Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3840/2020 06.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi 12-ci döngə 12A saylı evə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri Binəqədi qəsəbəsi Binəqədi rayonu Gülüstan küçəsi 12ci döngə 12A saylı evə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Sarıyev Əjdər Hakim oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli 595 №-li sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi 12-ci döngə 12 A aylı ev üvanında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsi üzərində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmişdir. 2013-cü ildə iddiaçının oğlu X1 ilə cavabdehin qızı Cavabdeh2 rəsmi nikaha daxil olaraq ailə qurmuş, bundan sonra Cavabdeh1 Bakı şəhərində işə düzəlmək məqsədi ilə iddiaçıya məxsusfərdi yaşayış evinə pasport qeydiyyatına alınmışdır. Cavabdeh iddiaçının evinə qeydiyyata alınsa da, heç vaxt bu evdə yaşamamış, bu evdə ona məxsus heç bir əşya yoxdur. X1 ilə Cavabdeh2 nikahı Binəqədi Rayon Məhkəməsinin 2(001)-546/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi pozulmuşdur. Artıq qohumluq münasibətləri bitdiyindən iddiaçı cavabdehdən ona məxsus evdən qeydiyyatdan çıxmasını xahiş etmişdir. Lakin cavabdeh buna razı olmamışdır. Cavabdehin iddiaçının oğluna borc verməsi barədə dedikləri həqiqət deyildir. Cavabdehin iddiaçıya məxsus olan evdə pasport qeydiyyatında olması iddiaçıya bir çox çətinliklər yaradır. Ona görə də Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi 12-ci döngə 12A saylı evə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun qızı Cavabdeh2 İddiaçı oğlu X1 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nigaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından iki uşağı olmuşdur. O, özünə məxsus evi sataraq E.H.Ağayevə 25000 manat borc vermişdir. Razılaşmaya əsasən borc qaytarılmadığı halda iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi onun adına keçirilməli idi. Ona görə də o, iddiaçının evinə pasport qeydiyyatına alınmış və 6-7 ay bu evdə yaşamışdır. Daha sonra onun həyat yoldaşına Gəncə şəhərində mənzil verilmiş və o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. E.H.Ağayev tərəfindən borc ona qaytarılmadığı üçün o, iddia ərizəsini qəbul etmir və təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 595 saylı sərəncamından müəyyən olunur ki, İddiaçı Binəqədi qəsəbəsi Gülüstan yaşayış massivi döngə 12-də fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. 2 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ona ayrılan torpaq sahəsində yaşayış evi inşa etsə də, bu evə dair hüquq müəyyənedici sənədi yoxdur. Daha sonra iddiaçı cavabdehin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi 12-ci döngə 12A saylı evə istifadə hüququna xitam verilməsini xahiş etsə də, tərəflər bu evə dair cavabdehin istifadə hüququnun yaranmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi 12-ci döngə 12A saylı evdə qeydiyyatdaolması faktına onun bu evə istifadə hüququnun yaranması kimi qiymət verilməsi qanunun tələblərinə ziddir. Belə ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İstinad olunanlara əsasən məhkəmə cavabdehin qeydiyyatda olduğu özbaşına inşa olunan evə istifadə hüququnun mövcud olmaması səbəbindən bu hüququn itirilməsini də, qeyri-mümkün hesab edib iddia ərizəsini təmin etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı qətnamə cavabdehin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi 12-ci döngə 12A saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamır, onun Gəncə şəhərində yaşayış sahəsi vardır və o, daimi olaraq həmin mənzildə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1.-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri Binəqədi qəsəbəsi Binəqədi rayonu Gülüstan küçəsi 12ci döngə 12A saylı evə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh1 Bakı şəhəri Binəqədi qəsəbəsi Binəqədi rayonu Gülüstan küçəsi 12-ci döngə 12A saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3840/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3840/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver