Məhkəmə qərarları › İş №2(001)-3594/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3594/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3594/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının 5 saylı Bakı “ASAN Xidmət” X5 cəlb edilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (Məmmədova) X1 xx xxxxx 1988-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun, Salah kəndində doğulması və ata qrafasında X6 milliyəti azərbaycanlı, ana qrafasında Şahid milliyəti azərbaycanlı olmasının müəyyən edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxx 1988-ci ildə Ermənistan Respublikasının İcevan rayonu, Salah kəndində anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə rəsmi ikaha daxil olduqdan sonra soyadı “Lalayeva” dan “Məmmədova”ya keçmişdir. Onun doğum haqqında şəhadətnaməsi naməlum vəziyyətdə itmişdir. Hal-hazırda bəzi sənədləşmə işləriə görə ona doğum haqqında şəhadətnamə lazım olduğundan 5 saylı Bakı “ASAN Xidmət” X2 yazılı müraciət etmişdir. 5 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən cavab olaraq bildirilmişdir ki, yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Kifayət qədər sənd təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası şöbə tərəfindən mümkün olmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki ,ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X5 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olan xx.xx.2022-ci il tarixli ərizə məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Bundan başqa 5 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlanaraq, vətəndaşı doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim etməməsi səbəbindən doğum haqqında akt qeydinin bərpasının mümkün olmadığı bildirilmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Qızı xx xxxxx 1988-ci il tarixində Ermənistan Respublikasının İcevan rayonunun, Salahlı kəndində xəstəxanada doğulmuşdur. Qızının doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin hal-hazırda itib. Həmin illərdə 1987-ci ildə əşyalarını Ermənistandan Bakıya göndərmiş, özləri isə 1988-ci ilin payızında gəlmişlər. Şəhadətnaməni Bakı şəhərində itirmişlər. Samirə onun tək övladıdır. Yoldaşı ilə arasında olan nikah rəsmi olub, daha sonra boşansalar da, hal-hazırda barışdıqlarından birlikdə yaşayırlar.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Şahid ilə 1980-ci il tarixində rəsmi nikah münasibətinə daxil olmuşlar. Birgə nikahlarından xx xxxxx 1988-ci il tarixində Samirə doğulub. Uşaq doğularkən o, İrəvan şəhərində işdə olmuşdur. Lakin uşaq xəstəxanada doğulub. O uşağını doğuşdan 3-4 gün sonra görmüşdür. Samirənin doğum haqqında şəhadətnaməsi olmuş, lakin itmişdir. Arvadı ilə boşansalar da, hazırda barışdıqlarından birlikdə yaşayırlar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Bakı şəhəri 1 saylı “ASAN Xidmət” tərəfindən xx.xx.2017-ci il tarixdə verilən AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə, Ermənistan, İcevan rayonunda doğulmuşdur, onun yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR, Ş.Məmmədov küçəsi, ev 7, m 188-dir.

9. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, C00394116 saylı xarici pasportundan görünür ki, X4 xx.xx.1988-ci il tarixində Ermənistanda doğulmuşdur.

10. Bakı şəhəri 1 saylı “ASAN Xidmət” tərəfindən verilən AZ-İ seriyalı, 254854 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədər xx.xx.2016-cı il tarixində 142 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “ Lalayeva” soyadı verilmişdir.

11. Bakı şəhəri 1 saylı “ASAN Xidmət” tərəfindən verilən 22 noyabr 2017-ci il tarixli, AZ-İİ seriyalı, 245766 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X4 arasında xx.xx.2017-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 3218 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir.

12. Bakı şəhəri 5 saylı “ASAN Xidmət” X5 tərəfindən Ərizəçi xx.xx.2022-ci il tarixli 05Q/825/75 nömrəli müraciətinə cavab olaraq, göndərilən xx.xx.2022-ci il tarixli, 05Q/980/75 saylı məktubdan görünür ki, sonuncuya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52№-li Qərarı ilə təsdiq olunmuş “ Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik , bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Kifayət qədər sənəd təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası şöbə tərəfindən mümkün olmamışdır.

13. AZE seriyalı, 09165561 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X6 xx.xx.1955-ci il tarixində Ermənistan Respublikasının, İcevan rayonunda doğulmuşdur.

14. AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, Şahid xx.xx.1954-cü il tarixində Ermənistan Respublikasının, Yerevan rayonunda doğulmuşdur.

15. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 387370 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Şahid arasında olan nikah ər-arvadın razılığı əsasında çıxarılmış xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixində pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 336 № ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

16. Ərizəçi Məmmədova (Lalayeva) Samirə İbrahim qızı xx.xx.1988-ci il tarixdə, Ermənistan, İcevan rayonunda doğulmuşdur, onun yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR, Ş.Məmmədov küçəsi, ev 7, m 188-dir.

17. Bu faktlar Bakı şəhəri 1 saylı “ASAN Xidmət” tərəfindən xx.xx.2017-ci il tarixdə verilən AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sübut edilir.

18. X4 ilə X7 arasında xx.xx.2017-ci il tarixində nikah bağlanmış, nikahdan sonra ona “Məmmədova” soyadı verilmişdir.

19. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyini və onun məhkəmədən kənar bərpa edilməsinin mümkünsüzlüyünü əsas götürərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid və X6 ərizəçinin anası və atasıdır. Hər ikisinin milliyətcə azərbaycanlıdır. Bu faktlar da hər birinə məxsus olan şəxsiyyət vəsiqələri ilə sübut olunur.

21. Şahid və X6 arasında rəsmi nikah münasibətləri olmuş, bu nikah xx.xx.2021ci il tarixində pozulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

23. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

24. 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

25. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

26. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

27. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

28. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

31. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki həm şəxsiyyət vəsiqəsində, həm xarici pasportunda və həm də nikah haqqında şəhadətnaməsində, onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur.

32. Bundan başqa məhkəmə iclasında şahid qismində ifadə verən ərizəçinin atası və anası olduqlarını iddia edən şəxslərin milliyətinin azərbaycanlı olması, atanın və uşağın soyadlarındakı uyğunluq, ərizəçinin ata adı ilə şahidin adındakı uyğunluq, hər üç şəxsin Ermənistan Respublikasında doğulması ərizəçinin ərizəsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.

33. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna və doğum haqqında akt qeydini başqa qaydada bərpa etmək mümkün olmadığına görə doğumunun qeydə alınma faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

36. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

38. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:

40. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Məmmədova (Lalayeva) Samirə İbrahim qızının xx xxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının, İcevan rayonunun, Salah kəndində doğumunun qeydə alınma faktı müəyyən edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikası, İcevan rayonun, Salah kəndi”, doğum tarixi qrafasında “xx.xx.1988-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X6, milliyəti azərbaycanlı”, anası qrafasında “Şahid, milliyyəti azərbaycanlı” göstərilməlidir.

41. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Məmmədova (Lalayeva) Samirə İbrahim qızının xx xxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının, İcevan rayonunun, Salah kəndində doğumunun qeydə alınma faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikası, İcevan rayonun, Salah kəndi”, doğum tarixi qrafasında “xx.xx.1988-ci il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X6, milliyəti azərbaycanlı”, anası qrafasında “Şahid, milliyyəti azərbaycanlı” göstərilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar