qətnaməsi Cəfərova Afaq Teymur qızının iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-8732/2017 saylı qərarından müəyyən olunur ki, iddiaçı Cəfərova Afaq Teymur qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 5273/2017 saylı qətnaməsinin iddiaçı Cəfərova Afaq Teymur qızına münasibətdə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və ünvan Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazisinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən plan hazırlanmışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri İddiaçı ərazisində yerləşən Cavabdeh ifadəsində olan 1120 m2 torpaq sahəsi dövlət mülkiyyətindədir. Bakı şəhəri və ətraf qəsəbələr üzrə bələdiyyə xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron kadastr bazasında məlumat aşkar edilməmişdir. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 812 saylı sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Təhvil verilmiş ərazilərdə və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunduğu halda bələdiyyə torpaqlarının sərhələrinin yenidən dəqiqləşdirilməsi qərara alınmışdır. 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli 1065/05-197 saylı qiyabi qətnaməsinin surətindən müəyyən olunur ki, iddia tələbi ödənilərək Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı torpaq sahəsinə aid tərtib və təsdiq edilmiş xx.xx.2000-ci il tarixli ayrıc-xəritə planının etibarsız hesab edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 saylı sərəncam ilə İddiaçınə ayrılmış 501,26 hektar torpaq sahəsi üzrə ayrıc-xəritə planının yenidən tərtib edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.01794 ha torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsinə daxildir. X5 xx.xx.2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 5 ünvanında yerləşən 4 saylı mənzili xx.xx.2012-ci ildə Cavabdeh AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi 0,10216 ha olmuşdur. Evin yanında olan zibilli ərazi 1988-ci ildən Cəfərova Afaq Teymur qızı tərəfindən təmizlənərək abadlaşdırılmış və 150 m2 sahədə ağac və gül kolları əkilmiş, həmin ərazi 1999-cu ildə Cəfərova Afaq Teymur qızı tərəfindən daş hasara alınmışdır. M.Ə.Rəsulzadə bələdiyyəsi həmin 150 m2 torpaq sahəsini 2006-cı ildə Cəfərova Afaq Teymur qızına icarəyə verilmişdir. ünvan 5-in yanında yerləşən Cəfərova Afaq Teymur qızının icarəsində olan 150 m2 torpaq sahəsi heç vaxt X6 mülkiyyətində, sahibliyində olmamış, onun tərəfindən həmin ərazidə hər hansı abadlıq-yaşıllaşdırma işləri aparılmamış və həmin torpaq sahəsini heç kimə satmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (MM-nin 139.3.,178.1.,178.2.-ci mad.) İmperativ xarakterli normaların məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı ünvan 1 ünvanında yerləşən 0,01794 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını iddia etsə də, bu barədə hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və ünvan Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə cavabdeh X3 ifadəsində olan 1120 m2 torpaq sahəsinin dövlət mülkiyyətində olması, Bakı şəhəri və ətraf qəsəbələr üzrə bələdiyyə xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron kadastr bazasında məlumatın olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia etdiyi torpaq sahəsinə dair hüquqlarının mövcud olması barədə sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, iddiaçı cavabdehdən həmin torpaq sahəsinin boşaldılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar