Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-403/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və s.” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, xx.xx.2015-ci il tarixdən işdənçıxma tarixinədək – xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməmiş aylıq minimum əməkhaqqı 300 manat olmaqla əməkhaqqının, işə bərpa olunan tarixədək (günədək) məcburi işburaxmaya görə orta əməkhaqqının, həmçinin istifadə olunmamış əsas məzuniyyətlərə görə kompensasiya və maddi ziyana görə 200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il tarixindən yazılı əmək müqaviləsi bağlamadan faktiki olaraq, 18 fevral 2015-ci il tarixindən etibarən isə yazılı əmək müqaviləsi bağlamaqla aylıq əmək haqqı 125 manat olmaqla cavabdeh "xxxx" MMC-də avtobus sürücüsü vəzifəsində işləmişdir. 2022-ci ilin yanvar ayında iddiaçıya iş yoldaşları bildirmişlər ki, onu işdən çıxarmışlar və iddiaçıya baş mühasib tərəfindən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı işdənçıxma əmrinin surətinin əmək kitabçasının və son haqq-hesabın verilməsinə 26 yanvar 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh bu müraciətə baxmamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə 11 may 2022-ci il tarixli şikayət ilə müraciət edilmiş və X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 28 iyun 2022-ci il tarixli məktubu ilə cavab verilmişdir. Qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə AR Əmək Məcəlləsinin təşəbbüsü ilə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə dair cavabdehin 347 saylı əmrinin ləğv olunması,cavadehin əvvəlki iş yerinə qayıtması və müəssisəsinin rəhbəri X1 İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı rəhbərliyə məktub göndərilmişdir. Qeyd edilənlərə əsasəndə iddiaçı işə bərpa olunacağını gözləmiş, amma heç bir müsbət nəticə olmamışdır. Odur ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 0.03.2018-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 347 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməklə, xx.xx.2018-ci il tarixindən əmək müqaviləsinə xitam verilmə - xx.xx.2021-ci il tarixinədək olan dövr üçün ödənilməmiş 5053 manat əmək haqqının, xx.xx.2021-ci il tarixindən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə orta əmək haqqının, həmçinin xx.xx.2018-ci il xx.xx.2022-ci il iş illəri üzrə istifadə olunmamış əsas məzuniyyətlərə görə 829 manat pul əvəzi (kompensasiya), maddi ziyana görə isə 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə yazılı etiraz və iddia müddətinin buraxılmamış hesab edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh məhkəməyə müraciət etmək üçün xx.xx.2022-ci il tarixdə mediasiya arayışını aldıqdan sonra xx.xx.2022-ci il tarixdə müaciət etmişdir. Nəhayət məhkəmə prosesində cavabdeh rəsmi olaraq əmrin surətini məhkəməyə təqdim etmiş, bundan sonra əmrin surətini almaq mümkün olmuşdur. Qeyd edilənlərə əsasəndə iddiaçı iddia müddətinin buraxılmadığını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında verdikləri izahatları və iddia ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən məhkəməyə elektron qaydada iddia müddətinin tətbiqinə dair ərizə və ümumi iddiaya etiraz məktubu göndərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də əmək fəaliyyətinə xx.xx.2015-ci il tarixdən müddətli əmək müqviləsi əsasında sürücü vəzifəsində işə başlamışdır. 2016-cı ilin sonunda törətdiyi yol nəqliyyat hadisəsinə görə müvəqqəti olaraq sürücülük vəsiqəsindən məhrum edilmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2018-ci il tarixdə müəssisədə sürücü vəzifəsinə işə qəbul edilmişdir. Bu zaman onunla müddətsiz əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.xx.xx.2021-ci il tarixdən sonra İddiaçı işə çıxmamışdır və dəfələrlə ondan bunun səbəbini soruşduqda “xəstəyəm” demişdir, xəstə olmasını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Nəhayət xx.xx.2021-ci il tarixdə ondan ya xəstəliyini təsdiq edən sənədi (xəstəlik vərəqəsini) müəssisəyə təqdim etməyi, ya işə çıxmağı və yaxud ərizə yazmaqla işdən çıxmağı tələb edildikdən sonra İddiaçı səhhəti ilə əlaqədar nə yaza, nə də yeriyə bildiyini bildirmişdir və oğlu Rüstəmov Ağasalahın şirkətə gələrək onun əvəzinə ərizə yazmasını və bu ərizənin qəbul edilməsini xahiş etmişdir. Oğlu şirkətdə olan zaman, xx.xx.2021-ci il tarixdə saat 14:00-da şəxsən İddiaçıla telefonla danışdıqdan sonra onun xahişini nəzərə alaraq oğlundan ərizəni qəbul etmiş və İddiaçıla olan əmək müqaviləsinə xitam verilmişdir. Həmin gün Natiqin oğlu şirkətə 739976 nömrəli, 20.04.21-08.05.21-ci il tarixli və 21.05.21-30.05.21-ci il tarixli dövrləri əhatə edən xəstəlik vərəqəsini təqdim etmişdir. Təqdim edilmiş xəstəlik vərəqəsinə əsasən ona 173,54 manat müavinət hesablanmışdır, bundan 7,80 manat sosial ödənişlər tutulduqdan sonra İddiaçı 165,74 manat ödənilməli idi. Eyni zamanda xx.xx.2018-29.06.21-ci il tarixləri əhatə edən dövr üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə İddiaçı 436,63 manat məzuniyyət pulu hesablanmışdır, bundan 19,85 manat sosial ödənişlər tutulduqdan sonra ona 424,90 manat ödənməli idi. İddiaçıla bağlanmış əmək müqaviləsinin və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə görə o gündəlik plandan əskik verdiyi məbləğlər müəssisəyə vurulan ziyan hesab edilir və İddiaçı həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. Bununla əlaqədar bildirilmişdir ki, İddiaçı işlədiyi dövrün yalnız son bir ilində (fevral 2020-fevral 2021) müəssisəyə vurduğu maddi ziyan 4713 manat təşkil edir və bu səbəbdən də ona verilməli olan 165,74 manat müavinət və 424,90 manat məzuniyyət pulu (son haqq-hesab), cəmi 590,64 manat həmin ziyanın qismən ödənilməsinə yönəlmişdir. Xəstə olduğunu nəzərə alaraq ziyanın qalan məbləğinin tələbi ilə əlaqədar iddia qaldırılmamışdır. Əmək kitabçası ilə əlaqədar isə bildirilmişdir ki, dəfələrlə tələb etməklərinə baxmayaraq İddiaçı əmək kitabçasını yazılmaq üçün təqdim etməmiş, əmək kitabçasını özündə saxlamışdır. İddiaçı Cavabdeh MMC-də işləməsi haqqında bütün məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasına daxil edilmişdir. Yuxarıda qeyd edilənlərdən İddiaçı tam xəbərdardır, ərizədə qeyd etdikləri şər və böhtandır. Belə ki, 2021-ci ilin oktyabr-noyabr aylarında, qaldırdığı məsələ ilə əlaqədar İddiaçı qardaşı tərəfindən bu işə cəlb edilmiş vəkillə söhbətdə vəziyyət ona xırdalıqla izah edilmiş və bu mübahisəyə son qoyulması üçün məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Həmçinin bildirilmişdir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, o, isə məhkəməyə xx.xx.2022-ci il tarixdə məhkəməyə mövcud iddia tələbi ilə müraciət etmişdir. Belə ki, AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu səbəbdən də müvafiq maddənin tələblərini nəzərə alaraq, iş üzrə iddia müddətini tətbiq etməklə, tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək müqaviləsinə (kontrakt) əsasən, xx.xx.2015-ci il tarixdə İddiaçı 2 (iki) illik əmək müqaviləsi bağlamaqla (xx.xx.2017-ci il tarixədək) Cavabdeh MMC-yə avtobus sürücüsü vəzifəsinə qəbul edilmişdir. - əmək müqaviləsinə (kontrakt) və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, xx.xx.2018-ci il tarixdə İddiaçı müddətsiz əmək müqaviləsi bağlamaqla (aylıq əmək haqqısı 130 manat) Cavabdeh MMC-yə avtobus sürücüsü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdən əmək haqqısı 180 manat, xx.xx.2019-cu il tarixdən isə əmək haqqısının 250 manat olması müəyyən edilmişdir. - AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaşın müraciətinə X6 baxılmış və qeyd edilmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan və sənədlərdən tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2021-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq, ərizə olmadan xitam verildiyindən AR İXM-nin 192.6cı maddəsinə əsasən inzibatı xəta halı yaranmışdır. Bununla bağlı Cavabdeh MMC-nin direktoru X3 barəsində AR İXM-nin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 24 iyun 2022-ci il tarixli MN0020793 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsinə dair cəmiyyətin 347 saylı əmri ləğv edilərək əvvəlki iş yerinə qaytarılması ilə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. - İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli qərara əsasən, Cavabdeh MMC-nin direktoru X3 AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 (on beş) gün müddət müəyyən olunmuşdur. - xx.xx.2021-ci il tarixdə İddiaçı oğlu X5 tərəfindən Cavabdeh MMC-yə ünvanladığı ərizədə bildirmişdir ki, atası xəstə olduğundan gəlib ərizə yaza bilmir, ona görə də atasının səhhəti ilə əlaqədar olaraq işdən azad edilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən, İddiaçı (sürücü) əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68 maddəsinin “2a” bəndi tətbiq edilməklə xitam verilmişdir. - İddiaçı Ağaalah oğlunun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası isə Əmək Məcəlləsinin 68.2a bəndi (tərəflərdən birinin təşəbbüsü) qeyd edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı xəstəlik vərəqi üzrə müavinətin hesablaması cədvəlinə əsasən, sosial ödənişlər tutulduqdan sonra (7,80 manat) İddiaçı 165,74 manat ödəniş edilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın hesablanması cədvəlinə əsasən, sosial ödənişlər tutulduqdan sonra (19,85 manat) 424,90 manat ödəniş edilmişdir. - Sumqayıt Şəhər Təcili X9 tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi,əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 saylı, xx.xx.1996-cı il tarixli qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və işin digər materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçı işdən azad olunması barədə əmrin surətini almadığından, əmək müqaviləsinin ləğv edilməsinin əsasını bilməmiş, həmçinin iddiaçı, cavabdehin hərəkətlərindən, 11 may 2022-ci il tarixli şikayətlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət etmişdir. Bu müraciətə X8 Xidmətinin Bakı şəhər idarəsi 28 iyun 2022-ci il tarixli məktubu ilə cavab vermişdir. Həmin məktubda qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-cı il tarixli müddətsiz əmək müqaviləsinə, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin (tərəflərdən konkret kimin, işəgötürənin yoxsa işçinin təşəbbüsü məlum deyil) təşəbbüsü ilə, xx.xx.2021-ci il tarixində xitam verilmiş və bu barədə 347 saylı əmr imzalanmışdır. Həmçinin, sözügedən məktubda qeyd edilmişdir ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsinə dair 347 saylı əmri ləğv edilərək, əvvəlki iş yerinə qaytarılacağı ilə əlaqədar cavabdehin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmiş, eyni zamanda, cavabdeh müəssisənin direktoru X1 AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi də qeyd edilmişdir. Bundan sonra, iddiaçı, sözügedən məktubda qeyd edilənləri nəzərə alaraq, işə bərpa olunacağını gözləmiş, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Mübahisənin məhkəmədən kənar həll etmək mümkün olmadığından, iddiaçı, məhkəməyə müraciət etməzdən əvvəl, AR Əmək Məcəlləsinin 294cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq, cavabdehə mediator təklifi barədə müraciət göndərmiş, lakin cavabdehdən heç bir cavab almamış və daha sonra, Bakı 4 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdeh, 08 sentyabr 2022-ci il tarixinə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bu hal, Bakı 4 saylı Mediasiya Təşkilatının verdiyi ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 sentyabr 2022-ci il tarixli, MŞB/4-01843 nömrəli arayışla təsdiq edilir. İddiaçı 08 sentyabr 2022-ci il tarixli, MŞB/4-01843 nömrəli mediasiya arayışını aldıqdan sonra 19 sentyabr 2022-ci il tarixində sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəhayət, cavabdeh xx.xx.2022-ci il tarixində məhkəmə prosesində işdənçıxma barədə əmrin surətini məhkəməyə təqdim etmiş və həmin əmrin surətini əldə etmək mümkün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : -296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. -296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. -296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmədiyindən, mübahisə tərəfi olan cavabdehin iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Ona görə ki, göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin həm faktiki, həm də hüquqi əsası yoxdur. Belə ki, cavabdeh-işəgötürənin ƏM-nin 68-ci maddəsinin “2a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) istinad etsə də, iddiaçının ərizəsi alınmamışdır. Alınan ərizə isə İddiaçı yetkinlik yaşına çatmayan oğlu X5 (xx.xx.2006-cı il təvəllüdlü) tərəfindən (etibarnamə olmadan) yazılmış və imzalanmışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasına uyğun olaraq işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmçinin işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bir aylıq xəbərdarlıq müddəti qanunverici tərəfindən həm işəgötürənin, həm də işçinin mənafeləri nəzərə alınaraq müəyyən edilmişdir. İşçi əmək müqaviləsini ləğv etmək barədə işəgötürənəverdiyi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi konkret müddəti göstərməmişdirsə, ərizə verildiyi gündən bir aylıq xəbərdarlıq müddəti bitənədək AR ƏM-nin 69-cu maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ərizədə konkret vaxt göstərilmədiyi halda belə, ərizəyə istinad etməklə həmin tarixdə də əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. Hansı ki, artıq bu halın mövcudluğu özü-özlüyündə qanunvericiliyin müəyyən etdiyi qaydaların pozuntusunu ehtiva edir, həmçinin əmrin əsassız və qanunsuz olmasını sübuta yetirir. Məhkəmə iddia tələbinin xx.xx.2018-xx.xx.2022-ci illər üzrə istifadə olunmamış əsas məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, xx.xx.2021-ci il tarixə qədər iddiaçının məzuniyyət hüququ olsa da, bundan istifadə etməmiş və bu illər ərzində cavabdehə bununla bağlı heç bir yazılı müraciət etməmişdir. Beləliklə, iddiaçı ondan asılı olmayan səbəblərə görə bu hüquqdan məhrum olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin qeyd olunmalıdır Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən, iddia tələbi təmin edilməli, “Monella MMC-nin xx.xx.2021-ci il tarixli 347 nömrəli əmri ləğv edilməli, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 347 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilsin. Cavabdeh MMC tərəfindən məcburi işburaxmaya müddəti üzrə xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-403/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-403/2023
06.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver