Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4074/2020 20.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mübahisə predmeti üzrə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti üzrə cavabdehlər Cavabdeh1, onun yetkinlik yaşına çatmayan oğlu xx.xx.2005-ci il təvəllüdlü X10, Rusiya Federasiyasında yaşayan oğlu xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və Cavabdeh3 və onun azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X1 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, X1 istifadə hüququna xitam verilməli olan şəxslərin siyahısından çıxarılmasını xahiş etməklə tələbini azaltmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat Vəsiqəsi verilmişdir. İddiaçının mülkiyyətində olan qeyd edilən ünvanda qızı Cavabdeh1, onun yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X10, yetkinlik yaşına çatan və Rusiya Federasiyasında yaşayan oğlu xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və Cavabdeh3 və onun azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X3 formal olaraq qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. Həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər könüllü olaraq mənzil qeydiyyatından çıxmaqdan oyun qaçırdıqları üçün məhkəmə qaydasında istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında izahat verib və yazılı ərizə təqdim edərək bildirmişdir ki, mülki iş üzrə iddianı qəbul edir və övladları Cavabdeh2 və X6 birlikdə mübahisəli mənzil üzrə ünvan qeydiyyatından çıxmağa razıdır və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Eyni zamanda məhkəmə iclasında bildirdi ki, Dadaşov X5 yaşayır. Cavabdeh3 xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında izahat verib və yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edir və mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razıdır, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və cavabdehlərin ərizələrini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmış Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., M.Cəlal küçəsi, ev 109, 113 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2, Cavabdeh3, xx.xx.2018-ci il təvəllüdlü X3 Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., M.Cəlal küçəsi, ev 109, 113 saylı mənzildə qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş və işin halları ilə təsdiq olunan sübutlarla müəyyən edilir ki, iddiaçı Abbasova Bəstiqız Babaş qızı Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., M.Cəlal küçəsi, ev 109, 113 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehlər onların qohumudurlar. Cavabdehlər X4 və yetkinlik yaşına çatmayan oğlu xx.xx.2005-ci il təvəllüdlü X8, həmçinin X2 yetkinlik yaşına çatmış oğlu Cavabdeh2, bundan başqa Cavabdeh3 mübahisəli mənzildə qeydiyyatdadırlar. Cavabdehlərdən ikisi iddianı etiraf edir, istifadə hüququna xitam verilməsi xahiş olunan şəxslərdən biri yetkinlik yaşına çatmayan şəxsdir, digəri isə Rusiya Federasiyasında uzun müddətdir yaşayır. Məhkəmə mübahisəyə iddianın etiraf ediməsi baxımından qiymət verilməsini mümkün hesab edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Odur ki, işin hallarından göründüyü kimi cavabdehlər X4 və Cavabdeh3 iddianı etiraf etməklə faktiki olaraq həmin mənzildə artıq yaşamadıqlarını, mənzilə olan ehtiyaclarının aradan qalxmasını qəbul etmiş sayılırlar. Digər cavabdeh isə Cavabdeh1 oğludur və hər iki tərəf etiraf edir ki, o Rusiya Federasiyasında yaşayır. Digər şəxs isə Cavabdeh1 yetkinlik yaşına çatmayan övladıdır və onunla birlikdə yaşayır. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Bundan başqa Həmin Qanunun 9-cu maddəsində qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bundan əlavə Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə o qənaətə gəlir ki, cavabdehlərin iddianı etiraf etməsi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarı və qanunun müvafiq normaları nəzərə alınmaqla iddanın mahiyyəti baxımından qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin və himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mübahisəli mənzildə qeydiyyatda qalmaları üçün hər hansı hüquqi əsas qalmayıbdır və iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığına görə iddia təmin edilməklə cavabdehlərin mübahisə predmeti olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., M.Cəlal küçəsi, ev 109, 113 saylı mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyinə görə iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., M.Cəlal küçəsi, ev 109, 113 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4074/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4074/2020
20.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver