Məhkəmə qərarları › İş №2(001)-3581/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3581/2022

19.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3581/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, uşaqlarla birlikdə həmin evə köçürülmə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə, daha sonra isə “iddia tələbinin həcminin artırılması” barədə və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələr ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsi, korpus 9-da yerləşən 2 saylı evə istifadə hüququnun tanınması və 3 azyaşlı uşaqları-Ayşə,Ballı və Xədicə ilə birlikdə həmin evə köçürülməsini, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsi, korpus 9-da yerləşən 2 saylı evə ilkin olaraq Cavabdeh2 mülkiyyət kimi qeydə alınması, Cavabdeh2 ilə Cavabdeh4 arasında evə dair xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına evə dair qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ilin avqust ayının 20-də Cavabdeh1 ilə faktiki nikahla ailə qurmuş və nikahları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Ailə quran vaxtdan (xx.xx.2009-cu il) o, hazırda mübahisə edilən yaşayış sahəsinə gəlin köçüb 2021-ci ilin dekabr ayınadək orada yaşamış, cavabdeh və cavbdehin digər ailə üzvləri birlikdə həmin evdə birgə təsərrüfat aparmışdır. Nikahdan 3 uşağı olmuşdur. Cavabdehlər onunla mütəmadi olaraq mübahisə etmiş, ona və uşaqlarına həmin evdə yaşamağa imkan verməmişlər, dəfələrlə onu qovaraq, evdən çıxarmışlar. 2022-ci ilin mart ayında isə ona xəbər göndərmişlər ki, əgər evdə olan əşyalarını çıxarmasa, həmin əmlakları ya yandırılacaq, yaxud gizlədiləcəkdir. O da əmlaklarının təhlükəsizliyini təmin etmək məqsədi ilə əmlaklarının bir hissəsini mübahisəli evdən çıxarmış və məhkəmədə S.Mehdiyeva qarşı nikahın pozulması barədə iddia qaldırmışdır. O, bu evdə 13 il yaşamış və yaşadığı bu müddət ərzində həmin evdə təmir işləri aparmış, uşaqlar da qeyd olunan evdə dünyaya gəlmişlər. Cavabdehlər onu evdən çıxardıqları üçün onun yaşamağa başqa bir daimi yaşayış yeri yoxdur. Bu ev üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli yaşayış sahəsi daşınmaz əmlak kimi qeydə alınmadığına görə o, həmin yaşayış sahəsinə qeydiyyata dura bilməmişdir. Daşınmaz əmlakın mülkiyyət kimi kiminsə adına qeydiyyata alınmadığına dair iddia ərizəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********35 №-li verdiyi arayış əlavə olunmuşdur. Arayışda qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsi, korpus 49, 2 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar olunmamışdır. Lakin cavabdehlərin xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında təqdim etdiyi AN-1 ******* №-li xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsindən müəyyən olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsi, korpus 49, 2 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə DDRX-n Bakı şəhər ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüuqu ilə qeydə alınmış, xx.xx.2022-ci il tarixdə isə Bakı şəhəri 11 saylı notariat ofisində alqı-satqı müqaviləsi ilə Cavabdeh4 Əlimərdən oğluna satılmışdır. O,2009-cu ilin avqust ayında həmin evə gəlin köçmüş, 2021ci ilin dekabr ayınadək orada yaşamış, 3 övladı olmuşdur. Sonradan o, əri tərəfindən döyülərək həmin evdən qovularaq çıxarılmışdır. Ev özbaşına tikili olduğuna görə o, həmin evə qeydiyyata düşə bilməmişdir.Qeyd olunan ev dövlət fonduna daxil olaraq Binəqədi İcra Hakimiyyətinin balansında olmamış, həmin evin tikilməsi üçün Binəqədi Bələdiyyəsi tərəfindən torpaq ayrılmamışdır. Bu səbəbdən də evin Cavabdeh2 adına mülkiyyət kimi qeydə alınması mümkünsüzdür. Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsi, korpus 9-da yerləşən 2 saylı evə Cavabdeh2 adına özəlləşdirilərək, sonradan isə həmin evə alqısatqı müqaviləsi bağlanılaraq Cavabdeh4 satılması və onun adına evə dair mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələbinin kobud şəkildə pozulması ilə baş vermişdir. Ən əsası isə odur ki, o, qeyd olunan mübahisəli yaşayış evində uzun müddət yaşamaqla həmin evə istifadə hüququnu əldə etmiş, evin özəlləşdirilməsi zamanı onun razılığı alınmadan Cavabdeh2 adına mülkiyyət hüquqularının qeydə alınması və sonradan satılması onun mənafeyinə və maraqlarına toxunur. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu 2-ci Mədən küçəsi, korpus 9-da yerləşən 2 saylı evin ilkin olaraq Cavabdeh2 mülkiyyəti kimi qeydə alınmalı, Cavabdeh2 ilə Cavabdeh4 arasında evə dair xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh4 adına evə dair qeydə alınmış mülkiyyət hüququ ləğv edilməlidir. xx.xx.2022-ci il tarixdə Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, iddiaçını evdən qovmadıqlarını və özünün çıxıb getdiyini, evin ona və həyat yoldaşına məxsus olduğunu bildirdi. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, əmlakın atasına məxsus olduğunu və ona məxsus olan əmlakın iddiaçı ilə aralarında bölündüyünü bildirmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, 1988-ci ildə məlum hadisələrlə bağlı Ermənistan Respublikasının Vardenis rayonu, Pənbek kəndində yerləşən 2 saylı evini Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən, korpus 49 ünvanında yerləşən 2 saylı evin mülkiyyətçisi olan erməni ilə rəsmi sənədləşmə əsasında dəyişərək, ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. 2009-cu ildə iddiaçı oğlu Cavabdeh1 ilə ailə qurub və onun mülkiyyətində olan evdə yaşamışlar. 2022-ci ildə iddiaçı ilə oğlu arasında olan nikah pozulub və məhkəmə onların birgə nikah dövründə əldə etdikləri Mehdiabad qəsəbəsində yerləşən 3 sot torpaq sahəsinin ½ hissəsinə iddiaçının mülkiyyət hüququnu tanıyıb, həmin torpaq səhəsində 1 otaqlı ev inşa edilib, oğlu da həmin evi iddiaçının istifadəsinə yaşamaq üçün vermişdir. Sözügedən mübahisəli ev hazırda satılmış və başqasının mülkiyyətindədir. İddiaçı qanuni qaydada ona verilmiş əmlak payı ilə kifayətlənmir, bu azmış kimi onun mülkiyyətindən də istifadə etmək istəyir, hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və iddia təmin edilməməlidir. xx.xx.2022-ci il tarixdə Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, həmin evi o, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 pul verərək aldığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, mübahisəli əmlakın atasına məxsus olduğunu və atası tərəfindən başqa şəxsə satıldığını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyi 45 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli 318 №-li Arayışdan görünür ki, Cavabdeh1 Binəqədi qəösəbəsi, İİ mədən küçəsindənki 49 №-li İ mərtəbəlin evin İ mərtəbəsində 35 kv.m yaşayış sahəsi olan 2 otaqlı 2 №-li mənzilində qeydiyyatdadır. Sahibi Cavabdeh1dur. Həmin evdə Cavabdeh1 ilə yanaşı Cavabdeh2, X2, X4. X11, X5 və X3 da daimi qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı ********№-li Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı 508775 №-li Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikah 06 oktyabr 2009-cu il tarixdə Sumqayıt nikah evində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 718 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 18 aprel 2022-ci il tarixli fiziki şəxsin adına daşınmaz əmlakının olub-olmaması barədə məktubundan görünür ki, Cavabdeh1 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi Abşeron rayon notariusu R.K.Hümmətov tərəfindən təsdiqlənmiş 4Ə/1187 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına respublikanın digər ərazilərində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi, rayonu,2-ci Mədən küçəsi korpus 49, 2 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 491594 №-li, AZ-İİ seriyalı 949426 №-li və AZ- İV seriyalı 228622 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 03 iyul 2010-cu il təvəllüdlü X7, 03 avqust 2012-ci il təvəllüdlü X6 və 01 fevral 2019-cu il təvəllüdlü X1 atası Cavabdeh1 və anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli e- 2(060)-985/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 06 oktyabr 2009-cu il tarixdə Sumqayıt nikah evində 718 saylı akt qeydilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 anaları İddiaçı himayəsində saxlanılmaları, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh1 xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, 0,03 ha torpaq sahəsi üzərində bərabər olmaqla ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən olunması qət edilmişdir. İş materiallarında olan 09 fevral 2022-ci il tarixli AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsinin 2-ci Mədən küçəsində yerləşən 49 saylı evin 2 saylı mənzili 09 fevral 2022-ci ildə Cavabdeh2 tərəfindən 130.000 manata Cavabdeh4 satılmışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 11 saylı Notariat Ofisində bağlanmış və 4Ə-77 reyestr nömrəsi ilə reyestrdə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 01 avqust 2022-ci il tarixli **********54 №-li məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2021-ci il tarixdə ilkin olaraq Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-77 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və onlar arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli e-2(060)- 985/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Mübahisəli mənzil, yəni Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsinin 2-ci Mədən küçəsində yerləşən 49 saylı evin 2 saylı mənzili xx.xx.2021-ci il tarixdə ilkin olaraq Cavabdeh2 adına qeydiyyatdan keçmiş və Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-77 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. İddiaçı isə hal-hazırda məhkəmədən yaşayış sahəsinə istifadə hüququnun tanınması, uşaqlarla birlikdə həmin evə köçürülmə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun ləğv edilməsini tələb edir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə araşdırması zamanı isə İddiaçı ilə evin keçmiş mülkiyyətçisi Cavabdeh2 arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi tələbi barədə iddiası əsassızdır. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsi, korpus 9-da yerləşən 2 saylı evə ilkin olaraq Cavabdeh2 mülkiyyət kimi qeydə alınması, Cavabdeh2 ilə Cavabdeh4 arasında evə dair xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına evə dair qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi barədə iddia tələbi də əsassızdır. Belə ki, məlum olduğu kimi əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, habelə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada işin müəyyən edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, 09 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh2 həmin evi Cavabdeh4 satmış, ev hal-hazırda sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak üzərində iddiaçının hər hansı bir hüquqları mövcud deyildir və Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış alqı satqı müqaviləsi iddiaçının üçüncü şəxs qismində hüquqlarını pozmur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, uşaqlarla birlikdə həmin evə köçürülmə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid ediməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, uşaqlarla birlikdə həmin evə köçürülmə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar