Məhkəmə qərarları › İş №2(001)-3985/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3985/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3985/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları X11 və X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12, ev 12a ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 16 may 2013-cü il tarixdə rəsmi nikaha girərək, ailə həyatı qurmuşdur. Hazırda isə nikahları pozulmuşdır. Cavabdehlə birgə nikahlarından 22 fevral 2014-cü il təvəllüdlü X11 və 17 avqust 2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Lakin uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Cavabdeh onunla və uşaqları ilə maraqlanmır. Onlar birgə nikahları dövründə bir neçə daşınar və daşınmaz əmlaka sahib olmuşlar. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12, ev 12a-dır. Həmin mənzildə o, cavabdeh və övladları qeydiyyatdadırlar. Nikahları pozulduqdan sonra cavabdeh onları mənzilə buraxmamış və həmin evdə yaşamaqlarına maneə olmuşdur. Onun iki uşağı var, onlardan biri qız, digəri oğlandır. Onların gələcək təminatı kimi yaşayış yerlərinin etibarlı olması məqsədi ilə düşünür ki, qeydiyyatda olduqları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12, ev 12a ünvanına köçürülmələri məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi də cavabdehin anası X1 məxsusdur. Mübahisəli evin cavabdehə hər hansı aidiyyəti yoxdur. Cavabdehə aidiyyəti olsaydı belə, iddiaçı ilə cavabdehin nikahı pozulmuşdur. Onun mübahisəli evə hər hansı istifadə hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, cavabdehlə 2013-cü ildə nikaha daxil olmuşdur. Həmin vaxtdan 2016-cı il tarixə qədər ünvan 1 ünvana köçmüşlər. İki ildən çox, 2018-ci ilin yay aylarına kimi mübahisəli evdə yaşamışlar. 2018-ci ildən bu günə qədər isə ünvan 2 ünvanında yaşayır. Həmin ünvanda atası, anası, qardaşı və iki uşağı ilə birlikdə yaşayır. Bu günə kimi onu və uşaqlarını anası ilə atası saxlasa da , onları təmin etsələr də indi edə bilmirlər. Belə ki, valideynləri xəstədir. Hazırda birlikdə yaşamaqları çətindir. Eyni zamanda uşaqlarının da məktəb vaxtıdır. Mübahisəli evdə ona məxsus hər hansı əşya qalmamışdır. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 02 avqust 1999-cu il tarixli, 595 nömrəli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X1 Binəqədi qəsəbəsi, Gülüstan yaşayış massivi, döngə 12-də fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 22 fevral 2014-cü il təvəllüdlü X9 və 17 avqust 2015-ci il təvəllüdlü X3 ataları Cavabdeh, anaları X4r. İş materialarında olan AZ-İ seriyalı, 364049 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahı Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsi əsasında 03 iyun 2019-cu il tarixdə ləğv edilmişdir. İş materialarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, İddiaçı, Cavabdeh, X6, X7, X10, X8, X11 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 12, ev 12a ünvanında qeydiyyatdadırlar. İş materialarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 18 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən sorğuda qeyd olunan ünvanda (ünvan 5rləşən daşınmaz əmlakın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər 16 may 2013-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş, həmin nikahdan iki uşaqları - X11 və X8 anadan olmuşdur. Daha sonra isə tərəflərin münasibətləri korlanmış və onlar arasında olan nikah pozulmuşdur. Hazırda iddiaçı mübahisəli evdə pasport qeydiyyatında olmaqla iki ildən çox həmin ünvanda yaşadığını əsas gətirərək azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsini xahiş edir, cavabdeh isə mübahisəli evin ona məxsus olmadığını bildirərək, ona qarşı sürülmüş iddianın təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin həlli üçün ilk növbədə mübahisəli evin kimin sahibliyində olması müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 02 avqust 1999-cu il tarixli, 595 nömrəli sərəncamı ilə Binəqədi qəsəbəsi, Gülüstan yaşayış massivi, döngə 12-də fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.m torpaq sahəsi X1 (cavabdehin anasına) ayrılmışdır. Göründüyü kimi, mübahisəli evə sahibliyi edən şəxs cavabdeh – Cavabdeh deyil. Cavabdehin mübahisəli evdə pasport qeydiyyatında olması, habelə onun həmin evdə yaşaması da mübahisəli evin “iddiaçının keçmiş ərinin sahibliyində olan ev” kimi qiymətləndirilməsinə əsas vermir. Cavabdeh heç kəsi evə köçürmək və ya oradan çıxarmaq hüququna malik deyil. Nə qədər ki, ev üzərində hər hansı şəxsin mülkiyyət hüququ qeydə alınmayıb, “evə köçürülmə” barədə tələb evə sahiblik edən şəxsə qarşı irəli sürülməlidir. Bu qayda Mülki Məcəllənin sahibliklə bağlı 159, 163 və 164-cü maddələrinin mahiyyətindən irəli gəlir. Çünki sahiblikdə olan evə başqasını köçürmək sahibə aid olan səlahiyyətdir. Müvafiq olaraq sahibə qarşı iddia verilmədən onun sahibliyində olan evə başqa şəxsin köçürülməsi sahibin hüquqlarının pozulması sayılır. Ona görə də iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş “yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülmə” barədə tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar