Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3967/2021 27.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) istifadə qaydaları müəyyən edilməklə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (Yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) istifadə qaydaları müəyyən edilməklə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 16.10.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 29.05.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ilk vaxtlar cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və aralarında tez-tez mübahisələr baş vermişdir. Məhkəmənin 29.05.2018-ci il tarixli 2(004)-1930/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, nikah pozularkən 29.05.2015-ci il təvəllüdlü X8 anası X2 yanında saxlanılmış və onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X3 verilməsi qət edilmişdir. O, birgə nikah dövründə anasına məxsus evi sataraq cavabdehin adına ünvan 1 ünvan: ünvan 2i əsasında almış, 19.11.2016-cı il tarixdə isə mənzilə dair çıxarış əldə etmişlər. Məhkəmənin 07.09.2018-ci il tarixli 2(001)-6227/2018 saylı qətnamə ilə onun X3 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payları müəyyən olunaraq bölünməsi barədə iddiası təmin edilmiş, X2 mülkiyyətində olan ünvan 3 ünvan: Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küç., 499 M16, mənzil 2) 1/2 hissəsi üzərində X2, 1/2 hissəsi üzərində onun mülkiyyət hüququ tanınmışdır. Lakin o, paylı mülkiyyətində olan əmlakın girişində yerləşən dəmir qapının açarları dəyişdiyindən mənzilinə daxil ola bilmir. Onun hal-hazırda yaşamağa yeri yoxdur və kirayədə yaşayır. O, törətdiyi cinayət əməlinə görə cəzasını çəkmiş, hazırda əməlinin təhlükəliyini dərk etmişdir. Cavabdehin onunla bir mənzildə yaşaması üçün heç bir təhlükə mövcud deyildir. Ona görə də onun Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) istifadə qaydaları müəyyən edilməklə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı Cavabdeh İddiaçı ilə 16.10.2014-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, həmin nikahdan 29.05.2015-ci il təvəllüdlü oğlu Elmir Sadıqov dünyaya gəlmişdir. 29.05.2018-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv olunmuş, azyaşlı Elmir Sadıqov anasının yanında qalmaqla İddiaçı aliment tutulması qət edilmişdir. Nikahın ləğv olunmasına və ailənin dağılmasına səbəb İddiaçı Cavabdeh işgəncə və əzab verməsi olmuşdur. Belə ki, 23-24 dekabr 2017-ci il tarixdə, yaşadıqları mənzildə iddiaçı cavabdehə qarşı növbəti şiddəti tətbiq edərək, əvvəlcə nalayiq sözlərlə təhqir etmiş, sonra döyərək xəsarət yetirmiş və bu haqda kimsəyə deməməsi üçün hədə-qorxu gəlmişdir. Lakin Cavabdeh məcbur olub 29.12.2017-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nə müraciət edərək iddiaçının barəsində tədbir görülməsini xahiş etmişdir. İddiaçı edilmiş şikayətə baxmayaraq, cavabdehi və ailə üzvlərini güllələyərək öldürməklə hədələmiş, həmin hədənin hədəfində azyaşlı uşaq da olmuşdur. Ona görə də cavabdeh 06.07.2018-ci ildə, ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək cavabdehi və azyaşlı oğlunu güllələməklə hədələyən, mənzilin mətbəxindəki soyuducuya odlu silahdan atəş açmış iddiaçı barəsində qanunamüvafıq tədbir görülməsini xahiş etmişdir. Cavabdeh iddiaçının Dövlət Təhlükəsizliyi Xidmətində zabit olaraq işləməsindən sui-istifadə edərək ona qarşı cinayət əməlləri törətməsini və cəzasız qalacağına ümid etməsini bildirmişdir. Lakin çoxsaylı şikayət və araşdırmalardan sonra, 10.10.2018-ci il tarixdə DTX-dən kənarlaşdırılan İddiaçı Bakı şəhər prokurorluğunda istintaq olunmuş Azərbaycan Respublikası CM-nin 133.1 və 228.1-ci maddələri ilə cinayət işi üzrə 11.10.2018-ci il tarixli qərara əsasən şübhəli şəxs qismində tutulmuş, Səbail Rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli qərarına əsasən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Hərbi Məhkəməsinin 29.01,2019-cu il tarixli ittiham hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş və 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası almışdır. İddiaçı Cavabdeh mütəmadi olaraq döyərək güclü fiziki ağrı yetirməklə əzab vermə cinayətini törətməsi Bakı Hərbi Məhkəməsinin 29.01.2019-cu il tarixli ittiham hökmünə əsasən tam sübuta yetirilmişdir. Belə ki, Bakı Hərbi Məhkəməsinin 29.01.2019-cu il tarixli ittiham hökmünə əsasən müəyyən edilir ki: İddiaçı 2014-ci ilin oktyabr ayından Sadıqova (Bəşirova) Əsmər İlqar qızı ilə rəsmi nikaha daxil olduqdan sonra evə gec gəlməsi, ümumiyyətlə günlərlə evə gəlməməsi, ailəsi ilə vaxt keçirməməsi, günlərini əyləncə məkanlarında başqa qadınlarla keçirməsi, ailəsinə soyuq, laqeyd münasibət bəsləməsi barədə sonuncunun haqlı iradlarını bəhanə edərək 2014-cü il tarixdən başlayaraq birlikdə yaşadıqları ünvan 5 ünvanındakı evlərində döyməklə, eləcə də eyni mövzuda mübahisə edib 2015-ci ilin iyul ayında Gəncə şəhərində yerləşən Vego otelində yumruqla, təpiklə vuraraq üst çənədə 11-ci dişin sınığı olan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət, 07 avqust 2016-cı il tarixdə ünvan 6 ünvanda fəaliyyət göstərən Süfrə restoranında əllə zərbələr vurub üst dodağın sağ yarısının selikli qişasına qansızması olan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət, 2017-ci ilin avqust ayında Türkiyə Respublikasının Bodrum şəhərində, Thore by Alkoçlar otelində əllə zərbələr vurub tənəffüsünün çətinləşməsi ilə müşahidə olunan burun sümüyünün yerdəyişən sınığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər, sonuncu dəfə isə 2017-ci ilin dekabr ayının 23 və 24 tarixlərində birlikdə yaşadıqları ünvan 7 ünvanda əllə və İphone 7+ markalı mobil telefonun qutusu ilə zərbələr vuraraq Əsmər Sadıqovaya sağ bud nahiyyəsinin hematoması olan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət və sol bazu nahiyyəsinin qançırı olan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib sonuncunu mütəmadi olaraq döyməklə güclü fiziki ağrı verib ona qarşı əzab vermə cinayətin törətmişdir. Bundan başqa Bakı Hərbi Məhkəməsinin 29.01.2019-cu il tarixli ittiham hökmünə əsasən müəyyən edilir ki: təqsirləndirilən şəxs İddiaçı zərərçəkmiş şəxsi mütəmadi olaraq döyərək güclü fiziki ağrı yetirməklə əzab vermə cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. İddiaçının cavabdehi mütəmadi olaraq döyməsi və işgəncə verməsi ilə bağlı keçirdiyi sarsıntı nəticəsində vaxtından əvvəl, yəni Cavabdeh hamiləliyin 7-ci ayında uşağı dünyaya gətirmək məcburiyyətində qalmış, həmin doğum gerçəkləşmədiyi halda isə həm uşağın, həm də özünün tələf olma təhlükəsi mövcud olmuşdur. O zaman körpənin normal həyata dönməsi üçün özü və valideyinləri tərəfindən bütün mümkün maddi və fiziki yardımlar edilmiş, uşağın normallaşması üçün lazımı müalicə üsullarından istifadə edilmişdir, lakin formal olaraq ata statusunda olan cavabdeh, uşağın normallaşması üçün heç bir real addım atmamışdır. Uşaq ev şəraitinə köçürüldükdən sonra daima cavabdehin və anası Püstə Bəşirovanın yanında olmuş, uşağa lazımi qayğı göstərilmişdir. İddiaçı Cavabdeh mütəmadi olaraq otellərdə, restoranda döyərək güclü fiziki ağrı yetirməklə əzab vermə cinayətini törətməsi, həmin cinayətlər nəticəsində cavabdehin bədəni, xüsusilə də sifət nahiyəsində xəsarət izlərinin aşkar formada görünməsi və xəsarətlərin aşkar izlərinin ailə üzvləri, qohumları, qonşuları, dost və yoldaşları, eləcə də kənar şəxslər tərəfindən mütəmadi olaraq müşahidə edilməsi, cavabdeh ilə ailə həyatı qurduqdan sonra heç bir xoşbətlik əldə etməməsi, əksinə olaraq bu nikah ona bədbəxtlik, əzab-iztirab gətirməsi, hər gün döyülərək əzab verilmə təhlükəsi gözləntisinin olması, işgəncə izlərinin nədən və hansı səbəbdən yaranmasını bilməyən kənar şəxslərin onun haqda pis fikirlərə malik ola biləcək düşüncəsi və onun artıq qınaq obyekti olduğunu düşünməsi cavabdehin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş cavabdeh dərin psixi sarsıntılar keçirmiş elə bütün bu iztirablara, işgəncələrə və əzablara dözməyərək bunun sona çatdırılması üçün valideynlərindən kömək istəmişdir. Təsəvvür etmək belə çətindir ki, Türkiyə Respublikasına dincəlmək üçün gedən bir şəxs olan cavabdeh tənəffüsünün çətinləşməsi ilə müşahidə olunan burun sümüyünün yerdəyişən sınığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər alır və sifət nahiyəsi göyərmiş halda oradan vətənə qayıdan zaman hansı mənəvi sarsıntılar keçirmişdir. Bununla bağlı da Yasamal Rayon Məhkəməsində mənəvi ziyanın əvəzinin İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair mülki iş vardır. Tərəflər arasında olan qarşılıqlı münasibətlərinin faktiki vəziyyətindən görünür ki, iddiaçı cavabdehə qarşı şəxsiyyət əleyhinə olan cinayət törədərək məhkum olunmuş və hal-hazırda tərəflər arasında barışmaz münasibət vardır. Bu vəziyyətdə iddiaçının hüquqlarının təmin edilməsi, cavabdehin həyat, sağlamlıq və təhlükəsiz yaşamaq hüququnun həyata keçirilməsinə ziddir. Belə ki, tərəflərin bir mənzildə yaşaması heç cür mümkün deyil və iddiaçının hazırki vəziyyətdə mübahisəli mənzilə köçürülməsi cavabdeh şəxsə qarşı qanunazidd hərəkətlərin baş verməsinə zəmin yarada bilər. Bundan başqa İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş, Cavabdeh adına olan ünvan 8 ünvan: ünvan 9 bölünərək mülkiyyət hüququnun tanınması, bölgü istisna edildikdə əmlakın 1/2 hissəsinin dəyəri şəklində 150000 manat kompensasiyanın digər mülkiyyətçi tərəfindən ona verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinin ona verilməsi tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli 2(001)-320/2020 saylı qətnaməsi ilə qismən təmin edilərək ünvan 8 ünvan: ünvan 1000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə İddiaçı 1/2 hissə və və Cavabdeh 1/2 hissə olmaqla bölünməsi qət edilmişdir. Bu işə mülki işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə, mübahisə predmeti olan mənzilin naturada bölünməsinin mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə mühəndis tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertin 20427 saylı 10.10.2019-cu il tarixli rəyilə mənzilin naturada bölgüsünün texniki baxımdan mümkünsüzlüyü müəyyən edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərərək onun ləğv olunmasını və mənzilin ilkin satış qiyməti 229000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinə 1/2 hissədə olmaqla paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı kompensasiya qismində cavabdehdən ona 150000 manat pulun ödənilməsini tələb etmiş və göründüyü kimi iddiaçınm istədiyi kompensasiya məbləğinin şişirdilərək həddən artıq yüksək olması səbəbindən tərəflər arasında razılıq əldə edilməmişdir. Nəticədə məhkəmə, mənzilin real bazar qiymətinin, habelə keçiriləcək hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmişdir. Bu mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsində baxılan 2(103)-2448/2021 saylı mülki iş baxılıb həll edilmədən və bu iş üzrə yekun qərar qəbul edilmədən və məsələyə son hüquqi qiymət verilmədən bu iddia tələbinə baxıla bilməz. Bundan əlavə 2(103)-1924/2020 saylı 05.08.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilir ki, bu mübahisəli mənzil Cavabdeh atası İlqar Bəşirov tərəfindən onlara borc verilmiş 100000 ABŞ dollarına alınmış və iddiaçı üzərinə düşən borc məbləğinin 29500 ABŞ dolları olan hissəsini bu günə kimi qaytarmamışdır. Yəni mübahisəli mənzil üzərində iddiaçının rəsmi dövlət qeydiyyatına alınmış hüququ olsa da hazırki vəziyyətdə onun borcu qaytarmadan mənzilə köçürmə tələb etməsi də ədalət baxımından hüquq düşüncəsinə də ziddir. Ona görə də İddiaçı Cavabdeh qarşı ünvan 11 ünvan: ünvan 12ən edilməklə mənzilə köçürülməsinə dair iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X9 cavabdehin digər vəkili və nümayəndəsi T.A.Xanəliyevin izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.05.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., Mir Cəlal küçəsi 143A saylı evin 156 saylı mənzili ½ hissədə (yeni qaydalarla: Bakı şəhəri X13 küçəsi 499, M16, m2) İddiaçı adına, ½ hissədə X2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2564 nömrəli reyestr kitabının 238800 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.05.2018-ci il tarixli 2(004)-1930/2018 saylı qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilərək İddiaçı ilə X6 arasında 16.10.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsində 854 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 29.05.2015-ci il təvəllüdlü X4 anası X2 yanında qalmasının müəyyən edilməsi, 29.05.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alımentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2018-ci il tarixli 2(001)-6227/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı X3 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunaraq bölünməsi barədə iddiası təmin edilərək X2 mülkiyyətində olan ünvan 13 ünvan: Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 499, M16, mənzil 2) 1/2 hissəsi üzərində X2, 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Hərbi Məhkəməsinin 29.01.2019-cu il tarixli 1(093)-33/2019 saylı hökmünün surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.08.2020-ci il tarixli 2(103)-1924/2020 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(004)-8102/2018 saylı qətnaməsi cavabdeh İddiaçı tutulan pul vəsaitinin məbləğinə aid hissədə dəyişdirilməsi cavabdeh İddiaçı tutulmalı olan pul məbləğinin 29500 ABŞ dolları müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli 2(001)-320/2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək ünvan 15 ünvan: ünvan 16 manat olmaqla açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı 1/2 hissə və cavabdeh Sadıqova (Bəşirova) Əsmər İlqar qızına 1/2 hissə olmaqla bölünməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı E.Ə. Sadıqov Cavabdeh ilə hər birinin 1\2 hissədə olmaqla paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) istifadə edə, həmin mənzildə yaşaya bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, paylı mülkiyyət hüquqlarına xitam verilməsinə dair mübahisəyə baxılması mülkiyyətçilərin həmin əmlakdan istifadə hüquqlarını məhdudlaşdıran hal olmadığından iddiaçının paylı mülkiyyətində olan mənzilə köçürülməsi tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə iddiaçının mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, hər bir mülkiyyətçi ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malik olduğundan, paylı mülkiyyətçi olan tərəflər arasında mülkiyyətlərində olan əmlakdan istifadə qaydalarının müəyyən edilməsinə dair razılıq olmadığından iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3967/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3967/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver