Məhkəmə qərarları › İş №2(001)-3644/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3644/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3644/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı mülki iş üzrə (Açar sözlər: doğum haqqında şahadətnamənin bərpa edilməsi) X15 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum haqqında şahadətnamənin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum haqqında şəhadətnamənin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun itirilmiş olan doğum haqqında şəhadətnamənin bərpa edilməsi və həmin şəhadətnamədə doğum tarixinin xx.xx.1961-ci il, doğum yerinin Ermənistan Respublikası, Masis rayonu, Mehmandar kəndi, ata qrafasında “X13” və ana qrafasında “X4” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1961ci il tarixdə Ermanistan Respublikasının Masis rayonun Mehmandar kəndində anadan olmuşdur. Məlum hadisələrlə bağlı doğum haqqında şəhadətnaməsini itirmiş və itirmiş və doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də doğum akt qeydinin bərpa edilməsindən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Bildirmişdir ki, şəhadətnamə yaşayış evinin bağışlanma yolu ilə onun adına keçirilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında ərizəçi X6 ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahidlər X14 ifadə verərək bildirdi ki, ərizəçi onun doğma qardaşıdır. Onların ailə üzvlərinin əksəriyyətiErmənistandan gələndə bəzi sənədlərini, o cümlədən doğum haqqında şəhadətnamələrini gətirə bilməyiblər. Ərizəçinin xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonunun Mehmandar kəndində anadan olmasını, atasının X13, anasının X4 olduğunu təsdiq etdi. Məhkəmə iclasında dindirilmiş şahid X2 ərizəçi ilə bir məhəllədə yaşadıqlarını, həm qonşu, həm də qohum olduqlarını, ərizəçinin ailəsini yaxşı tanıdığını bildirərək onun xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmasını, atasının X13, anasının X4 olduğunu təsdiq etdi. Eləcə də qeyd etdi ki, Masis rayonu əvvəllər Eçmiadzin adlandırılmış, sonradan adı dəyişdirilmişdir, onun da doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X8 ərizəçi ilə qohum olduqlarını, tam orta məktəbdə bir yerdə oxuduqlarını, sonradan ərizəçinin təhsillə bağlı Bakı şəhərinə getdiyini bildirərək onun xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonun Mehmandar kəndində anadan olmasını, atasının X13, anasının X4 olduğunu təsdiq etdi. Məhkəmə iclasında dindirilmiş şahid X10 ərizəçi ilə həm qonşu, həm də qohum olduqlarını bildirərək ərizəçinin xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmasını, atasının X13, anasının X4 olduğunu təstiq etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Mülki işin materialları: - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən Ərizəçi ərizəsi təmin edilməmişdir. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin qardaşı X17 xx.xx.1955-ci ildə Ermənistan SSR, Eçmiadzin rayonu, Mehmandar kəndində doğulmuş, atası X13, anası X3r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; - 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. - 339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. - 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların”ın 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, ərizəçiyə doğum haqqında şəhadətnamə Ermənistanda verilmiş, şəhadətnamə itirildiyindən, ərizəçi akt qeydinin bərpa edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tələbin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, ərizəçi doğum qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də bunun üçün kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sənədlərə və şahid ifadələrinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonunun Mehmandar kəndində anadan olması, atası X13, anası X4 olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum qeydinin bərpası edilməsinin hüquqi əhəmiyyəti olan fakt olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonunun Mehmandar kəndində anadan olması, atası X13, anası X4 olması ərizəçinin izahatı ilə, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonunun Mehmandar kəndində anadan olması, atası X13, anası X4 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, xx.xx.1961-cı il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “Ərizəçi”, “atası” qrafasında “X13”, “anası” qrafasında “X5“ yazılmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonunun Mehmandar kəndində anadan olması, atasının X13, anasının X4 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.1961-ci il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X6”, “atası” qrafasında “X13”, “anası” qrafasında “X4” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məmmədova Lətifə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar