Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4077/2020 24.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı Hacıbutayevnanın, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Hacıbutayevnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Hacıbutayevna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə 1993-cü ildən yaşadıqları, habelə əmlaklarının yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, 3-cü döngə, yeni tikiliyə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə xx xxxxxxx 1993-cü ildə rəsmi nikahla ailə həyatı qurmuş və onun yaşadığı, rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, 3-cü döngədə yeni tikiliyə gəlin köçmüşdür. Gəlin köçərkən də o, bütün cehiz əşyalarını da həmin mənzilə gətirmiş, hazırda da əşyalar həmin mənzildədir. Onların birgə nikahından 3 övladları olmuş, biri –rəhmətə getmişdir. Hər iki övladı Rusiya Federasiyasının vətəndaşı olmalarına baxmayaraq mübahisəli mənzildə yaşamışlar. O, 1993-cü ildən fasiləsiz olaraq övladları ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Uzun illərdir ki, yoldaşı ilə aralarında söz-söhbətlər olur, dəfələrlə yoldaşı onu döymüş, söymüş təhqir etmiş, lakin o, bunlara dözmüşdür. 2020-ci ilin iyun ayından yoldaşı tərəfindən yenə də döyülmüş, övladları ilə birlikdə həmin mənzildən çıxarılmışdır. O, evdən çıxarkən onun və övladlarının bütün əmlakları, paltarları həmin evdə qalmışdır. O, və övladı cavabdehlər – qaynı və həyat yoldaşı tərəfindən mənzilə buraxılmır, onlar mənzilə getsələr də, cavabdehlər tərəfindən maneələr yaradılmış, əşyalarını belə götürməyə imkan verməmişlər. 2020-ci ilin iyun ayından övladları ilə birlikdə çöllərdə yaşayır. Heç bir yerdə işləmir, onların dolanmaq üçün belə pulları yoxdur. O, övladı ilə birlikdə mübahisəli evdə yaşamaq istəyir, çünki yaşamağa başqa yerləri yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Hacıbutayevna iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin bildirdi ki, mübahisəli ev qaynatası ilə qaynanasına məxsus olmuşdur, 1996-cı ildən həmin evə köçmüşlər, evdən qovulana qədər də həmin evdə yaşamışlar. O, hazırda himayəsində iki oğlu ilə evsiz qalmışdır, ona görə də onların mübahisəli evə köçürülmələri zəruridir. Yaşayış yeri olmadığı üçün uşağı – xx xxxxxxx 2009-cu il təvəllüdlü X5 yaşamaq üçün “Təmiz Dünya” X10 Birliyinə vermişdir. Cavabdeh2 onun əridir və nikahları pozulmamışdır. Cavabdehlər ona 170 manat aliment və üç aydır 100 manat məbləğində pul verirlər ki, o, uşaqları ilə kirayədə yaşasın. Lakin bu pula kirayə ev tutmaq mümkün deyil. O, Rusiya Federasiyasının vətəndaşı olduğundan və həmin ölkədə uşaqlar doğularkən hökümət tərəfindən pul ödənildiyindən, oğlullarını Dərbənd dünyaya gətirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun arvadıdır. Mübahisəli ev – bağ sahəsidir, hazırda da çıxarışı yoxdur. Həmin bağ sahəsi onun valideynlərinə məxsus olmuşdur. Onlar ailəvi olaraq 1996-cı ildən həmin evdə yaşamışlar. İddiaçının həmin evə hər hansı hüququ yoxdur, ona görə də həmin evdə yaşaya bilməz. Lakin, uşaqlarının həmin evdə yaşamasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun qardaşının arvadıdır. O, uzun müddət Rusiya Federasiyasında yaşamış, lakin mütəmadi olaraq mübahisəli evə gəlib-gedirmiş. O, 2004-cü ildə gələrkən iddiaçı ailəsi ilə birlikdə mübahisəli evdə yaşayırdırlar. 2018-ci ildə isə gələndə görmüşdür ki, iddiaçı əşyalarını da götürüb həmin evdən çıxıb getmişdir. Mübahisəli ev onun valideynlərinin olmuşdur, həmin evin çıxarışı yoxdur. Üç aydır ki, iddiaçıya hər ay 100 manat pul ödəyirlər ki, o, kirayədə yaşasın. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İİ-БД seriyalı, 415757 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X1 xx xxxxxxx 1993-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 449 № ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Qafarov”, arvada isə “Qafarova” soyadı verilmişdir. İ-БД seriyalı, 615726 nömrəli nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxxx 2002-ci il tarixdə Dərbənd şəhərində anadan olmuş, atası Cavabdeh2, anası İddiaçı Hacıbutayevnadır. İİ-БД seriyalı, 741817 nömrəli nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxxx 2009-cu il tarixdə Dərbənd şəhərində anadan olmuş, atası Cavabdeh2, anası İddiaçı Hacıbutayevnadır. “Təmiz Dünya” X10 Birliyininin xx xxxx 2020-ci il tarixli, 47 nömrəli təhvil-təslim aktından görünür ki, çətin həyat şəraitində olan şəxslərə kömək məqsədi ilə X3 qeyqdiyyatda olan xx xxxxxxxx 1971-ci il təvəllüdlü İddiaçı Haclbutayevnanın azyaşı övladı xx xxxxxxx 2009-cu il təvəllüdlü X2 işçilər tərəfindən sağ salamat təhvil alınmışdır. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 xx xxxxxxx 1993-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, 1996-cı ildə Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, 3-cü döngə ünvanında inşa edilmiş yeni tikiliyə köçərək, həmin evdə yaşamışlar. Həmin ev cavabdehlərin valideynlərinə məxsus olmuş, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daha sonra tərəflər arasında münasibətlər pozulmuş, iddiaçı himayəsində olan uşaqlarla birlikdə həmin evdən çıxarılmış və bir daha həmin evə buraxılmamışdır. Hazırda iddiaçı himayəsində olan uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə köçürülmələrini tələb edir, cavabdehlər isə buna etiraz edirlər. Məhkəmə, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normalarının olmadığını, mübahisəli hüquq münasibətlərinin xx xxxxxxx 2009-cu il tarixədək yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə həmin tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qnununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Analogiya üzrə tətbiq edilən mənzil qanunvericiliyin yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddiaçının, habelə onun uşaqlarının hazırki iş üzrə mübahisəli yaşayış evində cavabdehlərlə bərabər surətdə yaşamaq hüquqları vardır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında Qanun dayanmalıdır. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrumedilmə qanunidirmi. Hazırki işdə iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdehlər onu yaşadığı evdən məhrum ediblər. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində belə bir hüquqları olmadığına görə onların iddiaçıya qarşı törətdikləri məhrumetmə də qanunsuzdur. Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidirlər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Hacıbutayevna uşaqları - xx xxxxxxxx 2002-ci il təvəllüdlü X4 və xx xxxxxx 2009-cu il təvəllüdlü X7 birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, döngə 3 ünvanında yerləşən yeni tikiliyə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda belə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Hacıbutayevna uşaqları - xx xxxxxxxx 2002-ci il təvəllüdlü X4 və xx xxxxxx 2009-cu il təvəllüdlü X7 birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, döngə 3 ünvanında yerləşən yeni tikiliyə köçürülsünlər. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4077/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4077/2020
24.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver