Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3737/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı QSC-nin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 126 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-3266/09 saylı icra vərəqəsinə əsasən 314287,22 ABŞ dolları məbləğində borcun ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, 126 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, 126 saylı fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, 126 saylı fərdi yaşayış evində bugünə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdeh əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Qeyd edilənlərə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 126 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3266/09 saylı, xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxxxxxxxxx” QSC-nin apellyasiya şikayəti təmin edilərək, Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli 2(001)-850/2009 saylı qətnaməsi dəyişdirilərək, iddia tam təmin edilmiş, “xxxxxxxxxxx” QSC ilə “xxxxx” X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit razılaşması üzrə 60315,26 ABŞ dolları məbləğində əsas borc, 10639,81 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2008-ci il tarixli kredit razılaşması üzrə 8474,28 ABŞ dolları məbləğində əsas borc, 897,39 ABŞ dolları məbləğində faiz borcu və xx.xx.2008-ci il tarixli kredit razılaşması üzrə 116731,3 ABŞ dolları məbləğində əsas borc, 37929,18 ABŞ dolları faiz borcu, 79300 ABŞ dolları cərimə, cəmi 314287,22 ABŞ dolları, azərbaycan manatı ilə, eləcə də, ödənilmiş dövlt rüsumunun əvəzi olaraq 20 manat cavabdeh “xxxxx” MMC-dən iddiaçı “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulması, borcun X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, 126 saylı evin açıq hərracdan satılması hesabına ödənilməsi qət dilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 126 saylı ev İddiaçı QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 78 saylı reyestr kitabında 6984 nömrəli vərəqində xx xxx 2011-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 126 saylı evdə daimi qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Mənzilin Bankın mülkiyyətinə keçməsi, keçmiş mülkiyyətçinin bank qaşısındakı öhdəliyini vaxtında yerinə yetirməməsi ilə bağlıdır. Bank qanuni əsaslarla ipoteka ilə yüklü əmlak üzərində hüquqlar əldə etmişdir. Belə olan halda İddiaçı QSC mübahisəli mənzilin mülkiyyətçisidir və onun mənafeyi üstünlük təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məsəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən isə bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafıq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cü maddəsinin 5ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhkəmə yuxarıda sadalanan hallara qanunvericiliyin tələbi baxımıqdan qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Əmlakın kreditor qarşısında yüklü edilməsi, ipoteka saxlayanın həmin əmlakın kreditin ödənilməsi məqsədilə satılmasına və ya hərrac vasitəsilə mülkiyyətinə keçməsinə xidmət edir. Əmlak üzərində tam mülkiyyət hüququnun iddiaçıya məxsus olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 126 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 126 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3737/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3737/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver