Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4048/2025 25.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “doğum akt qeydinin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə, daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Donesk Xalq Respublikasında xx.xx.1989-cu ildə akt nömrəsi ilə №24 qeyd olunmuş doğum haqqında şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olma faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1989-cu il tarixində Ukrayna Respublikasının Donetsk vilayətində doğulmuşdur. Doğum faktı Ukraynanın həmin bölgəsində rəsmən qeydə alınmış və bu barədə "X5" adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Nikaha daxil olarkən Abiyeva soyadını qəbul etmişdir. Daha sonralar Azərbaycan Respublikasında şəxsiyyət vəsiqəsi aldığı zaman adı "Elnarə" kimi rəsmiləşdirilmişdir. Bu ad həm şəxsiyyət vəsiqəsində, həm də ümumvətəndaş pasportunda "Ərizəçi" formasında qeyd olunmuşdur. Hazırda sənədlərində adımın fərqli formalarda göstərilməsi səbəbindən müxtəlif dövlət və qeyri-dövlət qurumlarında hüquqlarını həyata keçirməkdə çətinliklər yaşayır. Bu ziddiyyətlər şəxsiyyətinin identifikasiyasında maneələr törədir, gündəlik həyatında hüquqlarının pozulmasına səbəb olur. Doğum haqqında şəhadətnamənin əsli itmiş, onu bərpa etmək üçün Ukraynanın Donetsk vilayətinə müraciət olunmuş, nəticədə yeni şəhadətnamə alınmışdır. Lakin hazırda həmin ərazi faktiki olaraq işğal altındadır və orada fəaliyyət göstərən inzibati strukturlar Azərbaycan Respublikası tərəfindən tanınmır. Bu səbəbdən, həmin qurum tərəfindən verilmiş sənəd ölkəmizin rəsmi orqanları tərəfindən hüquqi qüvvəyə malik sənəd kimi qəbul edilmir. Əlində olmayan səbəblərdən sənədləri təqdim edə bilmədiyinə görə, doğum faktının və şəxsiyyət məlumatlarının uyğunlaşdırılınası mümkün olmur. Bu vəziyyət onun hüquqi statusunun qeyri-müəyyən qalmasına və bir çox hüquqi prosedurların icrasının mümkün olmamasına səbəb olur. Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 1 saylı ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin şöbənin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, doğum haqqında akt qeydi Donetskdə aparıldığı üçün onun bərpası yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısı qızıdır. Ərizəçi Ukrayna Respublikasında doğulmuşdur. xx.xx.1989-cu il tarixli şəhadətnamə ərizəçiyə aiddir. Məhkəmə iclasında şahid qismində ifadə X1 ifadəsində göstərmişdir ki, o, ərizəçi onun əmisi qızıdır. Ərizəçi Ukrayna Respublikasında doğulmuşdur. Şəhadətnamədə ərizəçinin adı “Enara” kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 389912 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 ilə X4 arasında olan nikah Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış və 131 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Abiyeva” soyadı verilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə baxılmış, sənədlərin yoxlanılması nəticəsində aşkar olunmuşdur ki, müraciəti zamanı təqdim etdiyi AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində ad və ata adı “Elnarə İsmayıl qızı” kimi yazılmasına baxmayaraq təqdim etdiyi Donetsk Xalq Respublikası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnaməsində ad və ata adı “Enara İsmailovna” kimi qeyd edilmişdir. Qeyd edilən sənədin tərtib edildiyi ərazi – Donetsk şəhəri hal-hazırda Ukrayna hökümətinin nəzarətindən kənar bir ərazi statusundadır. Bu səbəbdən, təqdim olunmuş sənədin etibarlılığını rəsmi şəkildə təsdiqi mümkün olmadığından və sənədlərdəki ziddiyətin mövcudluğunu nəzərə alaraq bildirilmişdir ki, müraciətinin təmin edilməsi tərəflərindən mümkün olmamışdır. ДНР seriyalı 481606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cü il təvəllüdlü X3 atası X2, anası X7r. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Ukrayna Respublikasının Donesk vilayətində doğulmuş, ona bu barədə doğum haqqında şəhadətnamə verilmiş və şəhadətnamədə o, “X6” kimi qeyd olunmuşdur. Daha sonra ərizəçi nikaha daxil olmuş, ona “Abiyeva” soyadı verilmişdir. Ərizəçi yanlışılığın aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd edilən sənədin tərtib edildiyi ərazi – Donetsk şəhəri hal-hazırda Ukrayna hökümətinin nəzarətindən kənar bir ərazi statusundadır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Donesk Xalq Respublikasında xx.xx.1989-cu ildə akt nömrəsi ilə №24 qeyd olunmuş doğum haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Donesk Xalq Respublikasında xx.xx.1989-cu ildə akt nömrəsi ilə №24 qeyd olunmuş doğum haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4048/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4048/2025
25.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver