Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4106/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə köçürülməsinə və mənzilə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə köçürülməsinə və mənzilə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə X6 xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Onlar ailə qurduqdan sonra Cavabdeh iddiaçını Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə qeydiyyata salmışdır. Cavabdehla İddiaçı övladı dünyaya gəldikdən sonra münasibətləri pisləşməyə başlamış, iddiaçı azyaşlı övladı ilə birlikdə yaşadığı mənzili tərk etmişdir. Lakin iddiaçının gəlin köçərkən gətirdiyi cehiz əşyaları, geyimləri Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzildə qalmış, iddiaçının başqa yaşayış yeri olmadığından əşyalarını başqa yerə apara bilmir. İddiaçı hazırda uşağı ilə birlikdə kirayə yaşayır. Ona görə də İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə köçürülməsi və həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı qanunvericilikdə həmin mənzilə istifadə hüququna dair iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur. İddiaçı ilə cavabdehin oğlu X6 arasında münasibətlər xx.xx.2018-ci il tarixdə yəni xx.xx.2009-cu ildən sonra yarandığından məhkəmə tərəfindən mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsi tətbiq edilməlidir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən Cavabdeh məxsusdur, X1 mənzildə payı yoxdur və bu mənzildə qeydiyyatda deyildir. İddiaçı ilə X6 uzun müddətdir ki, faktiki ailə münasibətlərində deyillər, hal-hazırda iddiaçının nikahın pozulmasına dair ərizəsi Binəqədi Rayon Məhkəməsi tərəfindən icraata qəbul olunmuşdur. İddiaçı cavabdehin ailə üzvü olmadığından cavabdehdən onu saxlamağı tələb etmək hüququ yoxdur. Ona görə İddiaçı Cavabdeh qızına qarşı cavabdehin mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə köçürülməsi və mənzildən istifadə hüququnun tanınmasına dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. 3-cü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, 3-cü şəxs X6 məhkəmə iclasında iştirak etmiş, məhkəmə işə 3-cü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. X10 Eldarovna ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilini alıcıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzili xx.xx.2016-cı il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2519 nömrəli reyestr kitabının 234565 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ İV № 298014 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2986 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası İddiaçıdır. Cavabdeh xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə qeydiyyatda düşməsinə etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X13 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdurki, iddiaçı cavabdehin ailə üzvü və ya mülkiyyətçinin onu saxlamaq vəzifəsi daşımalı olan digər qohumları kateqoriyasına daxil deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsini müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya mülkiyyətində olan mənzilə qeydiyyata alınmasına icazə vermiş, iddiaçı bir müddət Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilində yaşasa da, mənzilin mülkiyyətçisi ilə onun arasında mənzilə istifadə hüququnun yaranmasına əsas ola biləcək razılaşma bağlanmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə istifadə hüququ mövcud olmadığından onun bu mənzilə köçürülməsinə, mənzilə istifadə hüququnun tanınmasına dair iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 22/24 saylı evin 98 saylı mənzilinə köçürülməsinə, mənzilə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4106/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4106/2020
03.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver