Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3643/2021 31.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 2 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 2 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 04.03.2007-ci ildə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr F.Məlikov küçəsi 4 saylı evin 12 saylı mənzilini özəlləşdirmiş və mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər onun övladlarıdır və onun mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Lakin cavabdehlər 10- 12 ildir ki, həmin mənzildə yaşamırlar. Cavabdeh1 nikaha daxil olduqdan sonra, yəni 2008ci ildən bu günə kimi Ağdam rayonu Quzanlı qəsəbəsi Füzuli küçəsində ailəsi, övladları ilə birlikdə yaşayır, Quzanlı xəstəxanasında həkim işləyir. Cavabdeh2 isə 2009-cu ildən Ağdam rayonu Üçoğlan sovetli Orta Qışlaq kəndində yaşayır, Quzanlı xəstəxanasında tibb bacısı işləyir. Artıq 10-12 ildir ki, cavadehlərin daimi yaşayış və iş yerləri Ağdam rayonudur. Ağdam rayon qeydiyyat şöbəsi öz məktubunda təsdiq edir ki, cavabdehlər Ağdam rayon qeydiyyat şöbəsində nikah bağlayıblar. Hal-hazırda onun ailəsində maddi cəhətdən çətinliklər var və o, bu mənzili satıb iki otaqlı mənzil alaraq həyat yoldaşını müalicə etdirmək istəyir. Cavabdehlər buna qəti şəkildə etiraz edirlər. O, cavabdehlərdən ona məxsus olan mənzildən qeydiyyatdan çıxmalarını tələb etsə də, cavabdehlər qeydiyyatdan çıxmaq istəmirlər. Cavabdehlərin bu hərəkətləri onun mülkiyyət hüquqlarını kodub şəkildə pozur və o, mülkiyyətində olan mənzilə dair sərəncam verə bilmir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona xüsusi mülkiyyətində olan ünvan 2 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə məlum ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı № ******* saylı 14.03.2007-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 2 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 358 nömrəli reyestr kitabının 33450 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh1 ünvan 2 saylı mənzilində qeydiyyatdadırlar. 106 saylı MKİS tərəfindən verilmiş 02.03.2021-ci il tarixli 66 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 7-ci mkr F.Məlikov küçəsi 4 saylı evin 12 saylı mənzilində qeydiyyatdadırlar. Ağdam rayon qeydiyyat şöbəsinin 16.03.2021-ci il tarixli 158-05/11 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh2 16.11.2009-cu il tarixdə 243 nömrə ilə Ağdam rayon qeydiyyat şöbəsi və Cavabdeh1 10.02.2008-ci il tarixdə 09 nömrə ilə Ağdam rayon Üçoğlan İ.N tərəfindən nikahları qeydə alınmışdır. Ağdam rayon qeydiyyat şöbəsinin 16.03.2021-ci il tarixli 197-05/69 saylı arayışdan müəyyən olunur ki, X5 ilə Cavabdeh1 arasında Ağdam rayon Üçoğlan İcra Nümayəndəliyində nikah haqqında 10.02.2008-ci ildə 09 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Ağdam rayon qeydiyyat şöbəsinin 16.03.2021-ci il tarixli 196-05/69 saylı arayışdan müəyyən olunur ki, X7 ilə Cavabdeh2 arasında Ağdam rayon qeydiyyat şöbəsində nikah haqqında 16.11.2019-cu ildə 243 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, 30 ilə yaxındır İddiaçı qonşusudur. Ona görə də bilir ki, İddiaçı qızları Cavabdeh1 və Cavabdeh2 nikaha daxil olduqdan sonra Ağdam rayonuna köçmüş, hər biri özlərinə məxsus evdə ailələri ilə birlikdə yaşayır, Quzanlı xəstəxanasında işləyirlər. Cavabdeh1 14 ilə, Cavabdeh2 7-8 ilə yaxındır ki, İddiaçı mülkiyyətində olan ünvan 2 saylı mənzilində yaşamırlar. İddiaçı mənzilin oğlu və həyat yoldaşı ilə birlikdə yaşayır. Təranə və Elnarə valideynlərinin mənzilinə gəlmirlər. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, qızları Cavabdeh1 və Cavabdeh2 daimi yaşayış yeri Ağdam rayonudur. Belə ki, Cavabdeh1 2008-ci ildə nikaha daxil olduqdan sonra Ağdam rayonu Quzanlı qəsəbəsi Füzuli küçəsində yerləşən həyat yoldaşına məxsus evə köçmüş, həyat yoldaşı və iki uşağı ilə birlikdə bu ünvanda yaşayır. Cavabdeh1 Quzanlı xəstəxanasında həkim işləyir. Cavabdeh2 214-cü ildə nikaha daxil olaraq həyat yoldaşının Ağdam rayonu Üçoğlan sovetli Orta Qışlaq kəndində yerləşən evində yaşayır, Quzanlı xəstəxanasında tibb bacısı işləyir. Qızları nikaha daxil olduqdan bir müddət sonra onlarla heç bir əlaqə saxlamamış, övlad kimi onların qayğısına qalmamış, onların yaşadığı mənzilə gəlməmiş, onlara məxsus ünvan 2 saylı mənzilində heç bir əşya yoxdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, İddiaçı qonşusudur. Ona görə də bilir ki, İddiaçı qızları Cavabdeh1 və Cavabdeh2 nikaha daxil olduqdan sonra Ağdam rayonuna köçmüş, hər biri özlərinə məxsus evdə ailələri ilə birlikdə yaşayır, Quzanlı xəstəxanasında işləyirlər. Cavabdeh1 14 ilə, Cavabdeh2 7-8 ilə yaxındır ki, İddiaçı mülkiyyətində olan ünvan 2 saylı mənzilində yaşamırlar. İddiaçı mənzilin oğlu və həyat yoldaşı ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, bacıları Cavabdeh1 və Cavabdeh2 daimi yaşayış yeri Ağdam rayonudur. Belə ki, Cavabdeh1 2008-ci ildə nikaha daxil olduqdan sonra Ağdam rayonu Quzanlı qəsəbəsi Füzuli küçəsində yerləşən həyat yoldaşına məxsus evə köçmüş, həyat yoldaşı və iki uşağı ilə birlikdə bu ünvanda yaşayır. Cavabdeh1 Quzanlı xəstəxanasında həkim işləyir. Cavabdeh2 6 ildir nikaha daxil olaraq həyat yoldaşının Ağdam rayonu Üçoğlan sovetli Orta Qışlaq kəndində yerləşən evində yaşayır, Quzanlı xəstəxanasında tibb bacısı işləyir. O, bacılarına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat vermiş, lakin onlar məhkəmə iclasında iştirak etməyəcəklərini bildirmişlər. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Üçoğlan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən Bolluq MTK-nın inşa etdiyi evin 10 saylı mənzilində yaşayır. Valideynləri Ağdam rayonu Üçoğlan kəndində yaşadığından o, tez-tez bu kəndə gedib valideynlərinə baş çəkir. O, 17 ilə yaxındır 7-ci mikrorayonda bərbər işləyir, İddiaçı həm Ağdam rayon sakini, həm də, öz müştərisi kimi yaxından tanıyır. İddiaçı qızı Təranə onun snif yoldaşı Zahirlə ailə qurub həyat yoldaşı və övladları ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsi Füzuli küçəsində yaşayır. Elnarə onların kəndində, yəni Ağdam rayonu Üçoğlan kəndində həyat yoldaşı Etibarın evində yaşayır. Təranənin və Elnarənin daimi yaşayış yeri Ağdam rayonu olmaqla, onlar hər ikisi Quzanlı xəstəxanasında işləyirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Y.A. Məmmədovun övladları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nikaha daxil olduqdan sonra daimi yaşamaq üçün Ağdam rayonuna köçmüş, artıq uzun müddətdir ki, qeydiyyatda olduqları yaşayış sahəsinə ehtiyacları aradan qalxdığından bu ünvanda yaşamırlar. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan ünvan 2 saylı mənzilində uzun müddət yaşamadıqlarından, daimi yaşamaq üçün başqa ünvana köçdüklərindən, ünvan 2 saylı mənzilinə istifadə hüquqlarını itirmişlər. Ona görə də mülkiyyətçinin tələbləri əsaslıdır və bu səbəbdən təmin edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 2 saylı mənzilinə istifadə hüquqları itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3643/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3643/2021
31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver