Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3800/2025 18.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2017-ci il tarixdə ev şəraitində anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə ev şəraitində anadan olmuş xx.xx.2021-ci ildə doğulmuş X4 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı ilə 2002-ci ildə faktiki ailə həyatı qurmuşlar. Onların faktiki nikahından 5 övladları var. Uşaqlardan ikisi ünvan 1 ünvanında yerləşən evdə dünyaya gəlmişdir. X10 və X11 doğularkən maddi vəziyyəti ilə əlaqədar olaraq, həkim yardımından istifadə edə bilməmiş, əvvəllə qonşu olduqlar, indi də əlaqələrinin olduğu şəxslərin köməyi ilə doğuş həyata keçirilmişdir. Uşaqların doğulmasına X12 və X1 göstərmişlər. Övladları 11 saylı uşaq poliklinikasında qeydiyyatdadırlar. Doğum şəhadətnamələrinin alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, verilməsindən imtina edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əri ilə arasında olan nikahı pozulmamışdır. Ata evinə qayıdanda hamilə olmuş, əri uşağı çox az görmüşdür.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, əri ilə 2002-ci ildə faktiki nikaha, 2005-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Uşaqlardan Damla və Şahnur ev şəraitində doğulublar. Uşaqların heç bir sənədi yoxdur, lakin tibbi qaydada peyvəndləri tam olunub. Zahir özü Ağsu rayonunda olur, 2017-ci ilə kimi ayrı yaşasalar da, 2017-ci ildə barışmışlar. Özü evdar qadındır, edilən yardımlarla uşaqlarını saxlayır. Övladlarını məktəbə qoymaq istəyir. Lakin sənədləri olmadığından bu istəyini həyata keçirə bilmir. Uşaqların doğuşunu anası həyata keçirib.
5. Lazımı qaydada məlumatlandırılmış maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahatında bildirmişdir ki, Zahir ərizəçinin əridir. Binəqədi rayonunda yaşamaqla, ərizəçi ilə qonşudur. Ərizəçinin ərindən 5 uşağı var və nikahları pozulmayıb. Digər üç uşağın adı Mənzurə, Mənsur və Orxandır. Uşaqlar doğulanda ərizəçi ilə əri barışmışdılar. Doğuş vaxtı maddi imkanları olmadığından, ərizəçini xəstəxanaya apara bilməmişlər. Doğuşla bağlı özünün təcrübəsi olub, hətta rayonda bu işlə məşğul olmuşdur. Doğuş qış aylarında olmuş, doğuş vaxtı öz gəlini və qızı da onun yanında olmuşlar. Gəlini elə öz bacısı qızıdır. Doğuşdan sonra uşağın səhhəti yaxşı idi, peyvəndləri də vaxtı vaxtında vurulub. Uşaq normal danışıq üçün bağçaya getməlidi. Lakin sənədləşmə qaydasında deyil. İkinci uşaq doğulanda da, orada olmuş, doğuşa kömək etmiş, uşağı özü tutmuşdur.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi onun qızı, yoldaşı Ramin isə bacısı oğludur. Özü 3 uşağını xəstəxanada dünyaya gətirib. Yoldaşı işləyirdi deyə, qazancı olub və xəstəxanaya gedə biliblər. Bir məhəllədə ayrı-ayrı evlərdə kirayə qalırdılar. Daha sonra özlərinin ayrı-ayrı evləri olsa da, yenə də, bir-birlərinə yaxındılar. Birinci doğulan uşaq Damla olub və 2017-ci ildə doğulub. Həmin gün, yəni doğuş vaxtı ərizəçinin evinə çatanda uşağın göbəkkəsmə vaxtı idi. Hər iki uşaq ev şəraitində doğulub. Birinci uşağın doğumu zamanı, yəni 2017-ci ildə orada iştirak etmişdir. Lakin ikinci uşağın 2021-ci il tarixində olan doğuşunu xatırlamır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. Bakı şəhəri Maraqlı şəxs1 məhkəmənin sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli cavab məktubuna görə Maraqlı şəxs2 ilə Hacalıyeva (Piriyeva) Samirə Ramiz qızının nikahının İsmayıllı rayon Qurbaxəlili kənd icra nümayəndəliyində qeyd edilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən qohumluq məlumatlarının sorğulanması nəticələrinə görə ərizəçi İddiaçı və maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 hal-hazırda da ər-arvaddırlar və aralarında olan nikah pozulmamışdır.
9. Ərizəçi maddi imkanı olmadığından uşaqların doğuşunun xəstəxanadan kənarda, ev şəraitində baş tutduğunu bildirir.
10. Belə ki, şahid ifadələrinə görə də İddiaçı ev şəraitində xx.xx.2017-ci il tarixdə X10 və xx.xx.2021-ci il tarixdə X11 doğulmuşlar. X2 hər iki doğuşda iştirak etməklə yanaşı, doğuşa köməklik etmişdir.
11. Uşaqların sənədləri olmasa da, 11 saylı Uşaq Poliklinikasından verilən uşağın tibbi kitabçasına dair çıxarışlardan müəyyən edilir ki, həqiqətən xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il tarixdə X7 Hib-AGDT-Hepb viruslarına və digər viruslara qarşı peyvənd vurulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
13. 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
14. 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
15. 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
16. 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
17. 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
18. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
19. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
20. 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
22. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir;
23. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır;
24. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;
25. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir;
26. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir;
27. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 2.6-cı maddəsində qeyd edilmişdir ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 2.8.1ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir.
29. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
30. İşin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, ərizə əsaslıdır.
31. Belə ki, həm tədqiq edilmiş yazılı sübutlarla, həm də şahid ifadələri ilə təsdiq edilir ki, ərizəçi İddiaçı ilə Maraqlı şəxs2 arasında rəsmi nikah var və hal-hazıradək nikahları pozulmamışdır. Ərizəçi uşaqların doğumu tibb müəssisəsindən kənarda olduğundan doğum haqqında şəhadətnamə ala bilmir və doğum haqqında şəhadətnamənin alınması hüquqi nəticə doğurmaqla əhəmiyyətlidir. Şahidlər uşaqların tərəflərin nikah münasibətlərindən və ev şəraitində doğulduğunu təsdiq edirlər.
32. Göstərilənlər baxımından məhkəmə o qənaətə gəlir ki, uşaqların doğum faktı təsdiq edilməklə, onların anadan mənşəyi müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
37. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
38. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Damla adlı qız uşağının xx.xx.2017-ci il tarixdə, Şahnur adlı oğlan uşağının xx.xx.2021-ci il tarixində xx.xx.1980-cı il təvəllüdlü milliyəti “azərbaycanlı” olan Azərbaycan Respublikası vətəndaşı İddiaçı doğulmaları faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
39. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Damla adlı qız uşağının xx.xx.2017-ci il tarixdə, Şahnur adlı oğlan uşağının xx.xx.2021-ci il tarixində xx.xx.1980-ci il təvəllüdlü milliyəti “azərbaycanlı” olan Azərbaycan Respublikası vətəndaşı İddiaçı doğulmaları faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev