Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3528/2020 27.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 32 saylı evin 64 saylı mənzilinı dair istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 32 saylı evin 64 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzil AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlini olmuşdur və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 32 saylı evin 64 saylı mənzilinə qeydiyyata alınmışdır. Cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da. Həmin mənzildə yaşamamışdır və hal hazırda qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh mənzildə qeydiyyatda olduğuna görə onun yerinə mənzil və kommunal xidmət haqlarını da o ödəməli olur. Bu isə ona maddi cəhətdən ziyan vurur. Eyni zamanda mənzil ilə bağlı hər hansı əqdləri , müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Xaliq oğlu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən olan MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 32 saylı evin 64 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1166 nömrəli reyestr kitabının 105774 nömrəli vərəqində xx xxx 2010-cu il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan respublikası Bakı şəhər Binəqədi Rayon İcra hakimiyyəti Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 72 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx xxxxx 2020-ci il tarixində verilən, 467№-li arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mkr, Azadlıq prospekti 32 saylı evin, 64 №-li mənzilində 2007-ci il tarixindən qeydiyyatdadır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 29001)- 4789/2010 saylı qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh arasında Bakı şəhəri Səadət sarayında xx xxxx 2004-cü il tarixdə 1665 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx xxxxxx 2006-cı il təvəllüdlü İddiaçı Vaqif oğlunun və xx xxxx 2007-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları, xx xxxxxx 2006-cı il təvəllüdlü İddiaçı Vaqif oğlunun və xx xxxx 2007-ci il təvəllüdlü X1yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxxxx 2010-cu il tarixdən başlayaraq, X2 aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi aliment qismində Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2011-ci il tarixində verilən nikahın pozulması haqqında AZ-İ seriyalı, 108779 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixində 53№ ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə ”İbişzadə”, qadına “İbişzadə” soyadı verilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 32 saylı evin 64 saylı mənzili iddiaçının adına 2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Cavabdeh iddiaçının mənzilində 2007-ci il tarixdən qeydiyyatdadır. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu X3 ilə olan nikahları 2004-cü ildən 2010-cu ilədək davam etmişdir. Nikah münasibətlərinə xitam verildikdən sonra cavabdeh mübahisə predmeti olan mənzildən köçüb getmişdir.İddiaçının cavabdehin Türkiyədə yaşadığını və orada nikaha daxil olduğunu bildirir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzil 2010-cu ildən daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyata alındığına, cavabdeh isə artıq 2007-ci ildən həmin mənzildə yaşadığına görə tərəflər arasında mübahisəli hüquq münasibəti 2007-ci ildə yaranmışdır. Cavabdehin 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən istifadə hüququ yaranmışdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, cavabdeh icarədarın keçmiş ailə üzvü olduğundan, mübahisəli mənzili daimi əsaslarla tərk edərək həmin mənzildə artıq yaşamadığından onun istifadə hüququ itirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 32 saylı evin 64 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 32 saylı evin 64 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 32 saylı evin 64 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3528/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3528/2020
27.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver