Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3463/2024 11.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 il işlədiyi əvvəlki iş yerinə Cavabdeh1nə bərpa edilməyi və işsiz qaldığı ayların əmək haqqının cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1960-cı ildə Qərbi Azərbaycanın Sisiyan rayonunun Qızılcıq kəndində doğulmuşdur. 1988-ci ildən qaçqın olaraq Sumqayıt şəhərində yaşayır. 1999-cu ildən Cavabdeh1ndə perron-nəzarətçi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən onun müqavilə müddəti bitdiyinə görə işdən azad etmişlər. Pozulmuş Konstitusion hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli oldm. O, təqaüd yaşındadır. Necə olur ki, idarənin müdiri özü təqaüd alaraq işləyir, ancaq onun təqaüdə çıxmağına 17 ay qalmış onu işdən azad edir. Əgər onun xahişini nəzərə almırsa, o, birbaşa Prezidentə müraciət etməli olacaq. Özü Qərbi Azərbaycandan qaçqındır. Ailəsi ağır şəraitdə yaşayır. Özü bir neçə xəstəlikdən əziyyət çəkir. Keçmiş iş yeri olan Cavabdeh1 rəhbərliyi, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin tələbini kobud pozaraq «X4 Konvensiyasına və hüquq normalarına uyğun olmayaraq əmək münasibətinin hüquqlarının mühafizəsi haqqında» Konvensiyanı kobud surətdə pozmuşdur. Ondan xahiş etmiş ki, əmək pensiyana çıxmağına 17 ay qalıb, 24 ildir ki, bu müəssisədə nümunəvi işçi kimi işləyir. Yenə buna baxmayaraq onu işdən azad etdi. Bu günə qədər də onu aldatdı ki, onu işə qaytaracaq. 11 aydır ki, işsizdir. 1986-cı il təvəllüdlü oğlu ilə yaşayır. Oğlundan pul almağa utanır. Nəvələri qarşısında acizdir. xx.xx.2023-cü ildə İnzibati Məhkəməyə müraciət etdi, onlar da dedi ki, bu işə baxmırlar. Pensiya yaşına yaxınlaşdığına görə onu heç yerə işə götürmürlər. O, ömrünün ahıl çağında nəvələrinin qarşısında utanaraq yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, onun 44 il əmək stajı var. 24 il bir müəssisədə işləmişdir. Pensiyaya çıxmağına 17 ay qalmış onu müqavilənin müddəti bitdiyinə görə işdən azad etdilər. Onun iş şəraiti ağır olsada o, öhdəsindən gəlirdi. Pandemiya zamanı əmək haqqı verə bilmədilər, ona ərizə yazdırdılar ki, öz xahişi ilə işdən azad olmaq istəyir. Sonradan bilib ki, cəmi 4 nəfərə ərizə yazdırdılar, şikayət etdi və xx.xx.2021-ci il tarixdə işə bərpa olundu. Həmçinin bildirdi ki, onun bəzi sənədlərə imza etməsi yadındadır, Onun, 3 (üç) ay müddətinə bağlanmış əmək müqaviləsinin sonradan dəyişdirilərək 1 (bir) ay müddətinə bağlanmasından xəbəri olmamış, ümumiyyətlə o, həmin müqaviləyə imza etməmişdir. Onun həmin müqavilədən xəbəri olmayıb. Bütün bu olanlarla bağlı rəhbərinə müraciət etmiş o, isə mənlik deyil cavabını vermişdir. Göstərdiklərini, eləcə də himayəsində əlil övladının olmasını nəzərə alaraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edib, eləcə də məhkəməyə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmri məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iş üzrə İddiaçı "xxxx" MMC-də çalışıb. "xxxx" MMC isə 2016-cı ildən fəaliyyət göstərir. İddiaçı ilə dəfələrlə qarşılıqlı razılaşmalar əsasında müddətli əmək müqaviləsi bağlanıb. Sonra onunla bağlanmış 3 aylı əmək müqaviləsi 1 aylıq əmək müqaviləsi ilə əvəz edilmişdir. Sonuncu müqavilənin müddəti bitdikdən sonra onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə qeyd etmişdir ki, ümumiyyətlə MMC-də çalışan işçilərin hər biri ilə müddətli əmək müqaviləsi bağlanılaraq, işə qəbul edilmişlər. İddiaçının iş şəraiti ağır olduğundan, bunu nəzərə alaraq müqavilənin müddəti uzadılmamışdır. Tək iddiaçı deyil, bir neçə nəfər bu səbəbdən işdən azad olunmuşdur. O, həmçinin iddia tələbinə edilmiş etirazı müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 MMC-nin 08 may 2023-cü il tarixli 106/K nömrəli əmrinin məzmunundan da göründüyü kimi cavabdeh təşkilat Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-d bəndinin tələblərinə riayət etmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilmişdir. Müvafiq əmrə əsasən, İddiaçı 08 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən görünür ki, İddiaçı 01 fevral 2016-cı il tarixdən müddətli əmək müqaviləsi bağlanmaqla (01) bır il müddətinə və 01 fevral 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 3 (uç) ay müddətinə, 01 may 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə Cavabdeh2 Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. 17 dekabr 2020-ci il tarixdə 91/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “'a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 02 mart 2021-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 3 (üç) ay müddətinə və 27 yanvar 2022-ci il tarixdən müddəti əmək müqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə, yəni hər dəfə 1 (bir) ay olmaqla, 08 may 2023-cü ii tarixədək “Azerbaijan Ground Services'’ Məhdud Məsuliyyətli Cəmiyyətinin Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə artıq 01 fevral 2016-cı il tarixdən mübahisəfəndlrilən əmrin çıxarıldığı tarixədək davamlı şəkildə müddətli əmək müqavilələri bağlanılmışdır. Ona görə də iddiaçı X1 mübahisələndirdiyi müvafiq əmr Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin bütün tələblərinə riayət edilməklə verilmişdir. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən də göründüyü kimi, tərəflər 01 fevral 2016-cı il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək, yəni 7 il müddətində davamlı şəkildə müddətli əmək müqavilələri bağlamaqla əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş öz iradə ifadələrini bəyan etmişlər. Lakin iddiaçı, belə bir vacib məqamı iddia ərizəsində qeyd etməmiş və həmin hissəni əsaslandırmamışdır. Bu baxımdan işəgötürən müvafiq maddənin tələbi əsasında əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüququndan istifadə edərək, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə qeyd edilən əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmri vermişdir. Əmək müqaviləsinin müddətini qurtardığı təqdirdə onun yenidən eyni və ya başqa bir müddətə bağlanması ilə bağlı işəgötürən üzərində hər hansı bir qaydada imperativ norma əmək qanunvericiliyində öz əksini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin hüquqi əsassızlığını, istinad edilən qanunvericilik normalarını və müvafiq müqavilə bəndlərini rəhbər tutaraq, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Mülki iş materiallarında olan: - "xxxx" MMC-nin baş direktoru Seymur Aslanovun xx.xx.2016-cı il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-nə Sərnişindaşımanın Təşkili şöbəsinə perron nəzarətçisi təyin edilməsi əmr edilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, qarşılıqlı razılığa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, qarşılıqlı razılığa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, qarşılıqlı razılığa əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2021-ci il tarixdən işə başlaması qeyd edilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən dən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək, aylıq 300 manat əmək haqqı verilməklə işə başlaması qeyd edilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, razılaşma ilə tərəflər razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “işçiyə hər ay 300 manat məbləğində əmək haqqı ödənilir və əmək müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılır”. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli dəyişiklikdən görünür ki, “İşəgötürən səlahiyyətlərini həyata keçirən Cavabdeh2 MMC ilə Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığıa gəlmişlər ki, əmək müqaviləsinin 2.1-ci bəndində aşağıdakı dəyişikliklər edilir: bu əmək müqaviləsi 3 (üç) ay müddətinə bağlanmışdır sözləri, bu əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır sözləri ilə əvəz edilmişdir”. - "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı - “Azerbaijan Ground Services" MMC-nin Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi ilə bağlanmış əmək müqaviləsinə 06 may 2023-cü il tarixindən etibarən əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək 25 (iyirmi beş) təqvim günü kompensasiyanın ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin baş direktoru X2 Yusif Qardaşxan oğlu barəsində xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində ‘'Azerbaijan Ground Services" MMC-nin Sərnişindaşımanın təşkili şöbəsində perron nəzarətçisi vəzifəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Onun əmək müqaviləsinə xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (müqavilə müddətinin bitməsi) əsasən, xitam verilmişdir. Məhkəməyə təqdim edilən etirazda qeyd olunan “İddiaçılə bağlanmış müddətli əmək müqaviləsinin uzadılmasına dair xx.xx.2022-ci il tarixində” texniki səhv olaraq iddia ərizəsinə etiraza daxil edilmişdir. Əslində həmin əmək müqaviləsi bildirişində digər məlumatlar bölməsində müqavilə müddəti ilə bağlı müddəalar öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixində sistemə daxil edilmiş bildirişdə müqavilənin müddəti 3 ay uzadılmaqla müqavilənin bitmə tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsi olmadığından onu məhkəməyə təqdim etmək mümkün deyildir. Cavabdeh2 MMC-də hazırda 100-ə yaxın əməkdaşla müddətsiz əmək müqaviləsi var və qanunvericiliyin tələblərinə uyğun olaraq, işçi ilə əmək münasibətləri 5 ildən artıq davam etdikdə həmin münasibətlər üzrə əmək müqavilələri müddətsiz əmək müqaviləsinə keçirilir. İddiaçı. oğlunun həmin müddətdə işlədiyi Sərnişindaşımanın təşkili şöbəsində ondan başqa daha 23 (iyirmi üç) nəfər əməkdaş çalışmışdır. Qeyd edilən tarixdə İddiaçı da daxil olmaqla daha 2 (iki) nəfərin müqaviləsinə xitam verilmişdir. Ümumiyyətlə ölkədə baş vermiş məlum pandemiya ilə əlaqədar işəgötürən tərəfindən kütləvi şəkildə işçilərin məcburi işdən çıxarılması halı olmayıb. Belə ki, Cəmiyyətdə 2016-cı ildən bu günədək İddiaçı də işlədiyi Sərnişindaşımanın təşkili şöbəsi də daxil olmaqla fasiləsiz əmək müqaviləsi ilə işləyən çox sayda əməkdaş vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 42.2-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasıdır 73-cü maddəsinin 1-ci bəndinə əsasən Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 83-cü maddənin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 296.1-ci maddəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmasına dair göstəriş verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilmiş əmək müqavilələri ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin baş direktoru Seymur Aslanovun xx.xx.2016-cı il tarixli əmri ilə İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-nə Sərnişindaşımanın Təşkili şöbəsinə perron nəzarətçisi təyin edilmişdir. Daha sonra tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. Həmçinin qarşılıqlı razılığa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. Bundan əlavə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2021-ci il tarixdən işə başlaması qeyd edilmişdir. Sonradan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmaya əsasən, tərəflər razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: işçiyə hər ay 300 manat məbləğində əmək haqqı ödənilir və əmək müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılır. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli dəyişikliyə əsasən işəgötürən səlahiyyətlərini həyata keçirən Cavabdeh2 MMC ilə Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığa gəlmişlər ki, əmək müqaviləsinin 2.1-ci bəndində aşağıdakı dəyişikliklər edilir: bu əmək müqaviləsi 3 (üç) ay müddətinə bağlanmışdır sözləri, bu əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır sözləri ilə əvəz edilmişdir. Daha sonra İddiaçı “Azerbaijan Ground Services" MMC-nin Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi ilə bağlanmış əmək müqaviləsinə 06 may 2023-cü il tarixindən etibarən əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək 25 (iyirmi beş) təqvim günü kompensasiyanın ödənilməsi barədə əmr verilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31.01.24-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici iş axtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndi ilə mümkün hesab etmişdir. Qərarla tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadığı müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, məhkəmələr tərəfindən işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki halları və tərəflərin dəlilləri hərtərəfli araşdırmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarmasının səbəb olması göstərilmişdir. İddiaçı isə izahatında əmək müqaviləsinin 3 (üç) ay müddətinə bağlanmışdır sözləri, əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır sözləri ilə əvəz edərkən onun razılığının alınmamasına, ümumiyyətlə əmrə imza etmədiyinə dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri Əmək Məcəlləsinin 47-ci maddəsinin "f” bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 47-ci maddəsinin "f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. İddia ərizəsindən və iddiaya etirazdan belə görünür ki, İddiaçı 01 fevral 2016-cı il tarixdən müddətli əmək müqaviləsi bağlanmaqla (01) bir il müddətinə və 01 fevral 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 3 (uç) ay müddətinə, 01 may 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə Cavabdeh2 Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. 17 dekabr 2020-ci il tarixdə 91/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “'a” bəndinə əsasən (İddiaçı ərizəsi əsasında) əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 02 mart 2021-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 3 (üç) ay müddətinə və 27 yanvar 2022-ci il tarixdən müddəti əmək müqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə, yəni hər dəfə 1 (bir) ay olmaqla, 08 may 2023-cü il tarixədək “Azerbaijan Ground Services'’ Məhdud Məsuliyyətli Cəmiyyətinin Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi iddiaçı ilə mütəmadi olaraq müddətli (3 ay, 1 ay) əmək müqavilələri bağlanmış, iddiaçının isə onunla müddətli əmək müqaviləsinin bağlanmasına narazılığını ifadə edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında bağlanılmış əmək müqavilələrində onların müddətli olması nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı digər qanun pozuntusuna yol verilməsi də aşkar edilməmişdir. Belə ki, işçi- iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq- hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. Məhkəmə həmçinin tərəflər arasında əmək müqaviləsi bağlanılarkən iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilib-edilməməsini araşdırmış, tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığını, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin daşımadığını müəyyən etmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bütün işçilərlə əmək müqavilələrini eyni şərtlərlə, yəni müddətli bağlanıldığını elektron kabinetə əlavə edilmiş əmək müqavilələri bildirişlərindən də görünür. Bu baxımdan da müəyyən edilir ki, işəgötürən özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə etməmiş, iddiaçı ilə əmək müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verməmiş, ümumiyyətlə işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Bütün müqavilələr tərəflər arasında onların hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında bağlanmışdır ki, bunun əksini sübut edən faktlar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 06 may 2023-cü il tarixli əmrlə xitam verərkən qanunvericiliyin tələblərinə riayət edildiyindən, iddiaçının işə bərpa və işsiz qaldığı ayların əmək haqqının cavabdehdən alınaraq ona verilməsi barədə iddiasının təmin edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3463/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3463/2024
11.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver