Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-391/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə1 Nüsrəddin qızının, cavabdehlərin nümayəndə və vəkilləri Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi “tikilidən çıxarılma, tikilinin sökülməsi və ərazinin boşaldılması” tələbinə dair mülki işə 26 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 birgə iddiaçılar kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, həmin tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə1 Nüsrəddin qızı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən X2 Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. X3 22 dekabr 2009-cu il tarixli, 892 və 893 saylı qərarları ilə hər bir tərəfin razılığı əsasında X2 ayrılmış torpaq sahəsindən 350 kv.metrinə sahiblik və istifadə hüquqları müvafiq olaraq İddiaçı1 və İddiaçı2 verilmiş, torpaq sahələrinə dair eskizlər tərtib edilmişdir. İddiaçı1 ağır xəstəlikdən əziyyət çəkdiyi üçün həmin vaxt torpaq sahəsində evin inşasını həyata keçirə bilməmiş, sonradan iddiaçılara məlum olmuşdur ki, onlara ayrılan torpaq sahəsində cavabdehlər heç bir hüquqmüəyyənedici sənədləri olmadan fərdi yaşayış evi inşa etmiş, orada yaşamaqdadırlar. İddiaçı2 tərəfindən torpaq sahəsinə dair hüquqların həyata keçirilməsi etibarnamə ilə İddiaçı1 verildiyindən İddiaçı1 Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət olunmuş, Bələdiyyədən verilən cavabda iddiaçılara ayrılmış torpaq sahələrinin eksiz-sxem ilə uyğunluq təşkil etməsi, torpaq sahələrinin X3 inzibati ərazi hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Habelə, cavabdehlərə Binəqədi qəsəbəsi ərazisində torpaq sahəsinin ayrılmadığı bildirilmişdir. İddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək torpaq sahəsini əvvəlki vəziyyətə qaytararaq ona verilməsini tələb etsə də, cavabdehlər bugünədən həmin torpaq sahəsində inşa etdikləri evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. Sonda R.N.Əmirova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsinin izahatında göstərdiklərini təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddia ərizəsində göstərilən ünvanla cavabdehlərin faktiki olaraq inşa etdirdikləri evin yerləşdiyi ünvan üst-üstə düşmür. Belə ki, hazırki işdə mübahisələndirilən torpaq sahəsi Biləcəri qəsəbəsi ərazisində yerləşir. İddiaçılara isə torpaq sahəsi Binəqədi qəsəbəsi ərazisindən ayrılmışdır. Cavabdehlərin inşa etdikləri tikililərin iddiaçılara məxsus torpaq sahəsində yerləşməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, iddianın heç bir əsası yoxdur. Sonda Nümayəndə2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X3 nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı1 Bələdiyyəyə müraciət edərək cavabdehlərin ona ayrılmış torpaq sahəsini zəbt etdiklərini bildirmiş, Bələdiyyənin səlahiyyətli əməkdaşları tərəfindən əraziyə baxı keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən də hazırki işdə mübahisələndirilən tikililər Binəqədi Bələdiyyəsi tərəfindən İddiaçı1 və İddiaçı2 ayrılmış torpaq sahələrində inşa olunmuşdur. Cavabdeh1 və Cavabdeh2 X3 hüdudları daxilində torpaq sahəsi ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. İş materiallarında olan: - Bakı şəhəri X3 22 dekabr 2009-cu il tarixli, 892 saylı qərarından görünür ki, X3 ərazi hüdudlarında Bakı şəhər sakinləri X1 və İddiaçı1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1000 kv.metr torpaq sahəsinin 350 kv.metrinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı1 adına keçirilmişdir. - Bakı şəhəri X3 22 dekabr 2009-cu il tarixli, 893 saylı qərarından görünür ki, X3 ərazi hüdudlarında Bakı şəhər sakinləri X1 və İddiaçı2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1000 kv.metr torpaq sahəsinin 350 kv.metrinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı2 adına keçirilmişdir. - X3 İddiaçı1 ünvanlandırdığı 11 may 2018-ci il tarixli məktubda göstərilmişdir ki, X3 893 saylı, 22 dekabr 2009-cu il tarixli qərarı ilə İddiaçı2 istifadəsinə verilmiş 350 kv.metr torpaq sahəsi və 892 saylı, 22 dekabr 2009-cu il tarixli qərarı ilə İddiaçı1 istifadəsinə verilmiş 350 kv.metr torpaq sahəsi ilkin olaraq qarşılıqlı razılaşma əsasında X2 bələdiyyənin 27 may 2003-cü il, 420/1 saylı qərarı ilə ayrılmış 1000 kv.metr torpaq sahəsindən ayrılaraq İddiaçı1 adına keçirilərək sənədləşdirilmişdir. Sözügedən torpaq sahəsi Binəqədi qəsəbəsinin inzibati ərazi hüdudları daxilində yerləşir. - 08 sentyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı2 X3 893 nömrəli qərarı ilə onun istifadəsinə verilmiş 350 kv.metr torpaq sahəsindən istifadə etməyi, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə əlaqədar sənədləşdirmə işləri aparmağı və s. prosessual hərəkələti etməyi İddiaçı1 etibar etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1 və 89.3-cü maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Binəqədi qəsəbə Bələsiyyəsinin 22 dekabr 2009-cu il tarixli, 892 və 893 saylı qərarları ilə müvafiq olaraq İddiaçı1 və İddiaçı2 adına keçirilmiş, hər biri 350 kv.metr ölçülü torpaq sahələri ilə Cavabdeh1 və Cavabdeh2 inşa etdirdikləri, iddia tələbində göstərilən tikilinin yerləşdiyi sahənin üst-üstə düşməsi X3 11 may 20218-ci il tarixli məktubu, habelə X3 nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Belə ki, X5 izahatında İddiaçı1 müraciəti əsasında iddia ərizəsində göstərilən ünvana baxış keçirildiyini, ərizədə göstərilən tikililərin Bələdiyyənin 892 və 893 saylı qərarları ilə İddiaçı1 və İddiaçı2 layihə-sxem üzrə ayrılmış torpaq sahələrində yerləşdiyinin müəyyən olunduğunu bildirmişdir. Bununla yanaşı cavabdehlərin mübahisəli torpaq sahələrinə dair ümumiyyətlə hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onlarla birgə yaşayan ailə üzvləri çıxarılmalı, həmin tikili cavabdehlərin hesabına sökülərək ərazi boşaldılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onlarla birgə yaşayan ailə üzvləri çıxarılsın, həmin tikili cavabdehlərin hesabına sökülərək ərazi boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-391/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-391/2021
26.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver