Məhkəmə qərarları › İş №2(001)-3595/2019

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3595/2019

22.05.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3595/2019 22.05.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzildən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 mənzilini 1991-ci ildə həmin mənzilin keçmiş sahibi X1 15 200 000 AZM ödəməklə alqı-satqı yolu ilə almışdır. Həmin tarixdən mənzil iddiaçının qanuni istifadəsindədir. Binəqədi rayon Xalq Məhkəməsinin 2-269/1997 nömrəli xx.xx.1997-ci il tarixli qətnaməsi ilə X2 iddiaçıya qarşı Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilməklə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair X2 adına verilmiş xx.xx.1997-ci il tarixli 061156 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2-1458/2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X2 Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə olan hüquqları itirilmiş hesab edilmişdir. Mənzil dövlət mülkiyyətinə qaytarıldıqdan sonra İddiaçıla və ya hər hansı bir şəxslə kirayə müqaviləsi bağlanmamış, Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı 2002-ci ildən Azərbaycan Respublikasına gəlmir, həmin mənzildə yaşamır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 iddiaçıya və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və qeydiyyata alınma tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən X7 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-8356/2018 saylı qətnaməsi ilə X3 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddiası təmin edilərək X3 Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnamələri ilə iddiaçının sözügedən mənzili alqı-satqı yolu ilə aldığı H.A.İsmayılovun, eləcə də Cavabdeh həmin mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir. Göyçay rayonunda yaşamış Cavabdeh ailə qurduqdan sonra ünvan 1 saylı evə köçmüş ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Lakin son dövrlərdə cavabdeh iddiaçının mənzilindən könüllü çıxıb getmir, üstəlik həmin mənzildə qeydiyyatda olan X3, yəni iddiaçının nümayəndəsi olaraq onun yaşamasına imkan vermir. Qanuni istifadəsində olan mənzilin özəlləşdirilməsi üçün iddiaçı bacısı olaraq ona xx.xx.2015-ci il tarixli etibarnamə vermişdir. O, mənzilin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınması üçün aidiyyəti üzrə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən mütəxəssislər ünvan gələrək mənzilə baxış keçirmək istəmiş, lakin Cavabdeh mütəxəssislərə mənzilə baxış keçirərək müvafiq ölçü işləri aparmalarına maneçilik törədir. Bu səbəbdən də iddiaçı mənzilini özəlləşdirə bilmir. Həmçinin cavabdeh ruhi cəhətdən xəstə olan qardaşını məhkəmədə iddiaçıya qarşı əsassız iddia qaldırmağa məcbur etmişdir. Cavabdeh iddiaçının qanuni istifadəsində olan mənzildən heç bir istifadə hüququ olmadığı halda könüllü çıxmadığı üçün onun mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməlidir. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasın xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçının və onun nümayəndəsinin onun doğma bacısıdır. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzili onun valideynləri tərəfindən əldə olunmuş, Rusiya Federasiyasının vətəndaşı olan qardaşı İddiaçı isə 2002-ci ildən Bakı şəhərinə gəlmir, bu mənzildə yaşamır, bu mənzildə qeydiyyatda deyildir. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzili dövlət mülkiyyətində olduğundan iddiaçının onu həmin mənzildən çıxarmaq hüququ yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Bakı şəhəri Mənzil-Kommunal Təsərüffat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfat birliyinin 113 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli 07 saylı arayışından müəyyən olunur ki, dövlət mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilində X6 2018-ci ildən, İddiaçı 1991-ci ildən daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı Ağdaş rayonu Y.Nəbiyev küçəsi 14 saylı evdə qeydiyyatdadır. İddiaçı xx.xx.2018-ci il tarixli etibarnaməsindən müəyyən olunur ki, o, xx.xx.2011-ci ildə verilmiş pasporta əsasən Rusiya Federasiyasının vətəndaşı olmaqla Nijneqorodsk vilayətinin Semyonov şəhərinin Oktyabrın 50 illiyi küçəsi 16 saylı evin 27 saylı mənzilində yaşayır. Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci tarixli 2-269/1997 saylı qətnaməsindən müəyyən olunur ki, X2 İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilməklə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair X2 adına verilmiş xx.xx.1997-ci il tarixli 061156 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-10006/2015 saylı qətnaməsindən müəyyən olunur ki, X4 X5 və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınmasına və qeydiyyata alınmasına dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-324/2016 saylı qətnaməsindən müəyyən olunur ki, X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-10006/2015-ci il saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-4119/2016 saylı qərarından müəyyən olunur ki, kassasiya şikayəti təmin eilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-324/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İstinad edilən məhkəmə aktlarından müəyyən olunur ki, araşdırma zamanı İ.A.İsmayılovun 2002-ci ildən Azərbaycan Respublikasına gəlməməsi, dövlət mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair heç kəsin icarə və mülkiyyət hüququları qeydə alınmamış, mənzil 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-8356/2018 saylı qətnaməsindən müəyyən olunur ki, iddia tələbi təmin edilmiş, X3 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırıması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Rusiya Federasiyasının vətəndaşı olan, 2002-ci ildən Azərbaycan Respublikasında yaşayamayan İddiaçı dövlət mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair mülkiyyət və istifadə hüquqları mövcud deyildir. Belə ki, mənzil dövlət mülkiyyətinə qaytarıldıqdan sonra iddiaçı ilə bu mənzilə dair kirayə müqaviləsi bağlanmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır….subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı hər hansı bir hüququ olmayan mənzildən cavabdehin çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik olmadığından iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar