Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3916/2019 14.06.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X10, İddiaçı, Cavabdeh X6, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin İcra məmuru X7 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı (Binəqədi rayon Polis İdarəsinin Şəxsiyyət vəsiqəsi və Qeydiyyat şöbəsi və Binəqədi rayon İcra və Probasiya Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, 13 saylı evdən 2002-ci il tarixdən (evi tərk etdiyi tarixdən) istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, 13 saylı evdə yaşayır. Cavabdeh Ülviyyə Süleymanova onun oğlu X26 ilə 1999-cu ildə nikaha daxil olmuşdur. Məhkəmə qaydasında onların nikahları pozulmuşdur. Onların birgə nikahından olan uşaq cavabdehin himayəsindədir və X26 məhkəmə tərəfindən təyin edilmiş alimenti vaxtlı-vaxtında ödəyir. Aralarında əmlak tələbi məhkəmə qaydasında həll edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2-9/2006 saylı, xx.xx.2006-cı il tarixli icra vərəqəsinə əsasən Ülviyyə Süleymanova onların yaşadığı ünvan 1 ünvana köçürülməli idi. Lakin qətnamənin icrası zamanı aralarında olan qarşılıqlı razılaşmaya görə o, cavabdehə evə köçməməsi müqabilində kompensasiya kimi 14.500 pul vermişdir. Cavabdeh də pulu almış və özünün müraciəti əsasında və icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə icra icraatı dayandırılmışdır. Beləliklə, cavabdeh evə köçməməsi müqabilində əvəzini pul şəklində kompensasiya kimi almışdır. Bunun üçün onun ünvan 1 ünvanına hüququ evdən getdiyi vaxtdan, yəni 2002-ci il tarixdən itirilmiş hesab edilməlidir. Həmçinin, cavabdehin həmin evdə formal olaraq pasport qeydiyyatında qalması kommunal xərclərin həcmini artırır, hər ay daha çox kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Daha sonra İddiaçı bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə ödənilməli olan 15.000 manatdan ödənilməmiş qalan 500 manat məbləğində pul vəsaitini ödəməklə, cavabdeh X6 Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, 13 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 iddianı qəbul etməmiş və iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, o, mübahisəli mənzildə formal qeydiyyatda deyil. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2006-cı il tarixli, 2-9/06 saylı qətnaməsi ilə o, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, 13 saylı evə köçürülməlidir. Həmin qətnamə icra mərhələsindədir. Dəfələrlə onu mənzilə köçürmək istəsələr də, buna iddiaçı tərəf imkan verməmişdir. Bu barədə dəfələrlə akt tərtib edilmişdir. İddiaçı tərəf onun hüququ olduğu halda onun evə köçməyinə imkan vermədikləri üçün o, kirayədə qalmağa məcbur olmuşdur. Hər ay kirayəyə 300 manat məbləğində pul ödəyir. Onların qanunsuz hərəkətləri nəticəsində o, 13 il ərzində 50.000 manata yaxın pul ödəmişdir. İddiaçının qeyd etdiyi pul ona məhz bu səbəbdən verilmişdir. Onun mənzilə köçürülməsi barədə qüvvədə olan qətnamə olduğundan hazırki iddia təmin edilə bilməz. Onun həmin evə istifadə hüququ mövcuddur və o, mənzildə yaşayan digər şəxslər kimi o da, həmin mənzildən istifadə etməlidir. Lakin göründüyü ki, iddiaçı tərəf buna imkan verməmişdir. O, sözügedən qətnamə qəbul olunduğu vaxtdan bu günə kimi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 44, mənzil 49-da ayda 300 manat olmaqla yetkinlik yaşına çatmayan 2001-ci il təvəlüdlü qızı X20 ilə birlikdə yaşamış və hazırda da yaşayır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, 2014-cü ildə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə icra məmuru təyin olunduqdan sonra cavabdeh X6 mübahisəli mənzilə köçürülməsi barədə icra işi onun icraatına verilmişdir. Həmin icra işi çərçivəsində tərəflər arasında 15.000 manat pulun ödənilməsi müqabilində X6 mübahisəli mənzilə köçməməsi barədə razılığı, habelə X6 həmin pulun alınması ilə bağlı təkidlərini nəzərə alıb, bu istiqamətdə gördüyü tədbirlər nəticəsində 14.000 manatdan artıq pulun ödənilməsi tərəfindən təmin edilmişdir. Sonuncu dəfə X9 ona müraciət edərək, İddiaçı tərəfindən 3.000 manat məbləğində pulun ödənildiyi təqdirdə mübahisəli mənzildən pasport qeydiyyatından çıxacağını ona bildirmişdir. Nəticədə İddiaçı tərəfindən bu məbləğ ödənilmişdir. İcra işi onun icraatında olduğu ötən dövr ərzində X9 ona mənzilə köçürülməsi barədə icra vərəqəsinin icra olunması ilə deyil, razılaşmaya uyğun vəd edilmiş məbləğin İddiaçı alınması ilə bağlı müraciət etmişdir. Göstərilənlərin nəzərə alınmasını və məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Binəqədi rayon Polis İdarəsi Şəxsiyyət vəsiqəsi və Qeydiyyat şöbəsinə məktubla məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə bu üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayyon Məhkəməsinin 2-965/2005 saylı, 29 iyun 2005-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2001-ci il təvəlüldlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 sentyabr 2004-cü il tarixdən başlayaraq, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanda yaşayan X24 aylıq qazancının ¼ hissəsinin hər ay aliment qismində Cavabdeh xeyrinə tutulması, Cavabdeh məxsus olan 900.000 manat dəyərində brilliant qaşlı 583 əyarlı qızıl nişan üzüyü, 1.550 manat dəyərində Rusiya istehsalı olan qızıl sırğa-üzük dəsti, 970.000 manat dəyərində qızıl boyunbağı-qolbaq dəsti, 280 ABŞ dolları dəyərində gəlinlik paltarı, 50 ABŞ dolları dəyərində gəlinlik çantası, 120.000 manat dəyərində gəlinlik ayaqqabısı, 250 ABŞ dolları dəyərində dəri plaş, 9.200.000 manat dəyərində 16 ədəd brilliant qaşı olan qızıl kolye, 3.850.000 manat dəyərində 8 ədəd brilliant qaşı olan qızıl qolbaq, 1.850.000 manat dəyərində çəkisi 31 qram 41 ədəd qızıl muncuqdan ibarət üstündə 3 qramlıq qızıl pul olan boyunbağının cavabdeh X17 alınaraq X18 qaytarılması qət edilmişdir; Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının İMK-5632/2005 saylı, 17 oktyabr 2005-ci il tarixli qətnaməsinə əsasən X21 şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6k-444/06 saylı, 22 fevral 2006-cı il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhəri Nərimanov Rayyon Məhkəməsinin 2-9/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən X15 azyaşlı qızı Ləmanla birlikdə ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi qət edilmişdir; X6 xx.xx.2009-cu il tarixli ərzəsinə əsasən o, borcluların onun mənzilə köçürülməsi əvəzinə ona 15.000 manat məbləğində pul vəsaitinin ödəməsi barədə təklifini qəbul etmiş və bu məbləğin ödənilməsi ilə razılaşmışdır; xx.xx.2009-cu il tarixli Binəqədi rayon icraçılar xidməti tərəfindən tərtib olunmuş akta əsasən tərəflər X2nın mübahisəli mənzilə köçürülməsi əvəzinə borclu tərəfindən tələbkara 5 ay müddətində 15.000 manat kompensasiya ödənilməsi barədə razılaşmışlar; Tələbkar X1 Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılova ərizə ilə müraciət edərək, icraatın dayandırılmasını xahiş etmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-3028/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayyon Məhkəməsinin 2-9/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədi üzrə icraat dayandırılmışıdır; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-629/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı X8 qarşı pul tələbinə dair ilkin iddiası və X6 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 44 saylı evin, 49 saylı mənzili X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyətindədir; xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X9 ilə İddiaçı Əlihümmbət oğlunun oğlu X26 02 oktyabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X20 doğulmuşdur. Nikaha daxil olduqdan sonra Süleymanova X5 yaşadığı evə gəlin köçmüşdür. Bir müddət sonra onların münasibətləri pozulduğu üçün cavabdeh azyaşlı uşağı ilə birlikdə evi tərk etmişdir. Daha sonra tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Həmçinin, X3 Rza Əlihümbət oğluna qarşı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və X6 yetkinlik yaşına çatmayan qızı Ləmanla birlikdə ünvan 2 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Lakin həmin qətnamə icraya yönəldikdən sonra icra mərhələsində tərəflər arasında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən cavabdehin iddiaçıya məxsus mənzilə köçürülməməsi əvəzinə ona iddiaçı tərəfindən 15.000 manat məbləğində pul vəsaitinin verilməsi təklif edilmiş, X9 da həmin təklifi qəbul etmiş və bu barədə icra məmurlarının iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Ötən dövr ərzində iddiaçı tərəfindən həmin razılaşmaya uyğun olaraq 14.500 manat pul ödənilmişdir. İddiaçı razılaşdırılmış 15.000 manat puldan cəmi 500 manat qalıq qaldığını bildirir və bu məbləği də ödəməklə, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. Mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmadığını, məhkəmə qətnaməsi ilə mübahisəli evə köçürüldüyünü, lakin qətnamənin iddiaçı tərəfin yaratdığı maneələr nəticəsində köçə bilmədiyini, nəticədə kirayədə qalmağa və hər ay kirayə haqqı olaraq 300 manat məbləğində pul ödəməyə məcbur olduğunu, bunun nəticəsində 13 il ərzində kirayə haqqı olaraq 50.000 manata yaxın pul ödədiyini, razılaşdırılmış kompensasiya məbləğinin də məhz kirayə haqqının ödənilməsi üçün ona verildiyini, mübahisəli mənzildən istifadə hüququnun olduğunu, həmin qətnamə qəbul olunduğu vaxtdan bu günə kimi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 44, mənzil 49-da ayda 300 manat olmaqla yetkinlik yaşına çatmayan 2001-ci il təvəlüdlü qızı X20 ilə birlikdə yaşadığını bildirir və bu halların nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; 53-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 53-cü maddəsinin dördüncü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır; 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər; 262.6-cı maddəsinə əsasən əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə görə əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi halında ona xitam verilməsinin şərtləri qanunvericilikdə müəyyən olunmamışdır. Mülki Məcəllənin 228.2-ci maddəsinin ikinci cümləsinin mənasına görə isə bu hüquqa xitam verilməsi kompensasiya verilməklə mümkündür. Ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Nəticədə belə qərara gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Habelə keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə mübahisənin mahiyyətini, habelə İddiaçı X8 qarşı hazırki iddianın qaldırılması üçün subyektiv hüquqa malik olub olmaması məsələsinin əhəmiyyət kəsb etməsini nəzərə alıb, qeyd edir ki, İddiaçı hazırki iddiası bilavasitə onun mübahisəli mənzilə olan istifadə hüququna (mənzilə köçürülmə barədə tələbin ona qarşı qaldırıldığı da nəzərə alınmaqla) əsaslanır və yalnız onun belə bir hüququnun olması hazırki iddianı (nəticəsindən asılı olmayaraq, subyektiv hüquq baxımından) mümkün edir. Bununla bağlı, artıq müəyyən edildiyi kimi tərəflər arasında mənzilə köçürülmə tələbindən irəli gələn mübahisə olmuş və nəticədə X6 Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, 13 saylı evə istifadə hüququ məhkəmə qaydasında tanınmaqla onun həmin evə köçürülməsi qət edilmişdir. Bu işə ilk olaraq baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi belə qənaətə gələrkən X6 iddiaçının və digər ailə üzvlərinin razılığı ilə onların ailə üzvü kimi həmin mənzilə gəlin köçdüyünü, birgə yaşadığını və təsərrüfat apardığını, pasport qeydiyyatına alındığını əsas götürmüşdür. Lakin bu qətnamə icraya yönəldikdən sonra artıq iş icra mərhələsində olan zaman tərəflər 2009-cu ildə öz aralarında razılığa gəlmiş və həmin razılığa əsasən cavabdeh 15.000 manat məbləğində kompensasiyanın ona ödənilməsi müqabilində həmin evə köçmək hüququndan (qətnamə ilə ona verilmiş imkandan) imtina etmişdir. Ən azı ötən 10 il ərzində (qətnamə qəbul olunduğu tarixdən 13 il ərzində) cavabdeh bu evə köçmək niyyətində olmamışdır. Cavabdeh məhkəmə iclasında bu evə köçmək istədiyini və kompensasiya məbləğinin isə kirayə haqqı olaraq ona verildiyini və ötən dövr ərzində kompensasiya olaraq ona verilən pulu kirayə haqqı olaraq istifadə etdiyini və hazırda da kirayə əsaslarla yaşadığını bildirsə də, bu halları sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 2009-cu ildə razılaşma əldə edildikdən sonra cavabdehin əsas məqsədi mübahisəli evə köçmək deyil, ona vəd edilmiş 15.000 manat məbləğində pulu almaq olmuşdur (bu hal həm sənədlərlə sübuta yetir, həm də icra məmuru bu mövqeydən çıxış edir). 2006-cı ildən qızı ilə birlikdə kirayə əsaslarla yaşadığını və bunun üçün hər ay 300 manat ödədiyini bildirdiyi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 44 saylı evin, 49 saylı mənzili isə həqiqətdə onun anası X4 mülkiyyətindədir. Kirayə müqaviləsinin olmaması ilə yanaşı cavabdehin öz doğma anasına məxsus mənzildə kirayə əsaslarla yaşaması da inandırıcı görünmür. Nəticə etibarı ilə cavabdeh və onun qızı 2002ci ildən mübahisəli mənzildə yaşamamışdır (X8 məxsus cehiz və digər əşyalarda məhkəmə qaydasında ona qaytarılmışdır). Bu halda hazırki vəziyyətdə onun mübahisəli evi daimi əsaslarla tərk etməsi kimi qiymət verməyə əsas yaradır. Bununla belə, mübahisəli evdən istifadə hüququnun sahibi olan cavabdehin mübahisəli evə olan ehtiyacı iddiaçının və onun ailə üzvlərinin onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz edən hər hansı hərəkətə yol vermədən, yəni bu məsələyə neqativ müdaxiləsi olmadan aradan qalxmışdır. Bu da öz növbəsində onun həmin evə olan istifadə hüququna kompensasiya ödənilmədən də xitam verilməsi üçün əsas yaradır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına istinadən qeyd etməyi zəruri hesab edir ki, həmin qərarda nümayiş etdirilmiş hüquqi mövqeydən fərqli olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə uyğun olaraq yaranmamış, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən yaranmışdır. Lakin buna baxmayaraq, məhkəmə hesab edir ki, həmin qərarda nümayiş etdirilmiş hüquqi mövqe bu münasibətlərə də tədbiq edilməlidir. Məhkəmə 2009-cu ildə tərəflər arasında əldə edilmiş razılığa əsasən ödənilməli olan 15.000 manat pulu kompensasiya adlandırması məsələsi ilə bağlı, habelə iddiaçı tərəfindən həmin məbləğin qalığı kimi iddia üzrə ödənilməsi təklif edilən 500 manat pulla bağlı qeyd etməyi zəruri hesab edir ki, bu məbləğ Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit edilmiş kompensasiya məbləği deyil. Belə ki, bu məbləğ iddiaçı tərəfindən mübahisəli evin bazar qiymətinə uyğun olaraq müəyyən edilməklə təklif edilmir. Bu məbləğin həmin evin bazar qiymətinə ümumiyyətlə hər hansı aidiyyəti yoxdur və onun kompensasiya məbləğinin meyarları baxımından dəyərləndirilməsinə hər hansı zərurət yoxdur (bu məbləğ müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından təklif olunan məbləğ deyil. Halbuki, bu institunun hüquqi mahiyyəti və əsas məqsədi məhz mülkiyyətçinin mülkiyyət hüquqlarını təmin etməklə yanaşı, həmçinin mülkiyyətçinin hesabına başqa yaşayış sahəsinə malik olmayan və yaranmış istifadə hüququna əsasən mülkiyyətçinin mülkiyyətində olan yaşayış sahəsindən istifadə edən şəxsin ağlabatan müddət ərzində oxşar şəraitə malik başqa yaşayış sahəsi ilə təmin etməkdən ibarətdir.). Bu məbləğ artıq müəyyən edildiyi kimi, 2009-cu ildə əldə edilmiş razılığa uyğun olaraq müəyyən edilmiş məbləğdir. Bu məbləğin iddiaçı tərəfindən hazırki iddia üzrə təklif edilməsinə də hər hansı zərurət yoxdur, qalıq qalmış məbləğin məbləğ baxımından da istifadə hüququna xitam verilməsi üçün hər hansı əhəmiyyəti yoxdur. Belə ki, cavabdeh həmin razılaşmaya istinadən də məhkəmədə iddia qaldıraraq, 15.000 manat puldan ödənilməmiş qalan hissəsini tələb etmək hüququna malikdir. Lakin bu hal iddia tələbinin bu hissədə rədd eidlməsi üçün əsas ola bilməz. Hər bir halda, iddiaçı qeyd edilən razılığa istinadən və bir tələb olaraq bu məbləğin ödənilməsi məsələsini irəli sürmüşdür. Məhkəmə bu məbləğə kompensasiya məbləği kimi deyil, iddiaçının müstəqil qaydada və öz iradəsinə əsasən xoş niyyətləri rəhbər tutaraq irəli sürülmüş məbləğ kimi yanaşır və bu səbəbdən iddia tələbini bu hissədə də əsaslı hesab edir. Beləliklə, məhkəmə aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, yuxarıda göstərilən normaların tələblərini, habelə Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh X6 mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin onun belə bir hüququnun yaranmasına və mübahisəli evə köçməsini təmin edən məhkəmə qətnaməsinin olmasına baxmayaraq, o, həmin mənzili könüllü olaraq və daimi əsaslarla tərk etmiş və qızı ilə birlikdə anasının mülkiyyətində olan mənzildə yaşamış, bununla da həmin yaşayış sahəsinə olan ehtiyacın aradan qalxdığını nümayiş etdirmişdir. Bu səbəbdən də həmin mənzilə olan istifadə hüquqlarını həyata keçirmir. Başqa sözlə, onun, habelə onun qızı xx.xx.2001-ci il təvəllüdlü X12 (məhkəmə qətnaməsində onun da köçürülməsi qət edildiyindən məhkəmə bu məsələyə toxunur) mübahisəli mənzilə olan ehtiyacı hər hansı müdaxilə olmadan və maneə yaradılmadan aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı tərəfindən cavabdeh X8 500 manat məbləğində pul vəsaiti ödənilməklə, cavabdeh X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, 13 saylı evə olan istifadə hüquqlarına xitam verilməlidir. İddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdeh X8 500 (beş yüz) manat məbləğində pul vəsaiti ödənilməklə cavabdeh X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, 13 saylı evdən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3916/2019
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3916/2019
14.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver