Məhkəmə qərarları › İş №2(001)-3515/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3515/2020

27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3515/2020 27.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X27 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X7 xx xxxxxx 1960-cı il tarixdə Xocalı şəhərində anadan olması, atasının X8, anası X5, miliyyətləri azərbaycanlı, doğum yerinin Xocalı şəhəri olmaqla doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxxx 1952-ci il tarixdə Xocalı rayonu, Balluca kəndində anadan olmuşdur Atası X8, anası X3, milliyyəti azərbaycanlı, doğum yeri Xocalı şəhəri olmaqla ona doğum haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx xxxxxx 2019-cu il tarixli 30B N-li qeydinə əsasən bu məlumatlar öz təsdiqini tapır. O, həmin doğum haqqında şəhadətnaməsini Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən almışdır. Qardaşı X16 xx xxxxxx 1960-cı ildə Xocalı rayonunda anadan olmuşdur. Atası X8, anası X3, milliyyəti azərbaycanlı, doğum yeri Xocalı şəhəri olmaqla ona doğum haqqında şəhadətnamə verilmişdir. Qardaşı X16 xx xxxxxx 1994-cü ildə Füzuli rayonu cəbhə xəttində aldığı güllə yarasından şəhid olmuşdur. Buna əsasən xx xxxx 1994-cü ildə 51 nömrəli qeydlə Abşeron rayon VVAQ şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin qardaşı X7 doğum haqqında şəhadətnaməsi məlum hadisələrlə əlaqədar olaraq Xocalı şəhərində qalmışdır. Ailə vəziyyəti ilə əlaqədar qardaşının doğum haqqında şəhadətnaməsinə ehtiyac duyulmuşdur. Belə ki, qardaşı X2 olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lakin onun doğum haqqında şəhadətnaməsi onlar məcburi köçkün düşərkən digər sənədlərlə birlikdə evlərində qalmışdır. Buna görə də, qardaşı X9 görə birdəfəlik ödənilən sığorta ödənişi ilə bağlı məhkəməyə müraciət edə bilmirlər. Buna görə də, X7 doğum haqqında şəhadətnaməsinin alınmasına zərurət yaranmışdır. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixli, 05/2-V-02/15 saylı AR ƏN vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin məktubuna əsasən Azərbaycan Respulikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 N-li təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 13-cıı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Buna görə də, məhkəməyə müraciət etmək ona tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq ərizəyə etiraz etmədiklərini və ərizənin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, ərizəçi və X16 onun ögey qardaşlarıdır. O, anasının ikinci nikahından doğulmuşdur, valideynləri rəsmi nikaha girmədiklərindən o, anasının soyadını daşıyır. X16 isə anasının birinci nikahından olan oğludur, Xudiyev Zahid xx xxxxxx 1960-cı il tarixdə Xocalı şəhərində doğulmuş, atası – X8, anası isə X4r və hər ikisi milliyyətcə azərbaycanlıdır. X16 xx xxxxxx 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bundan əlavə, onunda doğum haqqında şəhadətnaməsi Xocalı rayonunda qaldığı üçün o, da doğum akt qeydlərinin bərpası üçün məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi əsasında özünə doğum haqqında şəhadətnamə ala bilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, ərizəçi və X16 onun doğma qardaşlarıdır. X16 xx xxxxxx 1960-cı il tarixdə Xocalı şəhərində anadan olmuş, atası – X8, anası isə X4r və hər ikisi milliyyətcə azərbaycanlıdır. X16 xx xxxxxx 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə yaralanaraq şəhid olmuşdur. O, ailə qurduğuna görə hazırda ərinin soyadını daşıyır. Ona doğum haqqında şəhadətnamə verilərkən atasının adı səhvən Bəhlul yerinə Fəxlur yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1952-ci il tarixdə Xocalı rayonu, Balluca kəndində anadan olmuş, onun yaşayış yeri Xocalı şəhəridir. AA seriyalı 251692 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildə daimi yaşayış yeri olan Xocalı rayonunu tərk etmiş, hazırda Binəqədi rayonu ərazisində məskunlaşmışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxxxx 2019 il tarixdə verilmiş AZ-İV seriyalı, 284599 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1952-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, atası X8, anası X1r. АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1966-cı il tarixdə Badara kəndində anadan olmuş, atası X11, anası X1r. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxxxx 2019 il tarixdə verilmiş AZ-İV seriyalı, 284597 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxx 1972-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, atası X12, anası X1r. İİ ЖГ seriyalı, 448093 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 1994-cü il tarixdə Füzuli rayonunda cəbhə xəttində aldığı güllə yarasından şəhid olmuşdur. AZ-İİ seriyalı, 051036 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 1966-cı ildə ölmüşdür. AZ-İ seriyalı, 974548 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2003-cü ildə kəskin ürək tənəffüs çatışmamazlığı səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin Ərizəçi ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 05/2-V-02/15 nömrəli məktubundan görünür ki, ərizəçinin X9 1960-cı il tarixdə Xocalı rayonunda qeydə alınmış doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Xocalı rayonunun vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dair sənədləri Xidmətin arxivində 1989-cu ildən saxlanıldığından onun xahişinin təmin edilməsi mümkün deyildir. Göstərilənlərlə əlaqədar izah edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 13-cü bəndinin tələbinə uyğun olaraq bu cür qeydin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında nikah haqqında akt qeydinin bərpa olunması məqsədilə yaşadığı ərazinin qeydiyyat şöbəsinə, akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmazsa, bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)- 4076/2019 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1952-ci il tarixdə Xocalı şəhərində doğulması, atasının X8, anasının X5, milliyyətinin azərbaycanlı, doğum yerinin Xocalı şəhəri olması barədə doğumunun qeyd edilmə faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)- 4084/2019 saylı qətnaməsinin surətindən görünür ki, X6 xx xxxx 1972-ci il tarixdə Xocalı şəhərində doğulması, atasının X12, anasının X3, milliyyətinin azərbaycanlı olmaqla barədə doğumunun qeyd edilmə faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. HəminMəcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi qardaşının doğum qeydi ilə bağlı müvafiq orqana müraciət etsə də, məlum hadisələrlə bağlı arxiv məlumatları olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin qardaşının doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X7 xx xxxxxx 1960-cı il tarixdə Xocalı şəhərində doğulması, atasının X8, anasının X3, milliyətinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəsi təmin edilsin. X7 xx xxxxxx 1960-cı il tarixdə Xocalı şəhərində doğulması, atasının X8, anasının X3, milliyətinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar