Məhkəmə qərarları › İş №2(001)-3380/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3380/2020

06.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3380/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ünvan 2 saylı fərdi yaşayış evini dəyərini tam ödəməklə 2005-cu ildə Cavabdeh1 almışdır. Qeyd edilən fərdi yaşayış evi 2005-ci ildən faktiki olaraq iddiaçıya məxsusdur və o, bu evdə yaşayır. Cavabdeh ailə üzvləri ilə birlikdə fərdi yaşayış evini 2005-ci ildə tərk edərək daimi yaşamaq üçün başqa ünvana getmişdir. İddiaçı evə faktiki olaraq sahiblik edir, fərdi yaşayış evinə aid kommunal xərcləri ödəyir. Cavabdehlərin iddiaçının evində pasport qeydiyyatında qalmaları iddiaçının yaşayış sahəsinə olan hüquqularının həyata keçirilməsinə maneçilik törədir, hüquqlarını məhdudlaşdırır. Ona görə də cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 ünvan 2 saylı evə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsi xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək vəkili və nümayəndəsi X3 izahatını təsdiq etmişdir. Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 məhkəməyə məlum ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 591 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh1, X7 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdeh1 tərəfindən xx.xx.2005-ci il tarixdə yazılmış qəbzdən müəyyən olunur ki, o, ünvan 2 saylı evi İddiaçı 12500 ABŞ dollarına satmışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, qeydiyyatda olduğu ünvanda 1993-cü ildən yaşayır. Ona görə də bilir ki, qonşusu İddiaçı 2005-ci ildə ünvan 2 saylı evi almış, evin keçmiş sakini olan Cavabdeh1 isə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamır. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, qeydiyyatda olduğu ünvanda 52 ildir yaşayır. Ona görə də bilir ki, qonşusu İddiaçı 2005-ci ildə ünvan 2 saylı evi almış, evin keçmiş sakini olan Cavabdeh1 isə evi satdıqdan sonra həmin evdə ailə üzvləri ilə birlikdə yaşamır. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, qeydiyyatda olduğu ünvanda 1992-ci ildən yaşayır. Ona görə də bilir ki, qonşusu İddiaçı 2005-ci ildə ünvan 2 saylı evi almış, evin keçmiş sakini olan Cavabdeh1 isə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər özbaşına tikili olan ünvan 2 saylı evdə qeydiyyatda olsalar da, bu ünvanda uzun müddət, yəni 2005-ci ildən etibarən yaşamırlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlərin ünvan 2 saylı evdə qeydiyyatdaolmaları faktına onların bu evə istifadə hüquqlarının yaranması kimi qiymət verilməsi qanunun tələblərinə ziddir. Belə ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Ona görə də məhkəmə cavabdehlərin qeydiyyatda olduqları özbaşına inşa olunan evə istifadə hüquqlarının mövcud olmaması səbəbindən bu hüququn itirilməsini də, qeyri-mümkün hesab edib iddia ərizəsini təmin etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı qətnamə cavabdehlərin Bakı şəhəri Binəqədi rayonu ünvan 2 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər qeydiyyatda olduqları ünvanda 2005-ci ildən etibarən yaşamırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1.-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1, X4 və Cavabdeh3 qarşıünvan 2 saylı evə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh1, X2 və Cavabdeh3 ünvan 2 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar