Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3550/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X17 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən ediməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, 2017-ci ildə X4 ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdur. 02 oktyabr 2018-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində Mələk adlı qızı dünyaya gəlmiş və ona həyat yoldaşı Mələk adını vermişdir. Həmin zaman Mələk üçün doğum haqqında şəhadətnaməni almamışlar, hər hansı tibbi yardımdan və tibbi məntəqədən arayış əldə etməmişlər. X4 vaxtında Mələyin atası olduğunun qeydə alınması üçün qeydiyyat şöbəsinə atalığın müəyyən edilməsi üçün müraciət etməmişdir. Uşaqları doğulduğu vaxt aralarında rəsmi nikah olmadığına görə uşağa doğum haqqında şəhadətnamənin alınmasını sonraya saxlamışlar. X1 xx.xx.2019-cu il tarixdə ürək çatışmamazlığından dünyasını dəyişmişdir. Nəticədə Mələyə həm doğum haqqında şəhadətnamə ala bilməmiş, həm də atası X4 olduğu müəyyən olunmamışdır. Qızları Mələyə sənədlərin alınması məqsədilə Maraqlı şəxs1nə müraciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. O, başqa cür qızı üçün sənəd ala bilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi yuxarıda göstərilənləri nəzərə alaraq, Məcidova Mələyin 02 oktyabr 2018-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində anadan olması faktının müəyyən edilməsi və uşağın doğum haqqında şəhadətnaməsinə ana qrafasında Ərizəçi yazılmasının Maraqlı şəxs1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları bir daha təsdiq etmiş, eyni zamanda məhkəməyə ərizə təqdim edərək, Məcidova Mələyin 02 oktyabr 2018-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində anadan olması, Məcidova Mələyin atası X2 olması faktının etiraf edilməsi və uşağın doğum haqqında şəhadətnaməsində ana qrafasında Ərizəçi, ata qrafasında isə X4 yazılmasının Maraqlı şəxs1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Lakin Maraqlı şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, bacısı Mələyin atasının həqiqətən də, X4 olduğunu ərizəsində qeyd etmişdir. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsinin və Maraqlı şəxs2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 13 mart 2024-cü il tarixli, 555 №li arayışdan görünür ki, o, həqiqətən Biləcəri qəsəbəsi, Lermantov küçəsində yerləşən 13 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 12 mart 2024-cü il tarixli, 3-16-5/7-437-13/24 saylı məktubdan görünür ki, ərizəçinin müraciətinə həmin şöbə tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə məcəlləsinin 44.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”-nın 2.5.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi təqdim edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ərizəni təmin etmək mümkün olmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”na əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və məhkəmə qətnaməsi əsasında qeydə alınır. Ata kimi qeyd edilmiş şəxsin şöbəyə müraciət etməməsi səbəbindən şöbə tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi ərizəçiyə tövsiyyə olunmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 414367 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 “dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən” 14 aprel 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri xidməti tərəfindən məhkəməyə ünvanlanmış 3-16-5/4-13- 7503/2024 nömrəli 04 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, X4 ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması, vərəsələri, verilmiş vərəsəlik şəhadətnamələri, eyni zamanda ailə üzvləri barədə məlumatın istənilməsi ilə bağlı müraciətə baxılmış və bildirilmişdir ki, mərhum Ağaseyid Məcidovun doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının X5, anasının isə Əzizova (Məcidova) Zərəfşan Ağalar qızı olduğu müəyyən edilmişdir. X4 xx.xx.1975-ci ildə Qobustan rayonunun Qurbançı icra nümayəndəliyində Xankişiyevə (Məcidova) Cumanisə Ağamirzə qızı ilə nikah bağlamış və bu nikahdan xx.xx.1975-ci il təvəllüdlü Xoşqədəm, xx.xx.1976-cı il təvəllüdlü Xasə, xx.xx.1978-ci il təvəllüdlü Könül, xx.xx.1981-ci il təvəllüdlü Aygün, xx.xx.1982-ci il təvəllüdlü Qənimət, 23.01,1984-cü il təvəllüdlü Sənayət adlı övladları doğulmuşdur. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ağaseyid Məcidovun xx.xx.1954-cü il təvəllüdlü X15, xx.xx.1959-cu il təvəllüdlü Məcidov İrayət adlı qardaşları və xx.xx.1961-ci il təvəllüdlü Məcidova Ağcaxanım adlı bacısının doğumuna dair məlumat aşkarlanmışdır. Eyni zamanda qeyd edilmişdir ki, xx.xx.1989-cu ildə vəfat etmiş Seyidağa Məcidovun, xx.xx.2014-cü ildə vəfat etmiş Zərəfşan Məcidovanın, xx.xx.2020-ci ildə vəfat etmiş Cumanisə Məcidovanın və xx.xx.1995-ci ildə vəfat etmiş İrayət Məcidovun ölümü Bakı şəhəri Maraqlı şəxs1ndə dövlət qeydiyyatına alınmışdır. Göstərilənlərlə yanaşı bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində olan məlumatlara əsasən X2 adına Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən notariat ofislərində vərəsəlik işi açılmadığı və miras əmlaka dair şəhadətnamə verilmədiyi üçün mirası qəbul etmiş vərəsələr baradə məlumat aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi etibarnamə vermişdir. Etbarnamə 1 il müddətinə verilmiş və xx.xx.2025-ci il tarixədək qüvvədədir. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən məlum olur ki, o, bildirmişdir ki, Ərizəçi doğum faktı tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda 2(001)-3550/2024 saylı mülki iş sizin icraatınızda olaraq baxılmaqdadır. Həmin işlə bağlı ona məhkəmə bildirişi həm mobil nömrəsinə göndərilmiş, həm də ona şəxsən verilmişdir. Onun həyat yoldaşı olduqça qısqanc olduğuna görə onun məhkəmə iclaslarında iştirak etməyinin əleyhinədir. Bu səbəbdən də, Binəqədi Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixində saat 14:30-a təyin olunan məhkəmə baxışında iştirak edə bilmir. Lakin bacısı Mələyin atası həqiqətən də atası X2 olduğunu öz ifadəsilə təsdiq etdiyini bildirərək, bacısı bic övlad olmasın deyə atasının soyadını daşımasına və doğum haqqında şəhədətnaməsində ata qrafasında X4 qeyd olunmasına etiraz etmədiyini, Mələk gələcəkdə atasız kimi böyüməsin deyə onun sənədlərində atasının adının qeyd olunmağının vacibliyini, bu məsələ ilə bağlı Səidə xanıma etibarnamə təqdim etdiyini, bütün sualların Səidə xanımın cavablandıracağını ərizəsində qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ərizəçinin qonşusu və qohumu olmaqla yanaşı, mərhum Ağaseyid Məcidov tərəfindən doğuşun ev şəraitində həyata keçirilməsi üçün çağırıldığını, doğuşda şəxsən iştirak etdiyini bildirmiş və 02 oktyabr 2018ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində ərizəçi ilə A.Məcidovun Mələk adlı qızlarının anadan olması faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçinin qonşusu olmaqla yanaşı, anası, yəni digər şahid Səlimə Zeynalova tərəfindən doğuşun ev şəraitində həyata keçirilməsində iştirak etmiş, 02 oktyabr 2018-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində ərizəçi ilə A.Məcidovun Mələk adlı qızlarının anadan olması faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin qohumu olmaqla yanaşı, 02 oktyabr 2018-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində ərizəçinin Mələk adlı qızlarının anadan olması faktını təsdiq etmiş, bir neçə dəfə ərizəçinin, yəni xalasının övladını gördüyünü bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır:
1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. 11.2. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. 11.3. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını, eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin övladı Mələyin 02 oktyabr 2018-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində doğulmasını, atasının 14 aprel 2019-cu il tarixdə vəfat etmiş X2 olmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Mələk Məcidovanın 02 oktyabr 2018-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində doğulması, X2 02 oktyabr 2018-ci il tarixdə doğulmuş Mələk Məcidovanın atası olması faktı müəyyən edilməli, doğum haqqında akt qeydində adı qrafasında “Mələk”, soyadı qrafasında “Məcidova”, atası qrafasında “Ağaseyid oğlu”, doğum tarixi qrafasında “xx.xx.2018-ci il”, doğulduğu yer qrafasında “Qobustan rayonu, Qurbançı kəndi”, miliyyəti qrafasında “azərbaycanlı”, “atası” qrafasında “X4”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “Ərizəçi”, “milliyyəti” qrafasında “azərbaycanlı” kimi qeyd olunmalı və ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Ərizə təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə Qobustan rayonunun Qurbançı kəndində doğulması faktı müəyyən edilsin. X2 Ərizəçi ilə qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 atası olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilsin. X3 doğum haqqında şəhadətnaməsində adı qrafasında “Mələk”, soyadı qrafasında “Məcidova”, atası qrafasında “Ağaseyid oğlu”, doğum tarixi qrafasında “xx.xx.2018-ci il”, doğulduğu yer qrafasında “Qobustan rayonu, Qurbançı kəndi”, miliyyəti qrafasında “azərbaycanlı”, “atası” qrafasında “X4”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “Ərizəçi”, “milliyyəti” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov