Məhkəmə qərarları › İş №2(001)-3603/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3603/2021

25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3603/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 25 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 28 avqust 1964-cü il təvəllüdlü mərhum əri X1 Ermənistan SSR, Megri rayonunda anadan olmağı barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 28 avqust 1964-cü il təvəllüdlü mərhum əri X2 27 sentyabr 2018-ci il tarixdə uzun sürən ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Əri Ermənistan SSR-in Meğri rayonunda anadan olmuş, hazırda ona məxsus doğum haqqında şəhadətnaməni tapa bilmirlər. Mərhum ərinin dediyinə görə şəhadətnaməsini Ermənistanda itirmişdir. O, şəhadətnamənin dublikatın verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, oradan müraciətinə imtina cavabı verilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Ərizəçi onun anası, X2 isə mərhum atasıdır. Atasına məxsus bütün sənədlərdə atasının həqiqətən də 28 avqust 1964-cü il tarixdə Ermənistan SSR Meğri rayonunda doğulması öz təsdiqini tapır. Məhkəmədə şahid qismində dindirilmiş X5 şahid A.R.Kərimovun izahatı ilə eyni məzmunlu izahat verdi. Mülki iş materiallarında olan: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi 12 aprel 1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 27 sentyabr 2018-ci il tarixdə “ürəyin xroniki işemik xəstəliyi” səbəbi ilə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (R.X.Kərimovun anası) 04 fevral 2019-cu il tarixdə vəfat etmişdir. - Ümumvətəndaş pasportundan, əmək kitabçasının surətindən, habelə hərbi biletin surətindən görünür ki, X2 28 avqust 1964-cü il tarixdə Ermənistanın Meğri rayonunda doğulmuşdur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış məktubun məzmunundan görünür ki, Ərizəçi mərhum ərinin doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Azərbayacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5. və 2.6-cı bəndlərinə əsasən doğumun qeydə alınması üçün zəruri sənədlər təqdim olunmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Ərizəçi mərhum əri X1 28 avqust 1964-cü il tarixdə doğulmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbyacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Ərizəçi mərhum əri X1 28 avqust 1964-cü il tarixdə Ermənistanın Meğri rayonunda doğulmasına dair hüquqi fakt müəyyən edilsin, doğumun qeydi kitabında ata adı qrafasında “X3”, ana adı qrafasında “X4”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar