Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3858/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X22 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə, daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1939-cu il təvəllüdlü X2 Bakı şəhərində anadan olması, X2 anasının X3 olması, X2 atasının X5 olması faktının müəyyən edilməsi və X2 doğumun qeyd edilmə faktının müəyyən edilməsi və qətnamənin icrasını Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1939-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. O, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evini qardaşı uşağına bağışlamaq istəmiş, bununla əlaqədar olaraq sənədləri toplayıb Abşeron rayon 1 saylı Notariat kontoruna müraciət etmişdir. Abşeron rayon 1 saylı Notariat kontorundan ona bildirmişlər ki, qohumluq əlaqəsini müəyyən etmək üçün onun doğum haqqında şəhadətnaməsi lazımdır. O da doğum haqqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etsə də həmin İdarədən ona rəsmi olaraq bildirmişlər ki, “Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan xx xxxx 2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1939-cu ilə dair Bakı şəhəri Oktyabr (Yasamal),Voroşilov (Səbail), Şəhər (Səbail), Səbail (Stalin) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında onun haqqında heç bir məlumat yoxdur.Bundan əlavə doğum haqqında şəhadətnaməni almaq üçün sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə təqdim etmişdir. Bakı şəhəri Maraqlı şəxs təqdim etdiyi sənədlərə xx xxxx 2020-ci il tarixli 05/9-1135/13 saylı rəsmi məktubu ilə baxmaqdan imtina edərək ona qaytararaq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün onun ərizəsini təmin edə bilmirlər.”Belə olduğu halda doğum haqqında şəhadətnaməni kənar digər yolla əldə etməyi mümkün deyildir.. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, onun doğum haqqında şəhadətnaməsi olmuş lakin uzun müddət öncə itirilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq ərizəyə etiraz etmədiklərini və ərizənin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır. Anasının doğum haqqında şəhadətnaməsi olmuş, hətta onun əsasında da şəxsiyyət vəsiqəsi də almışdır. Lakin, daha sonra anasının doğum haqqında şəhadətnaməsi itmiş və tapılmamışdır. Onun ana tərəfdən nənəsi Gülbala xanım 5 il əvvəl dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində göstərmişdir ki, ərizəçi onun ögey bacısıdır. Anaları X4 olmuş, ataları isə ayrı şəxslər olmuşdur. Ərizəçi xx xxxxxx 1939-cu il tarixdə Bakı şəhərində anadan olmuş, anası X3, atası X5 olmuşdur. Ərizəçinin əvvəl doğum haqqında şəhadətnaməsi olmuş, sonradan itirilmişdir. Mülki iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1939-cu il tarixdə Bakı şəhərində anadan olmuş, onun yaşayış yeri ünvan 3 ünvanıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxx 2013-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Ərizəçi ünvanladığı xx xxxx 2020ci il tarixli, S-15 nömrəli məktubundan görünür ki, Bakı 3 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan xx xxxx 2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1939-cu ilə dair Bakı şəhəri Oktyabr (Yasamal),Voroşilov (Səbail), Şəhər (Səbail), Səbail (Stalin) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, ərizəçinin Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün onun ərizəsini təmin edə bilmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Respublika Vətəndaşlıq Vəziyyəti Aktları idarəsi tərəfindən xx xxxxxxx 2007-ci il tarixdə verilmiş arayışdan görünür ki, X11 ilə X6 xx xxxxxxx 1957-ci il tarixdə nikaha daxil olmuşlar və nikah bağlandıqdan sonra ərə “Səmədov”, arvada isə “Səmədova” soyadı verilmişdir. Ağdam rayonu VVADQ şöbəsi tərəfindən verilmiş İİ-JQ seriyalı, 442660 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxx 1974-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, atası X11, anası isə Ərizəçidır. Ağdam rayonu VVADQ şöbəsi tərəfindən verilmiş A3 seriyalı, ******* nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxx 1951-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, atası X12, anası isə X1r. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx xxxxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli cavab məktublarından görünür ki, Ərizəçi xx xxxxxxx 2010-cu il tarixdə verilən AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhkəməyə təqdim olunması mümkün olmamışdır. xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. HəminMəcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi, doğum haqqında şəhadətnaməsini itirmiş, ona görə də doğum haqqında şəhadətnaməni almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum haqqında akt qeydinin bərpa edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. Həmçinin qeyd edilən məsələ ilə bağlı, ərizəçi tərəfindən X17 müraciət edilsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1939-cu ilə dair Bakı şəhəri Oktyabr (Yasamal),Voroşilov (Səbail), Şəhər (Səbail), Səbail (Stalin) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat olmadığı aşkar edilmişdir.. Göründüyü kimi, ərizəçi doğum qeydinin bərpası ilə bağlı müvafiq orqanlara müraciət etsə də, onun doğum qeydləri barədə arxiv məlumatları olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Rüstəmova (hazırki soyadı Səmədovadır) Natella Məlik qızının xx xxxxxx 1939-cu il tarixdə Bakı şəhərində doğulması, atasının X5, anasının X3, milliyətinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməli, ərizə digər hissədə təmin edilməməlidir. Məhkəmə ərizənin “qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd edilən məsələ qətnamənin icra mərhələsində həll edilməli olduğundan ərizə bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Rüstəmova (hazırki soyadı Səmədovadır) Natella Məlik qızının xx xxxxxx 1939-cu il tarixdə Bakı şəhərində doğulması, atasının X5, anasının X3, milliyətinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3858/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3858/2020
29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver