Məhkəmə qərarları › İş №2(001)-3579/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3579/2020

18.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3579/2020 18.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd etməklə, doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçixx xxxxxx 1958-ci il tarixdə Ermənistan SSR Qafan rayonununŞəhərcik kəndində anadan olmuşdur. Həmin vaxt Qafan rayon VVADQ Şöbəsində akt qeydləri aparılmaqla ərizəçiyə doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçinin atası X4 1924-cti il tarixdə anadan olmuş və xx xxxxxxxx 2010-cu il tarixdə vəfat etmişdir. Ərizəçinin anası X7 1925-ci il tarixdə anadan olmuş və xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin ailəsi məlum hadisələrlə bağlı Ermənistandan qaçqın düşmüş və ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə orada qalmışdır. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi və təkrar şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin akt qeydinin bərpası barədə tədbir görülməmiş, kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsinin mümkün olmadığı barədə ərizəçiyəxx.xx.2020-ci il tarixdə cavab verilmişdir. Akt qeydləri Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyil, ona görə də, bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda izahatında göstərdi ki, doğum haqqında şəhadətnaməsinin olmaması onun hüquqlarını həyata keçirilməsinə maneələr törədir, hüquqi cəhətdən onu qeyri-müəyyən statusda saxlayır. Ona görə də, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü, Ermənistan SSR Qafan rayonunun Şəhərcik kəndində doğulmuş X2 xx.xx.1985-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra arvada Dərgahova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçinin atası X5 xx.xx.2010-cu il tarixdə, anası X7 isə xx xxxx 1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpasına dair müraciətinə baxılmış və ərizəsi kifayət qədər əsas olmadığı üçün təmin edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. O, xx.xx.1958-ci il tarixdə, Ermənistanın, Qafan rayonunda doğulmuş və orada onun doğum haqqında şəhadətnaməsi alınmışdır. Sonradan onlar Ermənistandan məluma hadisələrlə bağlı köçəndə, şəhadətnamə naməlum şəraitdə itmişdir. Hal-hazırda doğum qeydinin bərpa edilməsi yalnız məhkəmə yolu ilə mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilən Quliyev Anar Köçəri oğlu ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur, xx.xx.1958-ci il tarixdə, Ermənistanın, Qafan rayonunda doğulmuş və 80-ci illərin sonlarından onun ailəsi ilə qonşuluqda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, doğum akt qeydi bərpa edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Doğumun qeydə alınması faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi Ərizəçi doğum tarixinin xx.xx.1958-ci il, doğum yerinin Ermənistan, Qafan rayonu, ata qrafasında - milliyyəti azərbaycanlı olan X6, ana qrafasında - milliyyəti azərbaycanlı olan X7 qeyd edilməklə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar