Məhkəmə qərarları › İş №2(001)-3502/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3502/2023

13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3502/2023 13.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə və sair tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə və sair tələbə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Quqark rayonu Arçut kəndində anadan olmuş, atası milliyyəti azərbaycanlı olan X5, anası miliyyəti azərbaycanlı X6r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş, yenidən şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçiyə doğum haqqında şəhadətnamənin Ermənistan Respublikasında verilməsi səbəbindən imtina edilərək hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də Ərizəçi xx.xx.1968ci il tarixdə Ermənistan SSR Quqark rayonu Arçut kəndində doğulması faktının, Ermənistan Respublikasında doğum akt qeydinin aparılması faktının müəyyən edilməklə doğum akt qeydi bərpa edilməsinə, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi doğum akt qeydində adı, soyadı, ata adı qrafasında Ərizəçi, atasının milliyyəti azərbaycanlı olan X5, anasının milliyyəti azərbaycanlı olan X3 yazılmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizəni müdafiə edib, ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib ərizəsinin təmin ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2.-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Həmin Məcəllənin 162.3.-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin xx.xx.2011-ci il tarixdə verilmiş 04656 saylı üzvülük vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi birinci dərəcəli əlildir. Maraqlı şəxs tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ 936850 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2013-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 262 saylı ölüm akt qeydi aparılmışdır. Quqark rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli İİ-CL 335046 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 1933-cü ildə Ermənistan SSR Quqark rayonu Arçut kəndində anadan olmuş X10 ilə 1940-cı ildə Ermənistan SSR Quqark rayonu Arçut kəndində anadan olmuş X13 xx.xx.1959-cu ildə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 1 nömrəli akt qeydi tərtib olunmuş, nikaha daxil olduqdan sonra arvada İsmayılova soyadı verilmişdir. Məhkəmə iclasında şahid X11 oğlu ifadəsində göstərmişdir ki, oğlu gözdən birinci dərəcəli əlil olan Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Quqark rayonu Arçut kəndində anadan olmuşdur. Onun həyat yoldaşı, oğlu Ərizəçi atası olan X5 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun S.M.İsmayılovla birgə nikahından 4 oğlu, 4 qızı vardır. 1988ci ildə oğlu Ərizəçi bütün ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş, doğum haqqında şəhadətnaməsi yaşadıqları evdə qalmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Ermənistanın Quqark rayonunun Arçut kəndində anadan olmuş, həmin kənddə yaşamış, 1988-ci ildə qaçqın olaraq Azərbaycan Respublikasına gəlmişdir. X8 və onun həyat yoldaşı olan X2 Arçut kəndindən qonşu kimi tanıyır. Yaxın qonşular olduğundan hal-hazırda da münasibətləri yaxındır. Ona görə də bilir ki, Ərizəçi X4 və onun X1 oğludur. Məhkəmə iclasında şahid X9 qızı ifadəsində göstərmişdir ki, xalası oğlu Ərizəçi xx.xx.1968-ci ildə Ermənistan SSR Quqark rayonu Arçut kəndində anadan olmuş, 1988-ci ildə qaçqın olaraq Azərbaycan Respublikasına gəlmişdir. Bildiyinə görə Ərizəçi doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Ərizəçi xx.xx.1968-ci ildə Ermənistan SSR Quqark rayonu Arçut kəndində anadan olmuş, 1988-ci ildə qaçqın olaraq Azərbaycan Respublikasına gələrkən Ərizəçi doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Onun və qardaşı Fazilin anası X11, atası X1 oğludur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-363/23 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilməsi, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydası ilə müəyyən edilməsi, müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpasının mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Quqark rayonu Arçut kəndində doğulması, bu barədə Ermənistan Respublikasında doğum akt qeydinin aparılması, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi atasının milliyyəti azərbaycanlı olan X5, anasının milliyyəti azərbaycanlı olan X12 olması öz təsdiqini tapdığından, ərizəçi bu faktları təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Quqark rayonu Arçut kəndində doğulması faktı və Ermənistan Respublikasında doğum akt qeydinin aparılması faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi doğun akt qeydində adı, soyadı, ata adı qrafasında Ərizəçi, atasının milliyyəti azərbaycanlı olan X5, anasının milliyyəti azərbaycanlı olan X12 yazılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar