Məhkəmə qərarları › İş №2(001)-3651/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3651/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3651/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə qaydalarının müəyyən edilməsi və yaşayış sahəsinin bölünməsi tələbi barədə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X2 Fuad Rəhim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü yeni yaşayış massivi, Füzuli küçəsi, 1-ci döngə, 69 saylı evin iş materiallarında ola eskiz layihəyə uyğun, qırmızı xətlə çəkilmiş hissənin cavabdehin, qırmızı kəsilmiş xətlə çəkilmiş hissənin öz istifadəsində saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabedh onun həyat yoldaşının birinci nikahdan doğulmuş və uşaqlıqdan onun himayəsində yaşamışdır. İddia tələbində göstərilən evə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə istifadə hüququ tanınmaqla pasport qeydiyyatına düşmüş, sonradan ailə üzvlərini də həmin ünvana qeydiyyata saldırmışdır. Hazırda o, cavabdehlə yaşayış sahəsinə giriş hissəsini ayırmış, ümumi həyətə giriş hissəsindən istifadə etməsi mübahisə doğurduğu üçün həyətin giriş hissəsindən yeni giriş qapısı açmış, həyət ümumi istifadədə qalmışdır. Bu səbəbdən cavabdehlə tez-tez mübahisələri olur. Buna görə ümumi həyətin bölünərək yaşayış evinin təcrid olunmasına ehtiyac duyulur. Həmin ev özbaşına tikili olmaqla onun yeganə yaşayış sahəsidir. Həmçinin, tikili onun maliyyə vəsaiti hesabına inşa edilmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 2-727/2006 saylı qətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü yeni yaşayış massivi, Füzuli küçəsi, 1-ci döngə, 69 saylı evə yaşayış hüququ tanınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx xxxx 2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı, X3, Cavabdeh, X1, X7, X4 və X5 iddia tələbində göstərilən evdə qeydiyyatdadırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Məhkəmə hesab edir ki, mübahisəli həyətyanı sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmadığından həmin sahənin bögüsünün aparılması barədə iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə qaydalarının müəyyən edilməsi və yaşayış sahəsinin bölünməsi tələbi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar