Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3604/2024 19.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Sadiqov Daməd Əli oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs3, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Maraqlı şəxs4 cəlb edilməklə) «hüquqi əhəmiyyəti olan faktların (atalıq faktının olmamasının) müəyyən edilməsi haqqında» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, AZ-İİİ № 941266 saylı doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 atasının Ərizəçi olmaması (onların valideyn övlad olamama) faktının müəyyən edilməsi, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 (doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 2482 № ilə qeyd edilmiş) adına verilmiş AZ-İİİ № 941266 saylı doğum haqqında şəhadətnamənin “soyadı - Bağırzadə” və “atası - Ərizəçi” qrafasındakı qeydlərin ləğv edilməsi (və ya dəyişdirilməsi) Azərbaycan Rrespublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X5 ilə xx.xx.2007-ci il tarixdə 896 nömrəli akt qeydinə əsasən bağlanmış nikahla ailə qurmuşlar və həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı övladları vardır (hazırda hər üçü ərizəçinin himayəsindədirlər). Bir müddət sonra Ərizəçi ilə Zenfıra Bağırzadənin münasibətləri tamam pozulduğundan onların ailələri dağılmış və 2015-ci ilin may ayından başlayaraq onlar ayrı-ayrılıqda yaşamışlar. 2016-cı ilin əvvəlində Ərizəçi boşanmaq və uşaqların onun himayəsində qalmaları üçün məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-167/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onların aralarında xx.xx.2007-ci il tarixdə 896 nömrəli akt qeydi ilə bağlanmış nikahları pozulmuş və hər üç övladları Ərizəçi yanında (himayəsində) qalmaları qət edilmişdir. 2015-ci ilin may ayından ərizəçi keçmiş arvadı X1 harada olması və harada yaşaması barədə məlumatı olmamışdır. Sonradan ərizəçiyə məlum olmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 181.2.1-ci və 181.3.2-ci maddələri ilə təqsirli bilinən X1 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və sonra isə Bakı Ağır Cinayətlər Məhkəmsinin hökmü ilə X5 CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək 11 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ərizəçi yaxın müddətdə müvafiq orqandan ailə tərkibi haqqında arayış alan zaman müəyyən olmuşdur ki, güya onun xx.xx.2017-ci il təvəllüdlü X9 adlı əlavə bir övladı da var. Araşdırma zamanı məlum olmuşdur ki, atası başqa şəxs olmaqla X1 cəza çəkdiyi müəssisədə xx.xx.2017-ci il tarixdə Ümid adlı uşağı doğulmuşdur. Həmin uşağa doğum haqqında şəhadətnamə verilən zaman uşağı doğan Zenfıra Bağırzadə uşağın atasının başqa şəxs olmasını bildirsə də, lakin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin əməkdaşları onların nikahlarının pozulmasından (xx.xx.2016) Ümid adlı uşağın doğulması (xx.xx.2017) arasındakı müddətin Ailə Məcəlləsində nəzrdə tutulmuş 300 gün müddəti keçmədiyini və buna görə də avtomatik olaraq həmin uşağın atasının Ərizəçi qeyd edilməli olmasını əsas gətirərək onun soy adını yeni doğulan uşağa verilməklə AZ-İİİ № 941266 saylı doğum haqqında şəhadətnamənin - atası qrafasında uşağın atası kimi Ərizəçi qeyd etmişlər. Ərizəçi bəyan edərək bildiririr ki, o, 2015-ci ilin may ayından faktiki olaraq X5 ilə biryerdə yaşamamışlar, fiziki təmasda olmamışlar və həmin tarixdən indiyədək Zenfıra Bağırzadənin harada olması və harada yaşaması barədə məlumatı olmamışdır. Onların faktiki olaraq ayrı yaşadıqları, fiziki təmasda olmadıqları və biri-birini görmədikləri vaxtdan 20 ay sonra X1 cəza çəkdiyi müəssisədə xx.xx.2017-ci il tarixdə doğulmuş Ümid adlı uşağının atası Ərizəçi deyil və ümumiyyətlə bunun olması mümkünsüzdür. Eyni zamanda həmin uşağın atasının Ərizəçi yox, başqa şəxs olmasını onun anası Zenfıra Bağırzadə də qeyd etmiş və hazırda da bunu təsdiq edir. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət edilərək xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 adına verilmiş AZ-İİİ № 941266 saylı doğum haqqında şəhadətnamənin “soyadı - Bağırzadə” və “atası - Ərizəçi” qrafasındakı qeydlərin ləğv edəlməsini (və ya dəyişiklik edilməsini) xahiş etmiş, lakin həmin şöbənin xx.xx.2024cü il tarixli məktubu ilə qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq X2 mediasiyaya dəvət məktubu göndərilmiş, lakin o, ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediator tərəfindən bu barədə №MŞB/18/2024- 00385 saylı xx.xx.2024-cü il tarixli Arayış verilmişdir. Eyni zamanda ərizəçi tərəfindən ilkin mediasiya sessiyasında iştirakla bağlı 60 manat məbləğində rüsum (xərc) ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Maraqlı şəxs4 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Ərizəçi ərizəsi ilə tanış olmuşdur. Bildirir ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş Ümid adlı uşaq onun övladıdır. Ümid adlı uşağın Ərizəçi ilə heç bir əlaqəsi yoxdur. xx.xx.2017-ci il tarixdə anadan olmuş Ümid adlı uşağın soyadı və ata qrafasında onun adının yazılmasına heç bir etirazı yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəməyə xx.xx.2024-cü il tarixdə məktub ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəli məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında bildirmişdir ki, ərizəni qəbul edir. Belə ki, xx.xx.2017-ci il təvəllüdlü X4 atası Ərizəçi yox, Maraqlı şəxs4dur. Odur ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs3 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-T seriyalı 265985 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 atası Ərizəçi, anası Maraqlı şəxs3dır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-167/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs3 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs3 arasında xx.xx.2007-ci il tarixdə 896 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları Ərizəçi yanında qalmaları qət edilmişdir. AZ-İ seriyalı 246097 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Maraqlı şəxs3 ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 386 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, sonuncunun müraciətinə baxılmış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1 və 46.2-ci maddələrinə istinad edilərək bildirilmişdir ki, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşsğın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Qeyd olunanlara əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 doğum haqqında akt qeydində ata haqqında məlumatların ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı 18 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs3 ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. AA seriyalı 283561 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs3 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Daha sonra Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 167/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onların aralarında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahları pozulmuş və hər üç övladları ərizəçinin yanında (himayəsində) qalmaları qət edilmişdir. Ərizəçi müvafiq orqandan ailə tərkibi barədə arayış alan zaman müəyyən olunmuşdur ki, Maraqlı şəxs3 cəza çəkdiyi müəssisədə xx.xx.2017-ci il tarixdə Ümid adlı uşağı doğulmuş, həmin uşağa doğum haqqında şəhadətnamə verilən zaman xx.xx.2017-ci il təvəllüdlü X4 ata qrafasında Ərizəçi qeyd olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətii təmin edilməmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göründüyü kimi, ərizəçinin xx.xx.2017-ci il təvəllüdlü X4 atası olmaması faktının müəyyən edilməsi məhkəmədən kənar qaydada müəyyən etdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən zaman Maraqlı şəxs3 ifadə verərək, xx.xx.2017-ci il təvəllüdlü X4 atasının Maraqlı şəxs4 olması faktını təsdiq etmişdir. Həmçinin, Maraqlı şəxs4 məhkəməyə ünvanladığı ərizəsindən də müəyyən olunur ki, xx.xx.2017-ci il təvəllüdlü X4 atası ərizəçi deyil, xx.xx.2017-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs4dur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, AZ-İİİ № 941266 saylı doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 atasının Ərizəçi olmaması (onların valideyn övlad olamama) faktının müəyyən edilməli, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 (doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 2482 № ilə qeyd edilmiş) adına verilmiş AZ-İİİ № 941266 saylı doğum haqqında şəhadətnamənin “soyadı - Bağırzadə” və “atası - Ərizəçi” qrafasındakı qeydlərin ləğv edilməsi (və ya dəyişdirilməsi) Azərbaycan Rrespublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. AZ-İİİ № 941266 saylı doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 atasının Ərizəçi olmaması (onların valideyn övlad olamama) faktı müəyyən edilsin. xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 (doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 2482 № ilə qeyd edilmiş) adına verilmiş AZ-İİİ № 941266 saylı doğum haqqında şəhadətnamənin “soyadı - Bağırzadə” və “atası - Ərizəçi” qrafasındakı qeydlərin ləğv edilməsi (və ya dəyişdirilməsi) Azərbaycan Rrespublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qənamə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3604/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3604/2024
19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver