Məhkəmə qərarları › İş №2(001)-3986/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3986/2021

26.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3986/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Ərizəçi Bakı şəhəri 20 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsini və əlavə olunmuş sənədləri 26 aprel 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhrum atası X1 miras qalmış, buraxılış ili 2012, universal tipli, ağ rəngli, mühərrik nömrəli G4KECH741475, ban nömrəsi KNAKU811DD5360761 olan, **-VD-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” minik markalı avtomobilin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı plenum qərarının 10-cu bəndində göstərilmişdir ki, ... Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Ərizəçi ərizədə qeyd etmişdir ki, o, ailə üzvləri ilə birlikdə atasının vəfatından bir müddət sonra notariusa vərəsəlik işi açılması üçün müraciət etmişlər, anası, qardaşı və iki bacısı yeganə miras əmlak olan avtomobildən onun xeyrinə imtina etmişlər. Bu barədə ərizə notariat işində mövcuddur. Lakin, notarius müddətin ötürülməsi səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Yəni, ərizənin məzmunundan müəyyən olunur ki, mirasın vərəsə tərəfindən faktiki qəbul olunması təsdiq olunmuşdur. Belə olan halda, Ərizəçi notariat ofisinin hərəkətlərindən və yaxud miras qəbulunun üzürlü səbəbdən gecikdirilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Ərizəçi Bakı şəhəri 20 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Həmçinin, Ərizəçi izah olunsun ki, onun hazırki ərizədə göstərilənlərlə bağlı notariat ofisinin hərəkətlərindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar