Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3577/2022 28.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2nə və Cavabdeh1 qarşı xx.xx.2010-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri ünvan 4 saylı evin 4 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamaq və istifadə etmək hüquqlarının tanınmasına, mənzilin köməkçi və kommunal sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsinə və mediasiya xərci kimi ödədiyi 50 manatın Cavabdeh1 tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2nə və Cavabdeh1 qarşı xx.xx.2010-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri ünvan 4 saylı evin 4 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamaq və istifadə etmək hüquqlarının tanınmasına, mənzilin köməkçi və kommunal sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsinə və mediasiya xərci kimi ödədiyi 50 manatın Cavabdeh1 tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdeh X5 ilə xx.xx.2009-cu ildə Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. 2009-cu ildən 2016-cı ilin mart ayına kimi cavabdehin əllər yaşadığı və işlədiyi Binəqədi rayonunda müxtəlif ünvanlarda kirayədə yaşamışdır. xx.xx.2016-cı il tarixdə o, övladı 2 nəfər ailə üzvü olaraq nəzərə alınmaqla Cavabdeh1 Azərbaycan Respublikası Cavabdeh2 Mülki Müdafiə qoşunlarının hərbi qulluqçusu və baş giziri kimi Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 124 mənzil 4 ünvanında yerləşən bütün zəruri əmlak və avadanlıqlarla təmin olunmuş 2 otaqlı mənzil verilmiş və həmin vaxtdan ailə həmin mənzildə yaşamağa başlamışdır. Hesab edir ki, 2010-cu il təvvəllüdlü övladı ilə həmin vaxtdan mənzildə yaşamaq, mənzilin yaşayış sahəsindən, həmçinin köməkçi və kommunal-məişət sahələrindən cavabdehlə bərabər surətdə istifadə etməklə orada yaşamaq hüququ qazanmışdır. Həmin mənzildə yaşadıqları vaxtda onun səhhətində onkoloji problemlər olduğu məlum olduqda cavabdehin ona və uşağına münasibəti tam mənfiyə doğru dəyişmişdir. Valideynlərinin maddi dəstəyi ilə o, Türkiyədə və Bakı şəhərindəki MOM-də dəfələrlə müayinə və müalicə olunmasına baxmayaraq cavabdeh ona heç bir maddi və mənəvi dəstək verməmişdir. Əksinə, onun atasının ölümündən sonra həkimlərin bunun qəti yolverilməz olmasını bildirdiyinin cavabdehə də məlum olmasına baxmayaraq cavabdeh ona qarşı yolverilməz qaydada hədsiz şiddət və təzyiq göstərməyə, daimi dözülməz stress yaşatmağa başlamışdır. Belə vəziyyətində əlavə stresslərin ona hayatı bahasına başa gələ biləcəyi üzündən nikahın pozulması üçün məhkəməyə müraciət etmək və ayrılmaq məcburiyyətində qalmışdır. Bunun ardınca isə cavabdeh onun və uşağının həmin mənzildə yaşamasına imkan verməmişdir. Bir ilə yaxın olar ki, azyaşlı uşağı ilə birlikdə o, çox çətin və qeyri-normal şəraitdə kirayədə yaşamağa məcbur qalmışdır. Artıq hazırkı ağır yaşayış şərtləri və şaraitində kirayədə yaşamağının mümkün olmadığını bildirmişdir. Onun qeyd olunan mənzilin yaşayış sahəsində müvafiq hüquqlarının həyata keçirməyə tam əsasları mövcuddur. Ona görə də xx.xx.2010-cu il təvəllüdlü X4 ilə birlikdə ünvan 4 saylı evin 4 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamaq və istifadə etmək hüquqlarının tanınmasına, mənzilin köməkçi və kommunal sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsinə və mediasiya xərci kimi ödədiyi 50 manatın Cavabdeh1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadığı halda belə yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanması mümkündür. İddiaçının isə qeyd olunan yaşayış sahəsində müvafiq hüquqlarını həyata keçirməyə tam əsasları mövcuddur. Belə ki, mənzil P.İ. Məmmədova ayrılarkən onun ailə üzvü kimi İddiaçı və övladı nəzərə alınaraq cavabdehə iki otaq verilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3138/2021 saylı qətnaməsi ilə İddiaçı ilə rəsmi nikahı pozulmuşdur. O, 2006-cı ildən Cavabdeh2 Mülki müdafiə qoşunlarında həqiqi hərbi xidmətdədir və 16 ildir ki, xidmət edir. Xidmət illəri nəzərə alınaraq 2016-cı ildə ona Bakı şəhəri ünvan 4 A saylı evin 2 otaqlı 4 saylı mənzili Cavabdeh2 hərbi qulluqçularının sosial rifahını yaxşılaşdırmaq məqsədi ilə ailəli hərbi qulluqçuların xidmət müddətində yaşanması üçün verilmişdir. Mənzil onlara təqdim olunarkən heç bir sənəd və order verilməmişdir. Onun İddiaçı ilə xx.xx.2021-ci il tarixdə nikahı pozulduqdan sonra o, xx.xx.2021-ci il tarixdə X1 ilə nikaha daxil olmuş və hal hazırda Bakı şəhəri ünvan 4 A saylı evin 2 otaqlı 4 saylı mənzilində yaşlı atası, anası olmaqla 4 nəfər ailə tərkibi ilə birlikdə yaşayırlar. Öz şəxsi əmlakı olmayan, həyat yoldaşı, anası, atası ilə yaşadığı 2 otaqlı mənzilə iddiaçının yaşamaq, istifadə etmək hüququnun verilməsini düzgün hüsab etmir. İddiaçının onun yaşadığı mənzildə hər hansı bir əşyası yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh1 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, iddia ərizəsində tələbin qanuni əsası olaraq qeyd olunan normalarda mülkiyyətçidən və onun ailə üzvündən bəhs edilir. Cavabdeh1 mənzilin mülkiyyətçisi deyil, mənzil olan xidmətdə olduğu müddətdə ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçı Cavabdeh1la nikahı pozulduğundan iddiaçı artıq cavabdehin ailə üzvü deyil, Cavabdeh1 ikinci dəfə rəsmi nikaha daxil olmuş və ailə üzvləri ilə birlikdə ona ayrılan xidməti mənzildə yaşayır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydasına uyğun olaraq Cavabdeh2 Mülki Müdafiə Qoşunlarının əməkdaşı baş gizir Cavabdeh1 ailə tərkibi nəzərə alınmaqla Nazirliyin 03 iyun 2019-cu il tarixli 18/01-004 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən 2 otaqlı xidməti mənzillə təmin edilmişdir. Qeyd olunan qərarda mənzilin ünvanı Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 124 A saylı evin 4 saylı mənzili deyil, ünvan 2 ünvanını kimi göstərilmişdir. Həmin qərarda digər şəxslər barədə məlumatlarda qeyd olunduğundan qərarın surəti məhkəməyə təqdim edilmir. Xidməti mənzil hərbi qulluqçuya xidmətdə olduğu müddət ərzində ailəsi ilə birlikdə yaşamaq üçün verilir. Baş gizir Cavabdeh1 İddiaçı ilə nikahının pozulmasını, qeyd olunan ünvanda yerləşən mənzildə hal-hazırda Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşamasını nəzərə alaraq İddiaçı həmin mənzilə köçürülməsini məqsədəuyğun hesab edilmir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydasının 1.1.-ci bəndinə əsasən xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası (bundan sonra- Qayda) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 153 nömrəli Fərmanının 1.3.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xidməti yaşayış sahələrinin verilməsi hallarını və qaydasını müəyyən edir. Qaydaların 1.5.-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Qaydaların 2.1.-ci bəndinə əsasən xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. Qaydaların 2.2.-ci bəndinə əsasən kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Qaydaların 2.5.-ci bəndinə əsasən kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Qaydaların 2.6.-cı bəndinə əsasən kirayə müqaviləsində müqavilənin predmeti, xidməti yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Qaydaların 2.7.-ci bəndinə əsasən xidməti yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi mənzil sahəsinin ayrılma norması nəzərə alınmaqla verilir. Qaydaların 2.8.-ci bəndinə əsasən xidməti yaşayış sahəsi verilərkən ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstənin olması nəzərə alınır, həmçinin ərarvad istisna olmaqla, ayrı cinslərdən olan 9 yaşından yuxarı şəxslərin bir otağa köçürülməsinə yol verilmir (ayrı cinslərdən olan yetkinlik yaşına çatmış şəxslərin bir otağa köçürülməsinə dair razılığı olduğu hallar istisna olmaqla). Qaydaların 3.1.-ci bəndinə əsasən xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz. Qaydaların 3.2.-ci bəndinə əsasən kirayə müqaviləsi əsasında xidməti yaşayış sahəsindən istifadəyə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Qaydaların 3.5.-ci və 3.5.1.-ci bəndlərinə əsasən bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 529218 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X6 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 390 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ № 442289 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3138/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında Mingəçevir şəhər qeydiyyat şöbəsində bağlanmış xx.xx.2009-cu il tarixli 390 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ 398184 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında başlanmış nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 528 saylı qeyd edilmişdir. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 414093 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X3 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 250 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 Mülki müdafiə qoşunlarının xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh2 Mülki müdafiə qoşunlarının hərbi qulluqçusu baş gizir Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanına pasport qeydiyyatına götürlməsi barədə müvafiq göstəriş verilməsi Bakı şəhəri Binəqədi rayon polis idarəsindən xahiş olunmuşdur. Milli Onkoligiya Mərkəzinin xx.xx.2013-cü il tarixli US müayinəsindən müəyyən olunur ki, İddiaçı hər iki süd vəzisinin mikrofibroadenomları diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Cavabdeh2 balansında olan Bakı şəhəri ünvan 4 saylı evin 4 saylı mənzili (ünvan 2) FHN-nin Mülki müdafiə qoşunlarında baş gizir rütbəsində həqiqi hərbi xidmətdə olan Cavabdeh1 ailə üzvləri ilə birlikdə ayrılmış, 2021-ci ildə Cavabdeh1la İddiaçı arasında bağlanmış nikah pozulmuş, sonuncu himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X4 ilə birlikdə mənzildən çıxmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı ilə nikahı pozulduqdan sonra o, ikinci dəfə nikaha daxil olmuş, hal-hazırda mənzildə ikinci nikahından olan həyat yoldaşı və valideynləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; Həmin Məcəllənin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98.2.-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1.-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 103.3.-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, hərbi qulluqçuya xidməti mənzil xidmət etdiyi müddət ərzində ailə üzvləri ilə birlikdə yaşamaq üçün ayrıldığından, müddətin bitməsi xidməti yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi üçün əsas olduğundan, Bakı şəhəri ünvan 4 saylı evin 4 saylı mənzili Cavabdeh1 xidməti mənzil olaraq ayrıldığından, İddiaçı Cavabdeh1la bağladığı nikahı ləğv olunduğu üçün onların ailə münasibətlərinə xitam verildiyindən, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X4 anasının yanında saxlanıldığından iddia tələbləri təmin edilə bilməz. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında olan ailə münasibətlərinə xitam verildiyi üçün iddiaçının hərbi qulluqçunun ailə üzvü statusu ilə hərbi qulluqçuya xidmət etdiyi müddət ərzində yaşaması üçün ayrılan mənzildən istifadə etmək hüququna da xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Azərbaycan Respublikası Cavabdeh2nə və Cavabdeh1 qarşı xx.xx.2010-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri ünvan 4 saylı evin 4 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamaq və istifadə etmək hüquqlarının tanınmasına, mənzilin köməkçi və kommunal sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsinə və mediasiya xərci kimi ödədiyi 50 manatın Cavabdeh1 onun xeyrinə tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3577/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3577/2022
28.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver