Məhkəmə qərarları › İş №2(001)-3840/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3840/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3840/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Kərı̇ mov Azər Balakı̇ şi oğluna, Kərı̇ mov Elmı̇ r Balakı̇ şi oğluna, Mahmudova Xatı̇ rə Balakı̇ şi qızına, Kərı̇ mova Naı̇ lə Səftər qızına, Kərı̇ mov Nəsı̇ mi Balakı̇ şi oğluna və Cavabdeh7 Balakı̇ şi qızına qarşı yetkinlik yaşına çatmayanlar X1, X4, X6, X2, X3 və X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Kərı̇ mov Azər Balakı̇ şi oğluna, Kərı̇ mov Elmı̇ r Balakı̇ şi oğluna, Mahmudova Xatı̇ rə Balakı̇ şi qızına, Kərı̇ mova Naı̇ lə Səftər qızına, Kərı̇ mov Nəsı̇ mi Balakı̇ şi oğluna və Cavabdeh7 Balakı̇ şi qızına qarşı yetkinlik yaşına çatmayanlar X1, X4, X6, X2, X3 və X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 13.08.2020-ci il tarixdə 20 saylı Notariat ofisində satıcı Cavabdeh5 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzilini alqı-satqı vasitəsi ilə dəyərini ödəməklə almışdır. Alqı-satqı müqaviləsində cavabdehlərin mənzildən qeydiyyatdan çıxmaları üçün 13.09.2020-ci il tarixədək müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı 17.08.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzili onun mülkiyyətindədir. Lakin mənzili satan mülkiyyətçi qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də özü və yaxın qohumları hələdə mənzildən qeydiyyatdan çıxmamışlar. Bu isə onun mülkiyyət hüquqlarını əsaslı şəkildə pozur, onun öz mənzilindən sərbəst formada istifadə etməsinə maneçilik yaradır. Ona görə də cavabdehlər Cavabdeh1, Kərı̇ mov Azər Balakı̇ şi oğlunun, Kərı̇ mov Elmı̇ r Balakı̇ şi oğlunun, Mahmudova Xatı̇ rə Balakı̇ şi qızının, Kərı̇ mova Naı̇ lə Səftər qızının, Kərı̇ mov Nəsı̇ mi Balakı̇ şi oğlunun və Cavabdeh7 Balakı̇ şi qızının yetkinlik yaşına çatmayanlar X1, X4, X6, X2, X3 və X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Kərı̇ mov Azər Balakı̇ şi oğluna, Kərı̇ mov Elmı̇ r Balakı̇ şi oğluna, Mahmudova Xatı̇ rə Balakı̇ şi qızına, Kərı̇ mova Naı̇ lə Səftər qızına, Kərı̇ mov Nəsı̇ mi Balakı̇ şi oğluna və Cavabdeh7 Balakı̇ şi qızına məhkəməyə məlum ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Kərı̇ mov Azər Balakı̇ şi oğlunun, Kərı̇ mov Elmı̇ r Balakı̇ şi oğlunun, Mahmudova Xatı̇ rə Balakı̇ şi qızının, Kərı̇ mova Naı̇ lə Səftər qızının, Kərı̇ mov Nəsı̇ mi Balakı̇ şi oğlunun və Cavabdeh7 Balakı̇ şi qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Satıcı Cavabdeh5 ilə alıcı İddiaçı arasında bağlanmış 13.08.2020-ci il tarixli AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzilini alıcıya 78000 manata satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh5 13.09.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.08.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, 24.01.2004-cü il təvəllüdlü X6, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2, 17.06.2017-ci il təvəllüdlü X5, 27.03.2004-cü il təvəllüdlü X2, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh4, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh5, 02.03.2014-cü il təvəllüdlü X4, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh6, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh7, 13.08.2006-cı il təvəllüdlü X3, 02.10.2006-cı il təvəllüdlü X1 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar. Cavabdeh1, Kərı̇ mov Azər Balakı̇ şi oğlunun, Kərı̇ mov Elmı̇ r Balakı̇ şi oğlunun, Mahmudova Xatı̇ rə Balakı̇ şi qızının, Kərı̇ mov Nəsı̇ mi Balakı̇ şi oğlunun 12.08.2020-ci il tarixli, Cavabdeh7 Balakı̇ şi qızının 13.08.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, onlar Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzilinin satılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər yaşadıqları mənzilin özgəninkiləşdirilməsinə razılıq verməklə həmin mənzili himayələrində olan yetkinlik yaşına çatmayanlarla birlikdə boşaldaraq yeni mülkiyyətçiyə təhvil verməklə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarını itirdiklərindən iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Kərı̇ mov Azər Balakı̇ şi oğlunun, Kərı̇ mov Elmı̇ r Balakı̇ şi oğlunun, Mahmudova Xatı̇ rə Balakı̇ şi qızının, Kərı̇ mova Naı̇ lə Səftər qızının, Kərı̇ mov Nəsı̇ mi Balakı̇ şi oğlunun və Cavabdeh7 Balakı̇ şi qızının yetkinlik yaşına çatmayanlar X1, X4, X6, X2, X3 və X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar