Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3450/2025 25.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutuna qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutuna qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2010-cu il tarixli əmrlə Milli X4 İnstitutunun 4 saylı Şöbəsinə 175/k nömrəli əmrlə proqramlaşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. O, xx.xx.2019-cu il tarixli əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi şöbəsinə mühəndis proqramlaşdırıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli, 220/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. O, Milli X4 İnstitutunun bu əmrini qeyri-qanuni və əsassız hesab edir və əmr göstərilən səbəblərdən ləğv edilməlidir. Belə ki, o, işlədiyi müddət ərzində işini vicdanla yerinə yetirmiş, verilən bütün tapşırıqları qüsursuz olaraq həyata keçirmiş, heç bir nöqsana yol verməmiş, kollektiv arasında, müdiriyyət və həmkarlar təşkilatında hörməti olmuşdur. İşlədiyi müddət ərzində heç bir töhmət, xəbərdarlıq almamış və barəsində intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Həmçinin o, fasiləsiz olaraq 14 il həmin müəssisədə çalışmış və əmək müqaviləsinə xitam verilməzdən əvvəl bu və digər hallar nəzərə alınmalı idi. Belə ki, o, yeganə iş yerindən məhrum edilmişdir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə daxil olmaq imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanılmalıdır. İşlədiyi şöbə və tutduğu vəzifənin ixtisar edilməsi ilə bağlı xəbərdarlıqdan əvvəl onun uzun müddət bu müəssisədə işləməsi nəzərə alınmaqla başqa bir vəzifəyə, peşə və ixtisasına uyğun əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə tədbirlər görülməli idi. O, hüquqlarını bilmədiyindən xx.xx.2024-cü il tarixli xəbərdarlıqdakı şərtlərə razılıq vermişdir. Belə ki, xəbərdarlıqda ixtisasa uyğun olaraq vakant ştat vahidləri müəyyən ediləcəyi halda ona məlumat veriləcəyi göstərilmişdir və o, buna ümid etmiş, ixtisası üzrə başqa vəzifəyə keçiriləcəyini düşünmüşdür. Onun əmək hüquqlarının pozulması ilə bağlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə Nazirlik yanında X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Lakin heç bir tədbir görülməmiş, səthi araşdırma aparılmaqla formal bir cavab verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stres keçirmiş, əsəb gərginliyinə məruz qalması səbəbindən mənəvi zərərə məruz qalmışdır. Qanunsuz olaraq işdən azad edilməsi, əmək haqqından məhrum edilməsi və işsiz qalması onun şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirir. O, bununla bağlı olaraq mediasiya təşkilatına müraciət etmiş, mediasiya zamanı cavabdeh mediasiya prosesində iştirak etməmiş və heç bir razılaşma əldə edilməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh Milli X4 İnstitutu tərəfindən qanunsuz olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 220/k nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxmaya görə aylıq əmək haqqının hesablanaraq verilməsi və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, İddiaçı xəbərdarlıq müddəti əvəzinə ona birdəfəlik ödənişin edildiyini, həmin məbləği mübahisələndirmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutunun nümayəndəsi Nümayəndə cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, institut tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin normalarına düzgün əməl edildiyini əsas gətirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00269 nömrəli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:00-13:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Dost Mərkəzi tərəfindən verilmiş işsizlik haqqında arayış təqdim etmişdir. Lakin cavabdehin nümayəndəsi Nümayəndə mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan İddiaçı məxsus 079876 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İdarə tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, müraciəti ilə əlaqədar izahat və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə ünvanına 3-17-5/2-R-67/2025 saylı xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuşdur. Tərəfindən müvafiq izahat və əmək haqqı bank çıxarışı təqdim edilmişdir. Araşdırma zamanı Müdafiə Sənayesi Nazirliyinin Milli X4 İnstitutunun ünvanına və məlumat üçün Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə 3-17-5/2-98539/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli X4 İnstitutu tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Cavabdeh ilə aranızda xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 220/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin (əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) tələblərinə uyğun olaraq Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. Təqdim edilmiş sənədlərdən İddiaçı işlədiyi şöbənin (Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi) və tutduğu vəzifənin (mühəndis proqramlaşdırıcı) ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ilə xx.xx.2024cü il tarixdə tanış edilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixdə İnstitutun rəhbərliyinə müraciət etdiyi, son haqq-hesabın müvafiq icbari tutmalar aparılmadan (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi 54.50 (əlli dörd manat 50 qəpik) manat, işdənçıxarma müavinəti 1128.47 manat (bir min yüz iyirmi səkkiz manat 47 qəpik, xəbərdarlıq müddəti əvəzinə xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq 718.12 manat (yeddi yüz on səkkiz manat 12 qəpik)) 1901.09 (bir min doqquz yüz bir manat 09 qəpik) manat məbləğində hesablandığı məlum olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı bank çıxarışından son haqq-hesabın xx.xx.2024-cü il tarixdə 1734.98 manat (bir min yeddi yüz otuz dörd manat 98 qəpik) məbləğində köçürüldüyü müəyyən edilmişdir. Cavabdeh tərəfindən son haqqhesabın hesablanması ilə bağlı müvafiq sənədlər tam təqdim edilmədiyindən son haqqhesabın qanunvericiliyin tələblərinə uyğun hesablanıb-hesablanmadığına münasibət bildirmək mümkün olmamışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı ə ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. Müraciətdə qeyd edilmiş məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X4 İnstitutunun 220/K nömrəli 28 dekabr 2024-cü il tarixli əmrindən görünür ki, İddiaçı ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə 2024-cü il 29 dekabr tarixindən xitam verilməklə Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi şöbəsinin mühəndis proqramlaşdırıcı vəzifəsindən azad edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə (14 il əmək stajının olması), həmçinin Milli Aerokosmik Agentliyi və Milli Aeorokosmik Agentliyinin X5 arasında bağlanmış Kollektiv Müqavilənin 7.1.7-ci bəndinə (işdənçıxma müavinətinin 10% artırılması) əsasən ona orta aylıq əmək haqqının 2.2 (iki tam onda iki) misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq rəsmi təqdim olunmuş 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib azaldılaraq qalan 6 (altı) təqvim həftəsi xəbərdarlılq müddəti əvəzinə, orta aylıq əmək haqqının 1.4 (bir tam onda dörd) misli miqdarında əmək haqqının ödənilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144cü maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü iş ili üçün istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 3.5 (üç tam onda beş) təqvim günü pul əvəzi ödənilməklə son haqq-hesabın aparılması əmr edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış ərizədən görünür ki, o, Cavabdehna ərizə ilə müraciət edərək, ona təqdim olunan ştatın ixtisar edilməsi ilə 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında əmək haqqının bir dəfəyə ödənilməklə, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinin xitam edilməsinə razılıq vermişdir. İş materiallarında olan Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Komitəsinin 27 dekabr 2024-cü il tarixli 15 saylı protokolundan çıxarışdan görünür ki, Milli X4 İnstitutu işçilərinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi (ixtisara düşən işçilərin siyahısı protokola əlavə edilir), Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Müdafiə Sənayesi X6 Respublika Komitəsi arasında bağlanmış Sahə (Tarif) kollektiv sazişin 7.1.6cı müddəasına və Milli Aerokosmik Agentliyi işəgötürəni ilə Milli Aerokosmik Agentliyi X5 arasında 2022-2024-cü illər üçün bağlanmış Kollektiv Müqavilənin 7.1.7-ci müddəasına əsasən ixtisara düşən işçilərə verilən işdənçıxarma müavinətinin məbləğinin 10 faiz artırılması, eləcə də xəbərdarlıq müddətinə riayət edilməsinin təmin edilməsi qərara alınmış və qərarın icrasına nəzarət Milli Aerokosmik Agentliyi X3 sədri Ş.H.Məmmədova həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X4 İnstitutu tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 17 nömrəli əmrdən görünür ki, Cavabdeh 2025-ci il üçün təsdiq edilmiş idarəetmə-strukturunun və ştat cədvəlinin 2025-ci ilin 01 yanvar tarixindən icraya qəbul edilməsi, Cavabdeh 2025-ci il 01 yanvar tarixindən yeni struktur və ştat cədvəlinin icraya qəbul edilməsi ilə əlaqədar Kadrlar şöbəsinin rəisi Nadir Bədəlov, hüquq məsləhətçisi Altun Musayev və İqtisadi təhlil, proqnozlaşdırma, əməyin təşkili və əməkhaqqı şöbəsinin rəisi Pərviz Çələbiyev tərəfindən işçilərin vəzifə təlimatlarında, əmək müqavilələrində, eləcə də digər sənədlərində dəyişikliklərin aparılmasının təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada əməkdaşları nəzərdə tutulmuş ştat tərkibinin ixtisarı ilə bağlı məlumatlandırmaq, xəbərdarlıq müddəti ərzində əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günu müddətində əmək funksiyalarının icrasından azad edilməklə iş axtarmağa şərait yaradılması, bu əmrdən irəli gələn digər məsələlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin və qüvvədə olan normativ-hüquqi aktların tələblərinə əməl olunmaqla yerinə yetirilməsi, ümumi şöbənin rəisi Sevinc Əliyeva tərəfindən əmrin surətinin aidiyyəti şöbələrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları təsbit edilmişdir. Həmin maddəyə görə: 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə; Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X2 İnstitutu ilə İddiaçı arasında 175 nömrəli xx.xx.2010-cu il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən İddiaçı 4 saylı şöbəyə mühəndis-proqramlaşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X4 İnstitutu tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 17 nömrəli əmrlə Cavabdeh 2025-ci il üçün təsdiq edilmiş idarəetməstrukturunun və ştat cədvəlinin 2025-ci ilin 01 yanvar tarixindən icraya qəbul edilməsi, Cavabdeh 2025-ci il 01 yanvar tarixindən yeni struktur və ştat cədvəlinin icraya qəbul edilməsi ilə əlaqədar Kadrlar şöbəsinin rəisi Nadir Bədəlov, hüquq məsləhətçisi Altun Musayev və İqtisadi təhlil, proqnozlaşdırma, əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi Pərviz Çələbiyev tərəfindən işçilərin vəzifə təlimatlarında, əmək müqavilələrində, eləcə də digər sənədlərində dəyişikliklərin aparılmasının təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada əməkdaşları nəzərdə tutulmuş ştat tərkibinin ixtisarı ilə bağlı məlumatlandırmaq, xəbərdarlıq müddəti ərzində əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günu müddətində əmək funksiyalarının icrasından azad edilməklə iş axtarmağa şərait yaradılması, bu əmrdən irəli gələn digər məsələlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin və qüvvədə olan normativhüquqi aktların tələblərinə əməl olunmaqla yerinə yetirilməsi, ümumi şöbənin rəisi Sevinc Əliyeva tərəfindən əmrin surətinin aidiyyəti şöbələrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş, onun müraciətinə baxılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla təsdiq edilmişdir ki, onun müraciəti ilə əlaqədar izahat və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə ünvanına 3-17-5/2-R-67/2025 saylı xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuşdur. Tərəfindən müvafiq izahat və əmək haqqı bank çıxarışı təqdim edilmişdir. Araşdırma zamanı Müdafiə Sənayesi Nazirliyinin Milli X4 İnstitutunun ünvanına və məlumat üçün Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə 3-17-5/2-98539/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli X4 İnstitutu tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Cavabdeh ilə aranızda xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024cü il tarixli 220/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin (əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) tələblərinə uyğun olaraq Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. Təqdim edilmiş sənədlərdən İddiaçı işlədiyi şöbənin (Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi) və tutduğu vəzifənin (mühəndis proqramlaşdırıcı) ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ilə xx.xx.2024-cü il tarixdə tanış edilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixdə İnstitutun rəhbərliyinə müraciət etdiyi, son haqq-hesabın müvafiq icbari tutmalar aparılmadan (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi 54.50 (əlli dörd manat 50 qəpik) manat, işdənçıxarma müavinəti 1128.47 manat (bir min yüz iyirmi səkkiz manat 47 qəpik, xəbərdarlıq müddəti əvəzinə xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq 718.12 manat (yeddi yüz on səkkiz manat 12 qəpik)) 1901.09 (bir min doqquz yüz bir manat 09 qəpik) manat məbləğində hesablandığı məlum olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı bank çıxarışından son haqq-hesabın xx.xx.2024-cü il tarixdə 1734.98 manat (bir min yeddi yüz otuz dörd manat 98 qəpik) məbləğində köçürüldüyü müəyyən edilmişdir. Cavabdeh tərəfindən son haqq-hesabın hesablanması ilə bağlı müvafiq sənədlər tam təqdim edilmədiyindən son haqq-hesabın qanunvericiliyin tələblərinə uyğun hesablanıbhesablanmadığına münasibət bildirmək mümkün olmamışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı ə ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. Müraciətdə qeyd edilmiş məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X4 İnstitutunun 220/K nömrəli 28 dekabr 2024-cü il tarixli əmri ilə İddiaçı - ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə 2024-cü il 29 dekabr tarixindən xitam verilməklə Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi şöbəsinin mühəndis proqramlaşdırıcı vəzifəsindən azad edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə (14 il əmək stajının olması), həmçinin Milli Aerokosmik Agentliyi və Milli Aeorokosmik Agentliyinin X5 arasında bağlanmış Kollektiv Müqavilənin 7.1.7-ci bəndinə (işdənçıxma müavinətinin 10% artırılması) əsasən ona orta aylıq əmək haqqının 2.2 (iki tam onda iki) misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq rəsmi təqdim olunmuş 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib azaldılaraq qalan 6 (altı) təqvim həftəsi xəbərdarlılq müddəti əvəzinə, orta aylıq əmək haqqının 1.4 (bir tam onda dörd) misli miqdarında əmək haqqının ödənilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü iş ili üçün istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 3.5 (üç tam onda beş) təqvim günü pul əvəzi ödənilməklə son haqqhesabın aparılması əmr edilmişdir. İddiaçı tərəfindən yazılmış ərizə ilə təsdiq edilmişdir ki, o, Cavabdehna ərizə ilə müraciət edərək, ona təqdim olunan ştatın ixtisar edilməsi ilə 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında əmək haqqının bir dəfəyə ödənilməklə, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinin xitam edilməsinə razılıq vermişdir. Məhkəmə belə qənaətə gəlir ki, hazırda İddiaçı cavabdeh Milli X4 İnstitutu tərəfindən qanunsuz olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 220/k nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxmaya görə aylıq əmək haqqının hesablanaraq verilməsi və mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini, habelə mülki işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının əmək hüquqlarının cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli X1 İnstitutuna qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin də üçüncü şəxs qismində cəlb olunduğu “işə bərpa və sair” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov