Məhkəmə qərarları › İş №2(001)-3797/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3797/2025

21.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3797/2025 21.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “doğum akt qeydinin bərpa edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: doğumun qeyd edilmə, akt qeydi faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti 1.Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X10 doğum haqqında şəhadətnaməsini əldə etmək mümkün olmadığından doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində atasının doğum tarixinin xx.xx.1957-ci il kimi, ata qrafasında X11 və ana qrafasında X1 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası xx.xx.1957-ci ildə Ermənistan SSR, Basarkeçər rayonunun Babacan kəndində doğulmuşdur. Atası xx.xx.2024-cü il tarixdə qaraciyərin rubrikalarda təsnif olunmayan piy degenerasiyası səbəbindən vəfat etmişdir. Bununla əlaqədar, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin atasının doğum haqqında şəhadətnaməsi və digər zəruri sənədləri itmişdir. Bu səbəbdən doğum akt qeydinin bərpası ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin ərizəsi imtina edilməklə ona akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğuna dair məktub verilmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

İİ.Ərizəçi və maraqlı şəxsin mövqeyi:

Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, atasının doğum haqqında akt qeydinin olmaması, məlum hadisələrlə əlaqədar naməlum şəraitdə itirilməsi nəticəsində hazırda vərəsəlik işlərinin həyata keçirilməsi mümkün olmur. Bu faktının təsdiqini başqa cur əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində məhkəməyə bildirmişdir ki, mərhum X13 onun qardaşıdır. Həqiqətən də, qardaşı İbad Xıdırov xx.xx.1957-ci il tarixdə Ermənistan SSR, Basarkeçər rayonunun Babacan kəndində doğulmuşdur. Məlum hadilərlə əlaqədar qaçqın kimi ölkə ərazisinə gəlmiş və Bakıda yaşamağa başlamışlar. Daha sonra qardaşı xx.xx.2024-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində məhkəməyə bildirmişdir ki, mərhum X13 onun atasıdır. Həqiqətən də, atası xx.xx.1957-ci il tarixdə Ermənistan SSR, Basarkeçər rayonunun Babacan kəndində doğulmuşdur. Atası xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və bu barədə şəhadətnamə təqdim edilmişdir. Lakin atasının doğum haqqında şəhadətnaməsi olmadığından və akt qeydləri Ermənistan SSR-də qaldığından miras əmlaka dair vərəsəlik işlərini həyata keçirə bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

Belə ki, iş materiallarında olan: - AD seriyalı, 202407 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1957-ci il tarixdə Ermənistan SSR-də doğulmuşdur. - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. - XİX-JQ seriyalı, 283110 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır, ata qrafasında X13 qeyd olunmuşdur. - AZ-İİ seriyalı, 456391 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 qaraciyərin rubrikalarda təsnif olunmayan piy degenerasiyası səbəbindən xx.xx.2024cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - notarial qayada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1973-cü ildə Ermənistan SSR Basarkeçər rayonunun Babacan kəndində doğulmuşdur, atası X11, anası X2r. -məhkəmə sorğusuna cavab olaraq Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-13-46/2-26321 nömrəli məktubdan görünür ki, Ərizəçi ilkin şəxsiyyət vəsiqəsi xx.xx.2011-ci il tarixdə verilmişdir. Ərizəçi ilkin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş akt qeydi DİN-nin normalarına uyğun məhv edildiyindən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir.

İV.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Göründüyü kimi, ərizəçi doğumun qeyd edilmə faktını təsdiq edən sənədi başqa yolla əldə edə bilmir. X5 xx.xx.1957-ci ildə Ermənistan SSR, Basarkeçər rayonunun Babacan kəndində doğulması, atasının X11, anasının X4 olması, ərizəçinin doğum aktı qeydində olan məlumatlar və ərizəçinin şəxsiyyət vəsiqəsində olan məlumatlar, şahid ifadəsi ilə müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin qənaətinə görə ərizəçinin atasının doğulduğu yer və tarix barədə məlumatlar təqdim edilmiş sənədlərdə əks olunduğuna görə doğum faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X10 xx.xx.1957-ci ildə Ermənistan SSR, Basarkeçər rayonunun Babacan kəndində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Basarkeçər rayonu”, doğum tarixi qrafasında “xx.xx.1957”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X11”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X4”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməlidir. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V.Nəticə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. X10 xx.xx.1957-ci ildə Ermənistan SSR, Basarkeçər rayonunun Babacan kəndində doğulması faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan SSR, Basarkeçər rayonu”, doğum tarixi qrafasında “xx.xx.1957”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X11”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X4”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydə alınma üçün əsasdır. İş üzrə çəkilmiş məhkəmə xərci ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar