Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4125/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X4 və X8 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 , X4 və X8 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7MKR-da yerləşən 14 saylı evin 21 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, xx xxxx 2019-cu il tarixli, AN-İ №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7 MKR-da yerləşən 14 saylı evin 21 saylı mənzilini almışdır. Mənzili Cavabdeh1 oğlu ona satmışdır. Mənzili aldığı zaman həmin ünvanda qeydiyyatda olan şəxslər X13, X11, X12, Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qeydiyyatdan çıxmamışlar. Alqı-satqı zamanı həmin şəxslər razılıq ərizəsi verərək 3 ay müddətinə mənzildən qeydiyyatdan çıxacaqlarına söz vermişdilər. Müqavilənin 8-ci bəndinə görə satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Müqavilənin 13-cü maddəsi ilə müqavilə bağlandığı tarixdən sonra cavabdehin 3 ay ərzində qeydiyyatdan çıxması şərtləşdirilmişdir. Lakin müqavilə tarixindən 1 ilə yaxın bir müddət keçməsinə baxmayaraq cavabdehlər ona tam mülkiyyət hüququ ilə məxsus olan mənzildən qeydiyyatdan çıxmamışdır. Bununla da, onun mənzilindən qanunsuz olaraq istifadə edir. Hazırda onun mənzilində tanımadığı şəxslər qeydiyyatdadır. Həmin şəxslərə görə kommunal xərclər ödəmək məcburiyyətindədir. Həmçinin gələcəkdə əmlakı üzərində sərəncam vermək hüququndan istifadə etmək istədiyi zaman həmin şəxslərin razılığını almalı olacaq. Bu isə onun istifadə, sahiblik və sərəncam hüquqlarının həyata keçirməsinə mane olur. Müqavilənin 16-cı maddəsinə əsasən “müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir” xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı və digər ail üzvləri müqavilə notarial qaydada təsdiq edildikdən 3 ay sonra evdən qeydiyyatdan çıxmaq öhdəliyini götürsə də, bu günə kimi öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlayaraq mənzildən qeydiyyatdan çıxmalarını bildirsə də, bu tələblərinə məhəl qoyulmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq, ilkin iddia ərizəsində göstərilən şəxslərlə yanaşı X3 və X7 da, Bakı şəhəri, Binəqədi rayonu, 7MKR-da yerləşən 14 saylı evin 21 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 oğlu ilə İddiaçı arasında bağlanan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 oğlu Bakı şəhəri, Binəqədi rayonu, 7MKR-da yerləşən 14 saylı evin 21 saylı ümumi sahəsi 44.22 kv.m, yaşayış sahəsi 33,14 kv.m olan 2 otaqlı mənzilini alıcı İddiaçı vermişdir. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh1 oğlu xx xxxxxxxx 2019-cu il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Göstərilən alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. “Elektron notariat” X1 xx xxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, X13, X11, X12, Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 ünvan 2, mənzil 21 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X5 və X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar. X6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına razıdır. Cavabdeh6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına razıdır. Cavabdeh5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına razıdır. X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o,etibarnamə əsasında Cavabdeh4 adından Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına razıdır. X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o,etibarnamə əsasında Cavabdeh3 adından Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına razıdır. Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına razıdır. X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına razıdır. xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 oğlundan mübahisə predmeti olan mənzili alqı-satqı müqaviləsi ilə xx xxxx 2019-cu il tarixində almışdır. Mənzilin satıcısı – Cavabdeh1 oğlu mənzildən qeydiyyatdan xx xxxxxxxx 2019-cu il tarixədək çıxmağı barədə öhdəlik götürsə də, bunu etməmişdir. Mənzildə hal-hazırda Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 , X5 və X9 qeydiyyatdadırlar. Lakin Cavabdehlər faktiki olaraq həmin mənzildə yaşamırlar. Həmçinin cavabdehlər mənzilin satılmasına da etiraz etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasındamülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarınmüdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, mənzil satılarkən satıcı xx.xx.2019-cu il tarixədək həmin mənzildən çıxmağı öhdəsinə götürdüyündən, mənzildə qeydiyyatda olan digər cavabdehlər mənzilin satılmasına etiraz etmədiklərindən, cavabdehlərin faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla formal olaraq qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları qala bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X3 və X7 ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilə istifadə hüquqlarına xitam verilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X3 və X7 ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4125/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4125/2020
22.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver