Məhkəmə qərarları › İş №2(001)-3456/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3456/2024

23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3456/2024 23.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Ərizəçi 1 saylı Gəncə “ASAN xidmət” Mərkəzində Notariat ofisini və Azərbaycan Respublikasl ƏMDX Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestrini maraqlı şəxs qismində cəlb etdiyi “mirasın qəbulu faktının müəyyən edilməsi”nə dair ərizəsini və əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.2022-ci il tarixli, 42 saylı qərarına əsasən “torpağın mülkiyyətə verilməsinə dair B№034528 saylı şəhadətnamə ilə mərhum anasına və bacısına verilmiş torpaq sahəsinə, Goranboy rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.2022-ci il tarixli, 14 saylı qərarına əsasən “torpağın mülkiyyətə verilməsinə dair B№034530 saylı şəhadətnamə ilə mərhum anasına verilmiş torpaq sahəsinə və Goranboy rayonu, Əzizbəyov kəndində olan evə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı plenum qərarının 10-cu bəndində göstərilmişdir ki, ... Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mülki Məcəllə: Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun qənatinə görə, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən və mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından Mülki Məcəllənin 1246-cı və 1273-1-ci maddələri Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki prosessual qanunvericiliyə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.1-ci maddəsi). Ərizəçiyə izah olunur ki, o, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli qərarını əsas götürməklə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı həmin qərarın nəticə hissəsinin 3-cü bəndinə əsasən qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Mövcud mübahisə üzrə iş Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edilənədək məhkəmənin icraatında olduğundan həmin qərar bu münasibətlərə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Ərizəçi 1 saylı Gəncə “ASAN xidmət” Mərkəzində Notariat ofisini və Azərbaycan Respublikasl ƏMDX Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestrini maraqlı şəxs qismində cəlb etdiyi “mirasın qəbulu faktının müəyyən edilməsi”nə dair ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Həmçinin, Ərizəçi izah olunsun ki, onun hazırki ərizədə göstərilənlərlə bağlı notariat ofisinin hərəkətlərindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar