Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3773/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini qeyd etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun babası – X15 məxsus olmuşdur. Babası xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. X4 həm babasının sağlığında, həm də ki, babası öləndən sonra vəfat edən günə kimi həmin evdə yaşamış, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Atası sağlığında evi adına rəsmiləşdirməsə də, həmin evi vəsiyyətnamə əsasında ərizəçinin anası X3 vəsiyyət etmişdir. Buna baxmayaraq atasından sonra həmin evi miras əmlak olaraq faktiki olaraq ərizəçi qəbul etmiş, anası da notariat ofisində ərizə verərək miras əmlakı qəbul etmək niyyətində olmamasını bildirmişdir. Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq üçün notariat ofisinə müraciət etmiş, lakin ona imtina edilmiş və miras əmlakın atası tərəfindən babasından sonra, onun tərəfindən isə atasından sonra qəbul edilməsinin məhkəmə qaydasında təsdiq edilməli olması izah edilmişdir. Əmlaka dair vərəsələr arasında hər hansı mübahisə yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş X13 adına açılmış V-661/2021 saylı vərəsəlik işinin materiallarından aşağıdakılar müəyyən edilir: - X10 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri 20 saylı dövlət notariat kontorunda tərtib edilmiş vəsiyyətnaməyə əsasən yaşadığı və ona məxsus olan ünvan 2 ünvanında yerləşən evi X3 vəsiyyət etmişdir. - X5 xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.1975-ci il tarixdə vəfat etmiş mərhum X13 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X8 ölümündən sonra miras qalmış əmlakın ona düşən miras əmlak payını faktiki qəbul etmədiyini və etmək niyyətində olmamasını bildirmişdir. - Ərizəçi xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə ərizə ilə müraciət edərək, babası X13 xx.xx.1975-ci il tarixdə ölməsini bildirmiş və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, (B.S.Zeynallı) H.Aslanov küçəsi, 21 saylı fərdi yaşayış evi X13 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və mərhum ölən günədək (xx.xx.1975-ci il) qeyd olunan ünvanda qeydiyyatda olub və yaşayıb. X6 vəfat edən günə kimi (xx.xx.2006-cı il) həmin ünvanda qeydiyyatda olub və yaşayıb. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1945-ci il təvəllüdlü Edik Vəli oğlunun atası X18, anası isə X1. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi X4, anası isə X2. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya FM, 039543 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.Zeynallı küçəsi, ev 21 xx.xx.2006-cı il tarixdən X13 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 1993 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... xx.xx.1975-ci il tarixdə vəfat etmiş babanız X11 xx.xx.2006-ci il tarixdə vəfat etmiş atanız X8 mirası qəbul etmə faktı, xx.xx.2006-ci il tarixdə vəfat etmiş atanız X7 Sizin mirası qəbul etmə faktı müəyyən edilmədiyinə və xx.xx.1975-ci il tarixdə vəfat etmiş babanız X13 adına ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair Sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, «Elektron notariat» İnformasiya sistemində X8 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmiş ... mərhum X13 miras əmlakına dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə 661 nömrəsi nə vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin bacısıdır. ünvan 5 ünvanında yerləşən evdə atası yaşamış, atası öləndən sonra isə həmin ev bacısına keçmişdir. Hal-hazırda bacısı həmin evi öz adına sənədləşdirməlidir, lakin ona məlum olmayan səbəblərdən bunu edə bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, ... məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinin 5-ci hissəsində qeyd olunmuşdur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.1975-ci il tarixdə ölmüş X13 ölümündən sonra X10 tərəfindən; X10 xx.xx.2006-cı il tarixdə öləndən sonra isə qızı - Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.1975-ci il tarixdə ölmüş X13 ölümündən sonra oğlu - X10 tərəfindən; X10 xx.xx.2006-cı il tarixdə öləndən sonra isə qızı - Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3773/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3773/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver