Məhkəmə qərarları › İş №2(001)-3584/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3584/2023

25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3584/2023 25.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində 1 saylı Maraqlı şəxs1dliyyə Nazirliyinin Dövlət Notariat Kontoru, Maraqlı şəxs3 və Maraqlı şəxs2 cəlb edilməklə) vərəsəliklə bağlı buraxılmış müddətin bərpası tələbinə dair ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, vərəsəliyin qəbulu ilə bağlı müddətin buraxılmasını üzrlü hesab edərək, müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X6 ilə 17 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X6 18 yanvar 2022-ci il tarixində avtomobil qəzasında həyatını itirmişdir. Həyat yoldaşı X3 ölümü ilə bağlı Paşa Sığorta ASC-dən ödəniş ala bilmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin notariusun təqdim etdiyi cavab məktubunda vərəsəliyin qəbulu ilə bağlı müddəti ötürdüyünü və məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. O qeyd edir ki, özü ali təhsil almamış, orta təhsillidir. Hüquqi biliyi yoxdur, ətrafında da bu barədə ona məlumat verəcək hər hansı hüquq təhsilli biri olmamışdır. Eyni zamanda həyat yoldaşının qəfil ölümü onu dərindən sarsıtmış, ətraf aləmlə əlaqələrini kəsməyinə səbəb olmuşdur. Həyat yoldaşının ölümü ilə bağlı yaşadığı psixoloji gərginlik digər hadisələri maraq dairəsindən kənarlaşdırmışdır. Bu səbəbdən müddət onun tərəfindən buraxılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X2 qalmış mirası və sığorta ödənişini qəbul etməmiş, müddəti ötürmüş, buna dair heç bir iddia və tələbi yoxdur. Mirasın və sığorta ödənişlərinin arvadı Ərizəçi tərəfindən alınmasına etiraz etmir. O, bu barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən maraqlı şəxs X5 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X2 qalmış mirası və sığorta ödənişini qəbul etməmiş, müddəti ötürmüş, buna dair heç bir iddia və tələbi yoxdur. Mirasın və sığorta ödənişlərinin arvadı Ərizəçi tərəfindən alınmasına etiraz etmir. O, bu barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. İş üzrə maraqlı şəxs 1 saylı Maraqlı şəxs1dliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. AZ-İ seriyalı 679558 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə X4 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Eyvazova” soyadı verilmişdir. AZ-İİ 215012 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş oğlu X2 qalmış mirası və sığorta ödənişini qəbul etməmiş, müddəti ötürmüş, buna dair heç bir iddia və tələbi yoxdur. Mirasın və sığorta ödənişinin arvadı Ərizəçi tərəfindən alınmasına etiraz etmir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi həqiqətən də Binəqədi qəsəbəsi, Şirvani küçəsində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “ ... O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir”. Məhkəmə mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, vərəsəliyin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab edilməli və uzadılmalıdır. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, Ərizəçi əri X3 ölümündən dərindən sarsılmış və bu səbəbdən də məhkəməyə imkan verir ki, vərəsəliyin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəbdən ötürüldüyünü hesab etsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2022-ci il tarixdə ölmüş əri X3 vərəsəliyinin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2022-ci il tarixdə ölmüş əri X3 vərəsəliyinin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilsin və buraxılmış müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar