Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3850/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, doğum akt qeydinin bərpasına dair ərizəyə 07 may 2021-ci il tarixdə Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs kimi Maraqlı şəxs cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək doğum akt qeydinin bərpa olunması, doğum akt qeydində onun xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olması, dogum akt qeydinin ata qrafasında – X3, (milliyyəti azərbaycanlı), ana qrafasında X1 (milliyyəti azərbaycanlı) qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuşdur. Doğum haqqında şəhadətnaməsini müəyyən şəraitdə itirmiş, sonradan bununla bağlı yaşayış yeri üzrə Maraqlı şəxsnə müraciət etsə də, aldığı cavabda doğum haqqında akt qeydinin bərpa olunmasına dair kifayət qədər əsas olmadığı bildirilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ərizənin təmin olunmasına etiraz etmədiklərini, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X4 ərizəçinin onların qardaşı olduğunu bildirərək ərizədə göstərilənlərə uyğun izahat verdilər. İş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlandırdığı məktubdan görünür ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən, kifayət qədər əsas olmadığı üçün ərizə təmin edilə bilməmişdir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 19 avqust 2003-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Məhkəmə ərizəçinin, şahidlərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, həmçinin iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olması, atasının X7, anasının X1 olması iş materialları və şahid ifadələri ilə təsdiq edildiydinən məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəsi təmin edilsin. xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş Ərizəçi doğum haqqında akt qeydi bərpa olunsun. Doğum haqqında akt qeydində Ərizəçi xx xxxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olması, akt qeydinin ata qrafasında – X3 (milliyyəti azərbaycanlı), ana qrafasında X1 (milliyyəti azərbaycanlı) qeyd edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilsin. Akt qeydləri kitabında müvafiq düzəlişlərin aparılması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3850/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3850/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver