Məhkəmə qərarları › İş №2(001)-4037/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4037/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4037/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə hüququn itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə hüququn itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə və barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəlik götürürlər ki, hazırkı Barışıq Sazişi məhkəmə qaydasında təsdiq edildikdən 30 gün müddətində qeydiyyatda olduqları Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxırlar;

2. İddiaçı öhdəlik götürür ki, hazırkı Barışıq Sazişi məhkəmə qaydasında təsdiq edildikdən 4 ay müddətində Cavabdeh1, yaxud qarşılıqlı razılıqla cavabdehlərin övladı olan X1 adına Xırdalan şəhərindən yaxud Biləcəri qəsəbəsindən, qiyməti 30.000 manat olan, orta təmirli 2 otaqlı mənzil alacaqdır.

3. Cavabdehlər hər ikisi yetkinlik yaşına çatmayan övladları ilə birlikdə iddaçının aldığı mənzilə, mənzil alındıqdan 10 gün müddətində yaşayış yeri üzrə pasport qeydiyyatına alınırlar;

4. İddiaçı və cavabdehlər hazırki Sazişlə Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 yaşayış sahəsi ilə bağlı aralarındaki mübahisələrini razılaşdırmış və həll etmiş olurlar.

5. Saziş tərəflərin həqiqi niyyətini ifadə edir və razılaşdırılmış şərtlərin həyata keçirilməsini bilavasitə və ya dolayısı ilə heç bir maneə törətməməyi tərəflər öhdələrinə götürür.

6. X3 əsasən cavabdehlər yaşayış sahəsindən qeydiyyatdan çıxdıqdan və iddiaçı yaşayış evini özgəninkiləşdirdikdən sonra hazırkı Saziş üzrə mənzil almaq öhdəliyini yerinə yetirmədiyi halda cavabdehlər Xırdalan şəhəri və Biləcəri qəsəbəsi ərazisində 2 otaqlı mənzilin orta bazar dəyəri həddində, yəni 30.000 manat olmaqla olmaqla müştərək qaydada, yaxud fərdi olaraq İddiaçı qarşı pul tələb etməkdə haqlıdır.

7. Hazırki Saziş tərəflərin öhdəliklərini yerinə yetirdikləri vaxtadək qüvvədədir. Məhkəmə iddiaçı və cavabdehin təqdim etdiyii barışıq sazişini, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş və bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 30 iyun 2021-ci il tarixdə Bakı şəhərində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri:

1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəlik götürürlər ki, hazırkı Barışıq Sazişi məhkəmə qaydasında təsdiq edildikdən 30 gün müddətində qeydiyyatda olduqları Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxırlar;

2. İddiaçı öhdəlik götürür ki, hazırkı Barışıq Sazişi məhkəmə qaydasında təsdiq edildikdən 4 ay müddətində Cavabdeh1, yaxud qarşılıqlı razılıqla cavabdehlərin övladı olan X1 adına Xırdalan şəhərindən yaxud Biləcəri qəsəbəsindən, qiyməti 30.000 manat olan, orta təmirli 2 otaqlı mənzil alacaqdır.

3. Cavabdehlər hər ikisi yetkinlik yaşına çatmayan övladları ilə birlikdə iddaçının aldığı mənzilə, mənzil alındıqdan 10 gün müddətində yaşayış yeri üzrə pasport qeydiyyatına alınırlar;

4. İddiaçı və cavabdehlər hazırki Sazişlə Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 yaşayış sahəsi ilə bağlı aralarındaki mübahisələrini razılaşdırmış və həll etmiş olurlar.

5. Saziş tərəflərin həqiqi niyyətini ifadə edir və razılaşdırılmış şərtlərin həyata keçirilməsini bilavasitə və ya dolayısı ilə heç bir maneə törətməməyi tərəflər öhdələrinə götürür.

6. X3 əsasən cavabdehlər yaşayış sahəsindən qeydiyyatdan çıxdıqdan və iddiaçı yaşayış evini özgəninkiləşdirdikdən sonra hazırkı Saziş üzrə mənzil almaq öhdəliyini yerinə yetirmədiyi halda cavabdehlər Xırdalan şəhəri və Biləcəri qəsəbəsi ərazisində 2 otaqlı mənzilin orta bazar dəyəri həddində, yəni 30.000 manat olmaqla olmaqla müştərək qaydada, yaxud fərdi olaraq İddiaçı qarşı pul tələb etməkdə haqlıdır.

7. Hazırki Saziş tərəflərin öhdəliklərini yerinə yetirdikləri vaxtadək qüvvədədir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə hüququn itirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar