Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3695/2020 15.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2020-ci il tarixli 509İPO/20 nömrəli alqısatqı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, 9A saylı binanın, 51 saylı mənzilini almışdır. Evin köhnə sakinləri qeydiyyatdan çıxmışlar. Yalnız bir nəfər Cavabdeh Azərbaycan Respublikasının xaricində olduğu üçün özü müraciət edərək qeydiyyatdan çıxa bilmir. Həmin şəxsin valideynlərində ümumi etibarnaməsi vardır. Valideynlərinin onun qeydiyyatdan çıxarılmasına heç bir narazılıqları yoxdur. O, bununla bağlı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayon polis idarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsində olmuş və ərizə ilə müraciət etmək istəmişdir. Ona isə bu məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edir ki, hazırda mövcud vəziyyət onun İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş şəxsi həyatına və ailə həyatına hörmət hüququnun pozulması ilə nəticələnir. Belə ki, adıçəkilən maddəsinin 1-ci hissəsinə görə, hər kəz öz şəxsi və ailə həyatına , evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Ona məxsus mənzildə onunla əlaqəsi olmayan şəsin iradəsinin əleyhinə daimi qeydiyyatda olması bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haqqı ödəmək, mənzili satılacağı halda onların razılıq ərizələrinin alınması, həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin ona məxsus mənzilə gələcək olması və s) yaradır. Bu isə onun şəxsi və ailə həyatının pozulmasına səbəb olur.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini etiraf edərək bildirdi ki, Cavabdeh, həqiqətən də ünvan 1 ünvanında yaşamasa da, həmin ünvanda qeydiyyatdadır. O, məhkəmə iclasında iddianın etiraf edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanına İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxx 2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, 509İPO/20 nömrəli Alqı-satqı və İpoteka müqaviləsindən görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı alıcı (borcalan, ipoteka qoyan) İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin 2.2.4-cü bəndində qeyd edilmişdir ki, satıcı bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiiyatdan çıxmaq vəzifəsini üzərinə götürmüşdür. xx xxxx 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilə notariat qaydasında təsdiq olunduğu gündən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq öhdəliyini üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən iddianın etiraf edilməsini qanuna uyğun hesab edir və o qənaətə gəlir ki, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Mülki Məcəllənin: 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehin nümayəndəsi iddianı etiraf etməklə istifadə hüququndan imtina etməsi barədə razılığı olduğundan, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, 9A saylı binanın 51 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, 9A saylı binanın 51 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3695/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3695/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver